Plastik tullantılardan yol çəkildi- Asfalta nə əlavə edildi?

Plastik tullantılardan yol çəkildi- Asfalta nə əlavə edildi?Çində plastik tullantıların təkrar istifadəsi ilə bağlı maraqlı layihə həyata keçirilib. Şanxayda 6 mindən çox istifadə olunmuş süd qabı və digər plastik tullantılar asfalt örtüyünün hazırlanmasında istifadə edilib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, layihə 2021-ci ildə Şərqi Çin Elm və Texnologiya Universitetinin ərazisində reallaşdırılıb.

Layihə "Dow" şirkəti və "Shiny Meadow" süd məhsulları brendi tərəfindən hazırlanıb. Məqsəd təkrar emalı çətin olan plastik tullantılara yeni istifadə sahəsi yaratmaq olub.

İstifadə olunmuş süd qabları və digər plastik materiallar emal edilərək polimerlə modifikasiya olunmuş asfaltın tərkibinə əlavə edilib. Beləliklə, adi halda tullantıya çevrilə biləcək material yol örtüyünün bir hissəsinə çevrilib.

Mütəxəssislərin sözlərinə görə, bu yanaşma plastik tullantıların poliqonlara göndərilməsinin qarşısını almaqla yanaşı, onların infrastruktur layihələrində istifadəsinə da imkan yaradır.

Süd qablarının təkrar emalı niyə çətin idi?

Məlumata görə, süd qabları texniki baxımdan təkrar emal oluna bilsə də, onların üzərində qalan süd qalıqları yüksək çirklənməyə səbəb olur. Buna görə də bir çox təkrar emal müəssisəsi belə qabları qəbul etməkdən imtina edir.

Nəticədə təkrar istifadəsi mümkün olan plastik material da adi tullantı kimi atılır.

"Shiny Meadow" şirkətinin nümayəndəsi Lin Jun bildirib ki, şirkət qablaşdırmada təkrar emal edilə bilən materiallardan istifadə etsə də, süd qablarının sonrakı taleyi problem olaraq qalırdı.

Onun sözlərinə görə, plastik qabların yol tikintisində istifadəsi bu materiallara yeni həyat verir və onları tullantı olmaqdan çıxarır.

Plastik tullantılar asfalt materialına çevrildi

"Dow" şirkəti təkrar emalı çətin olan plastikləri toplayaraq onları yol tikintisində istifadə edilən polimerlə modifikasiya olunmuş asfaltın tərkibinə əlavə edib.

Layihə çərçivəsində 6 mindən çox istifadə olunmuş süd qabı və digər plastik tullantılar Şanxaydakı universitet kampusunun yol örtüyünün hazırlanmasında istifadə olunub.

Şirkət nümayəndələri bildiriblər ki, materialşünaslıq sahəsindəki texnologiyalar əvvəllər təkrar emal üçün yararsız hesab edilən plastiklərə yeni istifadə sahələri yarada bilər.

"Dow" şirkətinin Asiya-Sakit okean regionu üzrə nümayəndəsi Bambanq Çandra bildirib ki, layihənin əsas məqsədi istifadə olunmuş plastik qablaşdırmalara yeni təyinat verməkdir.

Şirkət ümid edir ki, bu təcrübə digər istehsalçıları da plastik tullantıların azaldılması üçün alternativ həllər axtarmağa təşviq edəcək.

Plastik yol emissiyaları da azalda bilər

Layihənin yalnız plastik tullantıların utilizasiyası baxımından deyil, ekoloji cəhətdən də üstünlükləri olduğu bildirilir.

"Dow"un məlumatına görə, asfaltın hazırlanmasında təkrar emal edilmiş plastikdən istifadə bituma olan tələbatı azalda bilər. Bundan əlavə, belə yol örtüklərinin istismar müddətinin daha uzun olması ehtimal olunur.

Bu isə enerji sərfiyyatının və istixana qazı emissiyalarının azalmasına kömək edə bilər.

Şirkət layihəni tullantı probleminin infrastruktur həllinə çevrilməsinin nümunəsi kimi təqdim edir.

Asiyanın başqa ölkələrində də sınaqdan keçirilib

Şanxaydakı layihə "Dow" şirkətinin Asiyada plastik tullantılardan yol tikintisində istifadə etdiyi ilk təşəbbüs deyil.

