"Düyün-Dərnək 2" filminin çəkildiyi qayalıqdakı ev satılır - qiyməti inanılmazdır
Türkiyənin Ərzincan vilayətinin Kemaliye rayonunda qayalığın zirvəsində inşa edilən və qeyri-adi görünüşü ilə məşhurlaşan ev satışa çıxarılıb. Vaxtilə "Düyün Dərnək 2" filminin bəzi səhnələrinin çəkildiyi tikili üçün 30 milyon lirə qiymət müəyyən edilib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, evi illər əvvəl təqaüddə olan müəllimlər Bekir və Nermin Taştan cütlüyü inşa etdirib.
İstanbuldakı iş həyatını başa vurduqdan sonra sakit həyat sürmək istəyən cütlük Kemaliyeyə köçərək rayon mərkəzinə hakim mövqedə yerləşən qayalığın zirvəsində ev tikmək qərarına gəlib.
Evə yalnız 96 pilləkənlə qalxmaq mümkündür
Tikinti zamanı qum, sement və digər materiallar əvvəlcə insan və heyvanların köməyi ilə qayalığın ətəyinə daşınıb. Daha sonra isə primitiv kanat sistemi vasitəsilə zirvəyə çatdırılıb.
Təxminən iki il davam edən tikintidən sonra tamamlanan evə yalnız qayaya oyulmuş 96 pilləli pilləkənlə qalxmaq mümkündür.
Turistlərin maraq göstərdiyi məkan
Vadiyə və rayon yoluna panoramik mənzərəsi ilə seçilən ev zamanla Kemaliyenin rəmzlərindən birinə çevrilib. Buraya həm yerli, həm də xarici turistlər tez-tez baş çəkir və tikili rayonun ən çox fotoşəkil çəkilən məkanlarından biri hesab olunur.
Qeyri-adi memarlığı sayəsində ev kino və serial yaradıcılarının da diqqətini cəlb edib. Rejissor Səlcuq Aydəmirin çəkdiyi, Ahmet Kural, Murat Cemcir, Rasim Öztekin və Şinasi Yurtseverin rol aldığı "Düyün Dərnək 2" filminin bəzi səhnələri də məhz burada lentə alınıb.
Hazırda yay aylarını Kemaliyedə, qış aylarını isə İstanbulda keçirən Taştan ailəsi iyunun sonunda evi satışa çıxarıb. Rayonun simvollarından sayılan tikili üçün 30 milyon Türkiyə lirəsi qiymət müəyyənləşdirilib.

BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 392 Tarix: 12 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBeyninin yarısı insan toxumasından ibarət siçanlar yetişdirildi
ABŞ-da alimlər insan beyin hüceyrələrini siçanların beyninə köçürərək insan toxumasının üstünlük təşkil etdiyi yeni model yaradıblar. xəbər verir ki, Stanford Universitetinin tədqiqatçıları insan beyninin inkişafını və nevroloji xəstəliklərin mexanizmlərini araşdırmaq məqsədilə genetik modifikasiya edilmi
19.09.2026 199 Çox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır
Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:
20.09.2026 289 Bəzi insanlar niyə başqasının uğuruna sevinə bilmir?
Bəzən insan dostunun, həmkarının və ya yaxın adamının uğur xəbərinə gözlənildiyi kimi sevinclə reaksiya vermir. Psixoloqlar isə bunun arxasında tamam başqa səbəblərin də dayana biləcəyini bildirirlər. xəbər verir ki, belə reaksiyalara özünü başqaları ilə müqayisə etmək, aşağı özünəqiymət, şəxsi uğurları
20.09.2026 192 "Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı
Argentinada polis həyat yoldaşından pul almaq üçün özünün oğurlanmasını uydurmaqda şübhəli bilinən kişini saxlayıb. bu barədə "Noticias24" nəşrinə istinadən xəbər verir. Rosario şəhərinin sakini ərinin telefonundan guya onun oğurlanması ilə bağlı mesajlar gəlməyə başladıqdan sonra polisə müraciə
20.09.2026 202 Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Xüsusilə uzun müddət geynilən idman ayaqqabılarında yaranan xoşagəlməz qoxu ayaqqabı çıxarıldıqdan sonra belə günlərlə qala bilir. Qoxunu maskalamaq üçün ətirıi məhsullar istifadə etmək əvəzinə, ayaqqabının içinə bir xörək qaşığı soda tökərək gecə boyu gözlətmək nəm və pis qoxunu azaldır. xəbər veri
20.09.2026 287 Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Mətbəx siyirtmələrinin içini alüminium folqa ilə örtmək üsulu sosial şəbəkələrdə yayılan ev baxımı praktikaları sırasına daxil olub. Bu üsul siyirtmə səthlərini nəmdən və yemək qalıqlarından qorumaq, təmizliyi asanlaşdırmaq və siyirtmənin içindəki işığı artırmaq məqsədilə istifadə olunur. xəbər veri
20.09.2026 533 Həkim ofis işçiləri üçün sağlamlığı qorumağın yollarını açıqladı
Rusiyalı ortoped-həkim Andrey Litvinenko ofis şəraitində işləyərkən sağlamlığı qorumağın yollarından danışıb. -ya istinadən xəbər verir ki, həkim tez-tez küçəyə çıxmaq imkanı olmadıqda, gəzintini istehsalat gimnastikası ilə əvəz etməyi tövsiyə edib. Mütəxəssis xatırladıb ki, bu təcrübə Sovet İttifaq
20.09.2026 177 Ofis mebeli seçərkən nələrə diqqət yetirilməlidir ?
Müasir dövrdə ən çox tələb olunan mebellər sırasında ofis mebelləri də var. Ofis mebelləri dedikdə bura müxtəlif mebellər daxildir. ofis kreslosu, ofis divanı, ofis masaları, qeydiyyat şöbəsi üçün masa, müdir kresloları, salon kreslosu, kompüter masası, sənəd dolabı və ofis stol-stulu aiddir. Ofis mebellər
18.09.2026 185 Dezinfeksiya xidməti
Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy
15.09.2026 1110