Ucuz evin arxasında nə dayanır? - Alıcılar üçün vacib xəbərdarlıq
"Maklerlərin ucuz qiymətə torpaq sahələri alaraq üzərində fərdi yaşayış evləri tikib satışa çıxarması bazarda rast gəlinən praktikadır. Lakin burada əsas məsələ evin ucuz və ya yeni tikilmiş olması deyil, həmin əmlakın hüquqi statusunun və sənədlərinin nə dərəcədə qaydasında olmasıdır".
Bunu BiG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib.
O, qeyd edib ki, istehlakçı üçün ən böyük risk, xüsusilə də evin kupçasının, yəni dövlət qeydiyyatının olmamasıdır. Torpaq sahəsinin sənədli olması həmin torpağın üzərində inşa edilmiş evin də avtomatik olaraq hüquqi baxımdan rəsmiləşdirildiyi anlamına gəlmir. Torpağın təyinatı, tikintinin qanuniliyi, müvafiq icazə və ya məlumatlandırma prosedurlarının həyata keçirilib-keçirilməməsi, eləcə də tikilinin dövlət qeydiyyatına alınıb-alınmaması ayrıca yoxlanılmalıdır:
"Bəzən satıcılar alıcıya "evin kupçası yoxdur, amma sonradan çıxarılacaq" vədi verirlər. Lakin belə vədlərə yalnız şifahi şəkildə əsaslanaraq əmlak almaq ciddi risk daşıyır. Çünki sonradan həmin tikilinin dövlət qeydiyyatına alınmasına hüquqi və ya texniki maneələr ortaya çıxa bilər.
Digər tərəfdən, evin bazardakı analoji əmlaklardan nəzərəçarpacaq dərəcədə ucuz təklif olunması da alıcı üçün əlavə araşdırma siqnalı olmalıdır. Ucuzluğun səbəbi tikinti xərclərinin optimallaşdırılması ilə bağlı ola bilər, lakin torpağın hüquqi statusu və ya tikilinin sənədləşdirilməsi ilə bağlı problem də istisna edilmir.
Ona görə belə evlərin alınmasını ümumilikdə etibarsız hesab etmək düzgün deyil. Əsas məsələ konkret əmlakın hüquqi və texniki vəziyyətinin peşəkar şəkildə yoxlanılmasıdır.
Alıcı yalnız satıcının təqdim etdiyi sənədlərlə kifayətlənməməli, torpağın hüquqi statusunu, tikintinin qanuniliyini və evin dövlət qeydiyyatına alınmasının mümkün olub-olmadığını rəsmi qaydada araşdırmalıdır.
Əmlak alarkən əsas meyar yalnız qiymət və evin görünüşü deyil, onun hüquqi təhlükəsizliyidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 760 Tarix: 15 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTibbi turizmin inkişafı üçün əlçatanlıq təmin olunmalıdır - AÇIQLAMA
Son dövrdə tibbi turizmin inkişafı aktualdır. Bu məsələ "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda da öz əksini tapıb. "Turizmin inkişafı üçün ilk növbədə güvənin olması önəmlidir". Bunu -a turizm eksperti Ceyhun Aşurov bildirib
17:50 59 Bayraq hər birimizin milli qürur mənbəyidir
Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ
12:20 213 Demokratlar Konqresi ələ aldı: Trampı nə gözləyir?
ABŞ-də 2026-cı il aralıq seçkilərindən sonra Demokratlar Partiyasının Konqresdə, xüsusilə Nümayəndələr Palatası və Senatda çoxluğu əldə etməsi Donald Tramp administrasiyası üçün ciddi siyasi və institusional çağırış yaradır. Bundan sonra Donald Trampı nə gözləyir? . "Nəticələri həm də ABŞ-də hakimiyyə
15:52 213 Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir
"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia
11:35 241 Ronaldo karyerasını başa vurdu
"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Portuqaliya milli komandasından ayrıldığını "Instagram" hesabında elan edib. "Portuqaliya həmişə ürəyimdə olacaq", - -ın xəbərinə görə, Ronaldo yazıb. 41 yaşlı Kriştiano Ronaldo Portuqaliya millisində debütünü 18 yaşında, 2003-cü i
18:45 0 Prezidentin təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır
Prezident İlham Əliyevin bu gün təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır. -ın məlumatına görə, onlar Baku TV-nin işçiləridir. Telekanalın əməkdaşları - Elçin Əlibəyli (müəllif-aparıcı), Gülnar Muradova (müəllif-aparıcı) və Jalə Ədilova (xəbər aparıcısı) "Tərəqqi"
17:14 145 Süni İntellekt Dövründə Yaradıcılıq: Musiqi və Videoların Müəllif Hüquqları Kimə Məxsusdur?
Texnologiya inqilabı sənət dünyasını kökündən dəyişir. Lakin Sora, Suno və digər Sİ alətləri ilə bir neçə saniyəyə möhtəşəm videolar və mahnılar hazırlamaq mümkündürsə, sual qalır: Bu əsərlərin hüquqi sahibi kimdir? Sənətçi, proqramçı, yoxsa sadəcə bir "prompt" yazan istifadəçi?. Süni intellekti
14:22 273 Yeni doğulanların ehtiyacları qarşılanacaq - AÇIQLAMA
Azərbaycanda ailələrə və uşaqlara göstərilən sosial dəstək artırılır. Yeni dəyişikliklərə əsasən, uşağın doğulmasına görə birdəfəlik müavinət 600 manatdan 1 500 manata, 3 yaşınadək uşağa qulluq üçün aylıq müavinət isə 37,58 manatdan 100 manata çatdırılacaq. "Uşağın doğulmasına görə verilən birdəfəli
16:16 236 Husilər Ər-Riyaddakı beynəlxalq hava limanına zərbə endirdiklərini açıqladılar
Yəmənin şimalına nəzarət edən "Ənsar Allah" (husilər) hərəkatı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına zərbə endirdiyini açıqlayıb. xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Husilərin hərbi sözçüsü Yəhya Səria "Əl-Məsirə"
10:31 215