Şirkət 2017-ci ildə İndoneziyanın Depok şəhərində təkrar emal olunmuş plastikdən istifadə etməklə yolların yenilənməsinə başlayıb.

Daha sonra Hindistanın Pune və Banqalor şəhərlərində oxşar layihələr həyata keçirilib. Taylandda isə "Siam Cement Group" şirkəti ilə əməkdaşlıq qurulub.

Şərqi Çin Elm və Texnologiya Universitetinin nümayəndələri hesab edirlər ki, Şanxaydakı plastik yol ekoloji problemlərin həllində qeyri-standart yanaşmaların praktik nümunəsidir.

Universitetin vitse-prezidenti professor Li Tao bildirib ki, bu layihənin tələbələri davamlı inkişaf sahəsində yaradıcı və qeyri-adi həllər axtarmağa təşviq edəcəyinə ümid edirlər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 856   Tarix: 15 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

8 Noyabr - Zəfər Günü milli birliyimiz, sarsılmaz iradəmiz

8 Noyabr - Zəfər Günü milli birliyimizin, sarsılmaz iradəmizin, Vətən sevgimizin və dövlətimizin qüdrətinin təntənəsini özündə əks etdirən möhtəşəm tarixi gün və Azərbaycan dövlətinin hərbi-siyasi gücünü, Azərbaycan Ordusunun döyüş qabiliyyətini, xalqımızın milli həmrəyliyini və Vətən uğrunda fədakarlığın

10:45 227
.

Husilər Ər-Riyaddakı beynəlxalq hava limanına zərbə endirdiklərini açıqladılar

Yəmənin şimalına nəzarət edən "Ənsar Allah" (husilər) hərəkatı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına zərbə endirdiyini açıqlayıb. xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Husilərin hərbi sözçüsü Yəhya Səria "Əl-Məsirə"

10:31 215
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

12:25 216
.

Müştərilər süni intellektli güzgü ilə geyim seçəcək

Çində Moda Mərkəzində süni intellektlə işləyən 11 güzgülü platforma sınaq məqsədilə istifadəyə verilib. Bunu Türkiyə mediasına istinadən bildirib. Puyuan şəhərində yerləşən Moda Mərkəzində rəqəmsal ticarət xidmətləri platforması sınaq məqsədilə istifadəyə verilib. Platformada yerləşən süni intellektl

12:04 231
.

Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı

Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə bir qrup media nümayəndəsi təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama görə, Azərbaycanda medianın inkişafında xidmətlərin

16:02 177
.

Ayı ana və qızını parçaladı

Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası əyalətində qonur ayının hücumu nəticəsində iki qadın həyatını itirib. xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin qurbanları 20 yaşlı Sela Rid və onun anası, art-terapevt Cennifer Balkarras olub. Məlumata görə, ana və qızı bazar günü Bella-Kula yaşayı

19:00 1
.

Almaniyada tanınmış siyasətçinin ölümü ilə bağlı araşdırma başladılıb

Almaniyanın Azad Seçicilər Partiyasının lideri və Bavariyanın iqtisadiyyat naziri Hubert Ayvangerin ölümünün səhhətindəki problemlərlə əlaqəli olduğu ehtimal edilir. xəbər verir ki, bu barədə "Der Tagesspiegel" qəzeti məlumat yayıb. "Berlin hakimiyyəti ölümün təbii səbəblərdən baş verdiyində

10:35 212
.

Medvedevdən sərt bəyanat: "Tam qələbəyədək əzməliyik"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-da keçirilən seçkilərin nəticəsindən asılı olmayaraq, düşməni döyüş meydanında tam qələbə əldə edilənədək məğlub etməyə çağırıb. xəbər verir ki, bu barədə siyasətçi "Max" platformasında paylaşdığı geniş şərhdə bildirib. Rusiyanı

10:39 250
.

Tramp və Netanyahu siyasi böhrandan necə çıxmağa çalışırlar? İran amili və yeni siyasi hesablamalar

ABŞ-da keçirilən aralıq seçkilərində səslər hesablandıqdan sonra Demokratlar Nümayəndələr Palatasında 162, Respublikaçılar isə 102 mandat qazanıblar. Senatda isə demokratlar 51, respublikaçılar 39 mandat əldə ediblər. Beləliklə, ilkin nəticələrə əsasən, Demokratlar Partiyası həm Senatda, həm də Nümayəndələ

12:03 226
.