RƏŞAD BAYRAMOV: "İqtisadi istiqamətdə isə iki ölkənin 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə çatması əsas məsələlərdən biridir"

RƏŞAD BAYRAMOV: "İqtisadi istiqamətdə isə iki ölkənin 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə çatması əsas məsələlərdən biridir"Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 15-də Azərbaycana səfər edib. Bakı səfəri çərçivəsində Azərbaycan-Türkiyə münasibətlərinin gündəmi, regional proseslər və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi gözlənilir. Səfər iki qardaş ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından diqqət çəkir.

BiG.AZ-a açıqlama verən politoloq Rəşad Bayramov səfərin Azərbaycan-Türkiyə münasibətləri və regional proseslər baxımından mühüm mesajlar daşıdığını qeyd edib:

RƏŞAD BAYRAMOV: "İqtisadi istiqamətdə isə iki ölkənin 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə çatması əsas məsələlərdən biridir""Türkiyənin xarici işlər naziri Hakan Fidanın Azərbaycana səfəri şübhəsiz ki, adi diplomatik təmaslardan daha geniş siyasi məzmun daşıyır. Məlumdur ki, səfər çərçivəsində Hakan Fidan artıq Prezident İlham Əliyev tərəfindən qəbul olunub, xarici işlər naziri Ceyhun Bayramovla görüşüb, müdafiə naziri Zakir Həsənovla da görüşün keçirilməsi nəzərdə tutulur. O da məlumdur ki, keçirilən görüşlərdə Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin bütün istiqamətlərdə inkişafı, enerji, logistika və regional məsələlər müzakirə olunub.

Odur ki, səfərin əsas gündəmi ilk növbədə Azərbaycan-Türkiyə müttəfiqliyinin yeni regional reallıqlara uyğunlaşdırılması ilə bağlıdır deyə bilərik. Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn münasibətlər artıq təkcə ikitərəfli əlaqələr çərçivəsində deyil, Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının formalaşmasında da mühüm faktor kimi çıxış edir. Bu baxımdan Hakan Fidanın Bakı səfəri Ankaranın Azərbaycanla regional məsələlər üzrə koordinasiyanı daha da gücləndirmək niyyətinin göstəricisidir".

Politoloq bildirib ki, digər mühüm istiqamət Azərbaycan-Ermənistan sülh prosesidir. Ankara Bakı ilə İrəvan arasında sülh imkanlarının genişləndiyini və regionda yeni mərhələnin yarana biləcəyini açıq şəkildə dəstəkləyir:

"Türkiyənin yanaşması ondan ibarətdir ki, Azərbaycan və Ermənistan arasında davamlı sülh yalnız iki ölkənin münasibətlərini normallaşdırmayacaq, eyni zamanda nəqliyyat, enerji və ticarət əlaqələrinin genişlənməsinə şərait yaradacaq".

R. Bayramov Zəngəzur dəhlizi və regional bağlantılar məsələsinin də xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb:

"Naxçıvanla kommunikasiyaların inkişafı Türkiyənin Orta Asiya ilə nəqliyyat bağlantılarının gücləndirilməsi və Orta Dəhlizin imkanlarının genişləndirilməsi baxımından strateji əhəmiyyətə malikdir. Deməli, Bakı-Ankara gündəliyində nəqliyyat məsələsi də xüsusi yer tutur və bu təkcə iqtisadi deyil, həm də geosiyasi xarakter daşıyır" .
Politoloq görüşün iqtisadi tərəflərinə toxunaraq, Azərbaycan-Türkiyə arasında ticarət dövriyyəsinin artırılması, enerji və nəqliyyat layihələri üzrə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb:

"İqtisadi istiqamətdə isə iki ölkənin 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə çatması əsas məsələlərdən biridir. 2025-ci ildə ticarət dövriyyəsinin 5,72 milyard dollar olmasına baxmayaraq ciddi artım potensialı mövcuddur. Enerji sahəsində isə Azərbaycan qazının və yeni enerji layihələrinin Türkiyə üzərindən Avropa bazarlarına çıxarılması əməkdaşlığın strateji əhəmiyyətini daha da artırır" .

