"Adore"dən nə desən gözləmək olar, agentlik də tədbir görmür" - Eyyub Hüseynovdan sərt açıqlama

"Adore"dən nə desən gözləmək olar, agentlik də tədbir görmür" - Eyyub Hüseynovdan sərt açıqlamaBir vətəndaş sosial şəbəkədə paylaşım edərək "Adore" mağazalar şəbəkəsindən aldığı kosmetik məhsullarla bağlı narazılığını ifadə edib.

Vətəndaşın iddiasına görə, mağazada 50 faizə qədər endirim elan olunduğu üçün bir neçə kosmetik məhsul alıb. O, sonradan məhsulların son istifadə tarixlərinin keçdiyini müəyyən etdiyini bildirib.

Onun sözlərinə görə, aldığı konsileri istifadə etdikdən sonra üzündə allergik reaksiya yaranıb. Həmçinin tuş, bronzer və haylayterlə bağlı da narazılığını ifadə edib.

"Məhsulların hamısının son istifadə tarixi bitib. Mən konsileri istifadə etmişəm, üzüm allergiya verib. Tuşun heç bir effekti yoxdur. Aldığım bronzer və haylayterin heç bir piqmentasiyası yoxdur, yəni 0", - deyə vətəndaş bildirib.

Vətəndaş mağazaya müraciət etdikdə isə ona çek olmadığı üçün məsələnin həll edilə bilməyəcəyinin bildirildiyini qeyd edib.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, parfümeriya və kosmetika məhsulları bazarında istehlakçı hüquqları ilə bağlı problemlər mövcuddur:

"Qeyd edim ki, bazarın ən çox çirklənmiş seqmentlərindən biri parfümeriya malları seqmentidir. Uzun illərdir bazarda çirklənmə davam edir. Vaxtilə bazarda "Sabina" şirkəti olan zaman həmin şirkət özü bazarı çirkləndirənlərlə mübarizə aparmaq üçün mediada ciddi işlər görürdü.

Ondan sonra şirkət "Adore" tərəfindən alındı. "Adore"dən daim şikayətlər gəlir. Çox təəssüflər olsun ki, mediada çıxan materiallara heç bir əhəmiyyət verilmir", - deyə ekspert bildirib.
"Adore"dən nə desən gözləmək olar, agentlik də tədbir görmür" - Eyyub Hüseynovdan sərt açıqlamaEyyub Hüseynov "Adore" rəhbərliyi ilə əlaqə yaratmaq cəhdlərinin nəticəsiz qaldığını da deyib:

"Azad İstehlakçılar Birliyinin sədri olaraq mən bir dəfə də "Adore" rəhbərliyi ilə danışıb, danışıq yolu ilə şikayətləri bildirməyə nail ola bilməmişəm. Ümumiyyətlə, gizlənirlər bu adamlar, yoxdurlar sanki. Yalnız istehlakçılara malı satmaq və s. Bir sözlə, "Adore"dən nə desən gözləmək olar. Çox təəssüflər olsun, dəfələrlə "Adore" ilə bağlı şikayətləri Prezident yanında Antiinhisar və Bazar Nəzarəti Dövlət Agentliyinə göndərmişəm. Çox təəssüflər olsun ki, Agentlik də heç bir iş görməyib".

Ekspertin sözlərinə görə, yararlılıq müddəti keçmiş kosmetik məhsulların satışına yol verilməməlidir.

"Birmənalı şəkildə yararlılıq vaxtı keçmiş malların satışı qadağandır. İstər kosmetika mağazası, istər ərzaq malları olsun və s. Çünki kosmetika malları dəri ilə təmasda olan mallardır, buradan ciddi xəstəliklər əmələ gələ bilər və s. Çox təəssüflər olsun ki, ümumiyyətlə, kosmetika malları istehsalçıları bu malların üzərində son yararlılıq müddətini və ya istehsal tarixini yazmırlar, ya da xüsusi, gizli şriftlərlə yazırlar.

Onları istehlakçılar xüsusi saytlara girib tapırlar ki, bunun vaxtı keçib, ya yox. Bu, yolverilməzdir", - deyə Eyyub Hüseynov vurğulayıb.

O bildirib ki, məhsulların endirimdə olması onların yararlılıq müddəti ilə bağlı tələblərdən azad edilməsinə əsas vermir:

"Yararlılıq vaxtı keçmiş mal istehlakçılara satılmamalıdır. Hər halda endirim olsun, olmasın".

AZXEBER.COM məsələ ilə bağlı "Adore" mağazalar şəbəkəsi ilə əlaqə saxlayaraq vətəndaşın iddialarına münasibət öyrənməyə çalışıb. Lakin qurumdan sorğuya cavab almaq mümkün olmayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 936   Tarix: 14 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yeni doğulanların ehtiyacları qarşılanacaq - AÇIQLAMA

Azərbaycanda ailələrə və uşaqlara göstərilən sosial dəstək artırılır. Yeni dəyişikliklərə əsasən, uşağın doğulmasına görə birdəfəlik müavinət 600 manatdan 1 500 manata, 3 yaşınadək uşağa qulluq üçün aylıq müavinət isə 37,58 manatdan 100 manata çatdırılacaq. "Uşağın doğulmasına görə verilən birdəfəli

16:16 236
.

Türkiyədən gətirilən yükdə bəyan edilməyən mallar aşkarlanıb

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən tibb sahəsində istifadə olunan mallar aşkar edilib. "APA-Economics" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. İdarənin "Qırmızı Körpü"

20:15 1
.

İntensiv yağış yağacaq

Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal

14:06 240
.

Zəfər - xalqın yaddaşına, tarixə və gələcəyə yazılan qələbə

Bəzən tarix elə bir səhifə açır ki, onu oxumaq üçün təkcə yaddaş deyil, ürək də lazımdır. Elə bir səhifə ki, orada illərin həsrəti, anaların göz yaşları, şəhidlərin qanı, əsgərlərin igidliyi və bütöv bir xalqın sarsılmaz iradəsi bir-birinə qarışır. Azərbaycan xalqının Zəfər tarixi də belə yazıldı. B

11:40 208
.

Məzuniyyətə çıxmaq məcburi olacaq

Əmək məzuniyyətinin minimum müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir

15:22 218
.

Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

12:14 212
.

ABŞ-da demokratların planı: Ukraynaya yardım və Rusiyaya yeni sanksiyalar

ABŞ-da keçirilən ara seçkilərdə qələbə qazanan Demokratlar Partiyası Ukraynaya hərbi yardımların bərpasını və Rusiyaya qarşı yeni sanksiyaların hazırlanmasını planlaşdırır. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, Konqresin hər iki palatasınd

10:45 242
.

Azərbaycanda ilk dəniz milli parkı yaradılacaq

Azərbaycanda ilk dəniz milli parkının yaradılması istiqamətində işlərə başlanılıb, xəritələşmə işləri artıq yekunlaşıb. "Trend"ə istinadən xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Birinci Azərbaycan Regional Akvakultura Forumunun "Xəzərdən təsərrüfata: Balıq ehtiyatlarının qorunmasınd

15:50 179
.

Soğanı kartofla bir yerdə saxlamayın: nəticəsi sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

Mətbəxdə ən çox istifadə olunan tərəvəzlərdən olan soğan və kartofu eyni yerdə saxlamaq rahat görünsə də, bu vərdiş onların daha tez xarab olmasına səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, soğan və kartof eyni yeşikdə saxlanıldıqda ayrı-ayrılıqda saxlanılan məhsullarla müqayisədə dah

18:15 1
.