Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş

Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imişQəhvənizi necə içdiyinizin şəxsiyyətiniz haqqında ipucu verə biləcəyini heç düşünmüsünüzmü? Sadə qəhvəyə üstünlük verənlərdən bol südülü latte sevənlərə, buzlu qəhvədən kofeinsiz və bitki mənşəli süd seçimlərinə qədər hər qəhvə vərdişi fərqli bir şəxsiyyət profili ilə əlaqələndirilən araşdırmalar mövcuddur. Əlbəttə ki, bir insanın yalnız qəhvə sifarişinə baxaraq xarakterini dəqiq şəkildə təyin etmək mümkün deyil, lakin bəzi tədqiqatlar qəhvə seçimləri ilə müəyyən şəxsiyyət xüsusiyyətləri arasında maraqlı əlaqələr ola biləcəyinə işarə edir.

Milli.Az xəbər verir ki, Kaliforniya mərkəzli klinik psixoloq Dr. Ramani Durvasula şəxsiyyət xüsusiyyətləri üzrə apardığı tədqiqatlarla tanınır. Durvasula 2013-cü ildə nəşr olunan "Why Do You Eat That?" adlı kitabında təxminən 1000 nəfərin qatıldığı bir araşdırmanın nəticələrinə yer verib. Tədqiqatda qida seçimləri ilə şəxsiyyət xüsusiyyətləri arasındakı əlaqələr araşdırılarkən, qəhvə seçimləri də diqqət çəkən başlıqlardan biri olub.

Qəhvənizi necə içdiyiniz sizin haqqınızda nə deyir?
Sadə qəhvə içirsinizsə...
Qəhvəsinə şəkər, süd və ya sirop əlavə etməyənlər adətən daha sadə seçimlərdən xoşlanan insanlar kimi qiymətləndirilir. Durvasula-nın araşdırmasına görə sadə qəhvəyə üstünlük verənlər məhsuldar olurlar. Bu insanlar həyatda da işləri həddindən artıq mürəkkəbləşdirmədən birbaşa nəticəyə getməyə üstünlük verirlər.

Sadə qəhvə ilə bağlı daha fərqli bir əlaqə isə Şimal-Qərb Universitetinin (Northwestern University) tədqiqatçılarının apardığı işdə ortaya çıxıb. Araşdırmada sadə qəhvə və bitter şokolad kimi acı dadlara üstünlük vermək ilə kofeinin metabolizması arasında genetik bir əlaqə olduğu qeyd edilib. Tədqiqatın müəllifi Merlin Kornelisin sözlərinə görə, bəzi insanların kofeinin stimullaşdırıcı təsirlərini daha sürətli metabolizə etməsi onları daha çox kofeinfə istehlak etməyə istiqamətləndirə bilər.

Latte və ya kapuçino sevirsinizsə...
Latte və kapuçinoya üstünlük verənlər isti qanlı, açıq fikirli və səxavətli olurlar. Başqalarına kömək etməyi sevirlər və sosial mühitə daha tez uyğunlaşırlar.

Bu xüsusiyyətlərin bir mənfi cəhəti də ola bilər: başqalarını razı salmağa həddindən artıq önəm verən insanlar zaman-zaman öz ehtiyaclarını arxa plana ata bilərlər. Deməli, latte seçimi təkbaşına bir şəxsiyyət testi deyil, yalnız araşdırmalarda ortaya çıxan maraqlı bir əlaqədir.

Buzlu qəhvə içirsinizsə...
Buzlu qəhvə xüsusilə son illərdə qəhvə mədəniyyətinin ən populyar seçimlərindən birinə çevrilib. Araşdırmalarda isə bu seçimin daha spontan və macəraruhlu şəxsiyyət xüsusiyyətləri ilə əlaqələndirildiyi görünür. Durvasula-nın işinə görə, buzlu qəhvə sevən insanlar daha şıltaq, yaradıcı və təxəyyülü yüksək olurlar. Planlaşdırılmamış səyahətə son anda qoşulmaq və ya ani qərarlar vermək bu insanların xarakterik xüsusiyyətləri arasında qiymətləndirilir.

Bununla birlikdə, araşdırmada bu qrupun zaman-zaman daha impulsiv qərarlar verməyə meyilli ola biləcəyi də qeyd edilib. Vaşinqton Universitetinin epidemiologiya professoru Adam Drevnovski isə xüsusilə şəkər və ətirlər əlavə edilən soyuq qəhvələrin zaman-zaman qazlı içkilərə bənzəyə biləcəyinə diqqət çəkir. Buna görə də qəhvənin özündən çox, içinə əlavə edilən şəkər və digər komponentlərin istehlak vərdişi baxımından önəm daşıya biləcəyini bildirir.

Kofeinsiz qəhvə və ya bitki mənşəli süd seçirsinizsə...
Qəhvəsini sifariş edərkən çoxsaylı təfərrüatlara diqqət yetirənlərin də özünəməxsus profili olduğu irəli sürülür. Məsələn, kofeinsiz qəhvə, yulaf südü, köpüksüz qəhvə və ya müəyyən temperaturda hazırlanmış içkilərə üstünlük verən insanlar Durvasula-nın araşdırmasında daha nəzarətli və mükəmməlçi xüsusiyyətlərlə əlaqələndirilir. Bu insanlar nə istədiklərini bilmə, təfərrüatlara diqqət yetirmə və müəyyən etdikləri standartlardan asanlıqla vaz keçməmə meylində ola bilərlər.

