İnsanlar niyə bir-birinə bənzəyən partnyorlar seçirlər? - Psixoloqların elmi izahı
İnsanların bir-birinə bənzəyən partnyorlar seçməsi təkcə onların xarici cəlbediciliyi ilə deyil, həm də uşaqlıqdan gələn şüuraltı vərdişlər və bioloji siqnallarla bağlı ola bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "İzvestiya" qəzetinə rusiyalı psixoloqlar Yekaterina Krikunova və Dmitri Yaqudin məlumat veriblər.
Y.Krikunovanın sözlərinə görə, həyat yoldaşı seçiminə neyrobiologiya və psixikanın xüsusi mexanizmləri təsir göstərir. Burada ən mühüm amillərdən biri hələ uşaq yaşlarında formalaşan əhəmiyyətli insanın şüuraltı obrazıdır. Nəticə etibarilə, fərd fərqinə varmadan həmin formalaşmış şablona uyğun gələn və tanış davranış tərzi nümayiş etdirən şəxsləri axtarmağa başlayır.
Psixoloq qeyd edib ki, bənzər tərəfdaşların seçilməsinə əlavə olaraq koqnitiv sərtlik də təsir edir, çünki bu zaman psixika öyrəşilmiş sxemlərə tabe olmağa meyilli olur. Əvvəlcədən tanış olan insan tipi daha proqnozlaşdırıla bilən və təhlükəsiz variant kimi qəbul edilir. Buna görə də belə bir seçim çox vaxt yalnız romantik hisslərlə deyil, sadəcə vərdişlə bağlı olur.
"Əgər onlar uşaqlıqdakı hər hansı bir fiquru xatırladırlarsa, o zaman "mən onu tanıyıram" hissi yaranır ki, bunu da asanlıqla sevgi ilə səhv salmaq mümkündür", - deyə mütəxəssis vurğulayıb.
D.Yaqudin əlavə edib ki, partnyor seçimi prosesində bioloji siqnalların da böyük rolu var. Beynin orbitofrontal qabığı hədəfin cəlbediciliyini insanın bunu dərk etməsindən 150 millisaniyə əvvəl qiymətləndirir. Bundan başqa, üz simmetriyasına olan maraq genetik olaraq müəyyən edilir, immun sistemi isə qoxular vasitəsilə uyğunluq analizini həyata keçirir.
Ekspertin sözlərinə görə, eyni zamanda tanış modelin müəyyən edilməsi dofamin ifrazı ilə müşayiət olunur. Lakin əvvəlki təcrübə psixika üçün travmatik olsa belə, beyin bu cür tanıma prosesini stimullaşdıra bilər. Dağıdıcı münasibətlərdə, stress sisteminin fəaliyyəti səbəbindən emosional dalğalanmalar səhvən güclü hisslər kimi qəbul edilir.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 347 Tarix: 19 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
Qədim inanclara görə, evdə olan ən adi əşyalar belə maddi rifaha və pul bəxtinə təsir göstərə bilər. Pul kisəsində dəfnə yarpağı saxlamaq, qapının ağzındakı xalçanın altına qəpik qoymaq və ya pul kisəsini heç vaxt tam boş buraxmamaq bu cür inanclar sırasındadır. Ən məşhur inanclardan biri giriş qapısını
13.09.2026 241 Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Mətbəx siyirtmələrinin içini alüminium folqa ilə örtmək üsulu sosial şəbəkələrdə yayılan ev baxımı praktikaları sırasına daxil olub. Bu üsul siyirtmə səthlərini nəmdən və yemək qalıqlarından qorumaq, təmizliyi asanlaşdırmaq və siyirtmənin içindəki işığı artırmaq məqsədilə istifadə olunur. xəbər veri
20.09.2026 529 Dezinfeksiya xidməti
Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy
15.09.2026 1108 Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv
Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs
19.09.2026 172 Həkim ofis işçiləri üçün sağlamlığı qorumağın yollarını açıqladı
Rusiyalı ortoped-həkim Andrey Litvinenko ofis şəraitində işləyərkən sağlamlığı qorumağın yollarından danışıb. -ya istinadən xəbər verir ki, həkim tez-tez küçəyə çıxmaq imkanı olmadıqda, gəzintini istehsalat gimnastikası ilə əvəz etməyi tövsiyə edib. Mütəxəssis xatırladıb ki, bu təcrübə Sovet İttifaq
20.09.2026 173 Süni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video
"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları
20.09.2026 225 İnsanlar səhvlərini etiraf etməkdən niyə çəkinirlər? - Psixoloq
Son vaxtlar cəmiyyətdə insanların bir-birini anlamaqda çətinlik çəkdiyi müşahidə olunur. Bu tendensiyanı sosial şəbəkələrdə də aydın şəkildə görmək mümkündür. Empatiya çatışmazlığı, başqalarını ittiham etmək, mühakimə etmək və onların səhvlərini axtarmaq getdikcə daha geniş yayılır. Bəs bu vəziyyət cəmiyyət
17.09.2026 271 Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
Toyuq döşü adətən sağlam qidalanmağa diqqət edən insanlar üçün daha yaxşı seçim hesab olunur. O, yağsızdır, zülalla zəngindir və nisbətən az yağ ehtiva edir. Bud əti isə daha yağlı və kalorili olduğundan bəzən avtomatik olaraq daha az faydalı seçim kimi qiymətləndirilir. Lakin əslində məsələ o qədə
19.09.2026 198 Böyük Misir Muzeyinin 5 əsas eksponatl: Gizanı ziyarət etməyə dəyər (FOTO)
Qədim Misir sivilizasiyasının tarixi bu gün də bəşəriyyətin ən böyük sirlərindən biri olaraq qalır. Bu mövzu yüzlərlə alimi və milyonlarla turisti cəlb edir. Ötən ilin payızından etibarən səyyahların Qədim Misir tarixi ilə daha yaxından tanış olmaq imkanı genişlənib. Belə ki, Qizada nəhayət möhtəşə
16.09.2026 303