Siyasi şərhçi eyni zamanda müdafiə və təhlükəsizlik məsələlərinə də diqqət çəkərək bildirib ki, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının son illərdə dərinləşməsi fonunda regional təhlükəsizlik məsələləri, müdafiə sənayesi və mümkün yeni əməkdaşlıq formatlarının müzakirəsi təbiidir:

"Bunları nəzərə alaraq Hakan Fidanın Bakı səfərinin əsas siyasi məqsədini Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin regional proseslərə təsir imkanlarını daha da artırmaq kimi qiymətləndirmək olar. Ankara bir tərəfdən Azərbaycanın yanında olduğunu nümayiş etdirir, digər tərəfdən isə Cənubi Qafqazda formalaşan yeni siyasi və iqtisadi düzəndə fəal iştirak etməyə hazır olduğunu göstərir. Bu baxımdan Fidanın səfəri Bakı-Ankara münasibətlərinin təkcə ikitərəfli deyil, Türk dünyası və bütövlükdə regionun gələcək təhlükəsizlik və bağlantı xəritəsi baxımından da strateji əhəmiyyət daşıdığını göstərir".

Lalə Məmmədova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1684   Tarix: 15 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tibbi turizmin inkişafı üçün əlçatanlıq təmin olunmalıdır - AÇIQLAMA

Son dövrdə tibbi turizmin inkişafı aktualdır. Bu məsələ "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda da öz əksini tapıb. "Turizmin inkişafı üçün ilk növbədə güvənin olması önəmlidir". Bunu -a turizm eksperti Ceyhun Aşurov bildirib

17:50 59
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

12:20 213
.

Demokratlar Konqresi ələ aldı: Trampı nə gözləyir?

ABŞ-də 2026-cı il aralıq seçkilərindən sonra Demokratlar Partiyasının Konqresdə, xüsusilə Nümayəndələr Palatası və Senatda çoxluğu əldə etməsi Donald Tramp administrasiyası üçün ciddi siyasi və institusional çağırış yaradır. Bundan sonra Donald Trampı nə gözləyir? . "Nəticələri həm də ABŞ-də hakimiyyə

15:52 213
.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

11:35 241
.

Ronaldo karyerasını başa vurdu

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Portuqaliya milli komandasından ayrıldığını "Instagram" hesabında elan edib. "Portuqaliya həmişə ürəyimdə olacaq", - -ın xəbərinə görə, Ronaldo yazıb. 41 yaşlı Kriştiano Ronaldo Portuqaliya millisində debütünü 18 yaşında, 2003-cü i

18:45 0
.

Prezidentin təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır

Prezident İlham Əliyevin bu gün təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır. -ın məlumatına görə, onlar Baku TV-nin işçiləridir. Telekanalın əməkdaşları - Elçin Əlibəyli (müəllif-aparıcı), Gülnar Muradova (müəllif-aparıcı) və Jalə Ədilova (xəbər aparıcısı) "Tərəqqi"

17:14 145
.

Süni İntellekt Dövründə Yaradıcılıq: Musiqi və Videoların Müəllif Hüquqları Kimə Məxsusdur?

Texnologiya inqilabı sənət dünyasını kökündən dəyişir. Lakin Sora, Suno və digər Sİ alətləri ilə bir neçə saniyəyə möhtəşəm videolar və mahnılar hazırlamaq mümkündürsə, sual qalır: Bu əsərlərin hüquqi sahibi kimdir? Sənətçi, proqramçı, yoxsa sadəcə bir "prompt" yazan istifadəçi?. Süni intellekti

14:22 273
.

Yeni doğulanların ehtiyacları qarşılanacaq - AÇIQLAMA

Azərbaycanda ailələrə və uşaqlara göstərilən sosial dəstək artırılır. Yeni dəyişikliklərə əsasən, uşağın doğulmasına görə birdəfəlik müavinət 600 manatdan 1 500 manata, 3 yaşınadək uşağa qulluq üçün aylıq müavinət isə 37,58 manatdan 100 manata çatdırılacaq. "Uşağın doğulmasına görə verilən birdəfəli

16:16 236
.

Husilər Ər-Riyaddakı beynəlxalq hava limanına zərbə endirdiklərini açıqladılar

Yəmənin şimalına nəzarət edən "Ənsar Allah" (husilər) hərəkatı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına zərbə endirdiyini açıqlayıb. xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Husilərin hərbi sözçüsü Yəhya Səria "Əl-Məsirə"

10:31 215
.