Digər tərəfdən, bu cür seçimlər hər zaman şəxsiyyət xüsusiyyəti demək deyil. Kofeinsiz qəhvə sağlamlıq və ya yuxu rejimi səbəbindən, bitki mənşəli süd isə qidalanma üstünlükləri səbəbindən seçilə bilər.

Qəhvə seçimlərinin şəxsiyyət haqqında ipucu verə biləcəyi ilə bağlı araşdırmalar mövcud olsa da, bunları qəti bir şəxsiyyət testi olaraq qiymətləndirmək doğru olmaz. Bir insanın sadə qəhvə içməsi onun mütləq tərs, latte içməsi isə qətiyyən insanları razı salmağa çalışan biri olduğu mənasına gəlmir. Qəhvə seçimini damaq dadı, sağlamlıq, qidalanma vərdişləri, mədəniyyət və hətta həmin günkü əhval-ruhiyyə belə təsir edə bilər. Yenə də növbəti qəhvə sifarişinizdə fincanınıza baxıb özünüzlə bağlı bu xüsusiyyətlərdən hansıların sizə uyğun olduğunu düşünmək olduqca əyləncəli ola bilər.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 377   Tarix: 13 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Payızda yarpaqların rəngini dəyişən görünməz proses

Payız fəslinin gəlişi ilə ağacların yaşıl yarpaqları sarı, narıncı, qırmızı və hətta bənövşəyi rənglərə bürünür. Təbiətdə müşahidə olunan bu dəyişiklik sadəcə mövsümi gözəllik deyil, ağacların qışa hazırlaşması ilə bağlı mürəkkəb biokimyəvi prosesin nəticəsidir. Qaynarinfo xəbər verir ki, Türkiyəni

06.11.2026 471
.

Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı

Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi

07.11.2026 352
.

Sevgili tapmağın ən çətin olduğu iki yaş dövrü

İnsanların romantik münasibət qurmaqda daha çox çətinlik çəkdiyi iki yaş mərhələsi müəyyənləşdirilib. Psixiatr Marin Kolombelin fikrincə, 30 və 50 yaş dövrlərində yaranan sosial təzyiqlər və psixoloji maneələr yeni münasibətlərə başlamağı çətinləşdirə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Doctissimo"

10.11.2026 327
.

Hüquqi xidmətlər Xidmetler.az saytında

Xidmətlər saytı -ın Hüquqi Xidmətlər bölməsində özünüzə vəkil tuta və ya işinin peşəkarı olan hüquqşünas tapa bilərsiniz!. Hər kəs düşdüyü çətin, xoşagəlməz hallarda hüquqi yardım əldə etmək istəyir. Bunun üçün yaxşı vəkil tapmaq lazım gəlir. sizə digər xidmətlərlə yanaşı, hüquqi xidmətlərdə də kömə

10.11.2026 1096
.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10.11.2026 257
.

Velosipedi yenidən kəşf etmək də olurmuş... - Fotolar

Nigeriyanın Kebbi əyalətində yaşayan 19 yaşlı Bello Məhəmməd müstəqil şəkildə dizayn edib hazırladığı fövqəladə nəqliyyat vasitəsi ilə dünya rekorduna imza atıb. "Qafqazinfo" xəbər verir ki, peşəkar kömək almadan 2.9 metr hündürlüyündə velosiped quraşdıran gənc "Ginnesin Rekordlar Kitabı"n

06.11.2026 417
.

ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər

ABŞ-nin Uçan Naməlum Obyektlərin (UNO) Öyrənilməsi üzrə Milli Mərkəzi (NUFORC) Ohayo ştatı üzərində naməlum obyektlə qarşılaşan pilotların hesabatını dərc edib. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 2026-cı il avqustun 16-da mülki təyyarəni idarə edən pilotla

01.11.2026 728
.

Bu çətin kibrit çöpü tapmacasını yalnız dahilər 10 saniyədə həll edə bilər

Səhv riyazi tənliyi yalnız bir hərəkətlə düzəltməlisiniz, ancaq bunun üçün 10 saniyəniz var. 21 kibrit çöpündən ibarət tapmaca internetdə viral hala gəlib. Bu tapmaca, yalnız bir kibrit çöpünü hərəkət etdirərək səhv tənliyi düzəltməyinizi tələb edir. Hər kəs ilk cəhddə düzgün həlli tapmağı bacarmır

01.11.2026 750
.

Evakuator xidməti və daşınma xidməti

Avtomobil və yüklərin daşınması üçün Evakuator xidməti göstərilir. Evakuator xidmətinə həm avtomobillərin həm də yüklərin daşınması daxildir. Avtomobil istifadə edənlər bilir ki bəzən avtomobillərdə olan texniki problem və digər xoşagəlməz hadisə zamanı sizi yolda qoya bilir. Bu zaman evakuasiya xidmət

09.11.2026 254
.