Gilası qış üçün dondurmağın yolları
Gilası qış üçün dondurmaq onun təbii rəngini, dadını və tərkibindəki vitaminlərlə faydalı maddələrin böyük hissəsini qorumağa kömək edir. Gilası həm çəyirdəyi ilə, həm də çəyirdəyi çıxarılmış şəkildə dondurmaq mümkündür.
Dondurulmuş çəyirdəkli gilas kompot və kisel hazırlamaq üçün, çəyirdəksiz gilas isə piroq, pirojna, vareniki və digər şirniyyatların hazırlanmasında istifadə oluna bilər.
Gilası dondurmağa necə hazırlamaq lazımdır?
Əvvəlcə gilası axar suyun altında yaxşıca yuyun. Saplaqlarını qoparın, zədələnmiş və çürümüş gilasları ayırın. Daha sonra gilası süzgəcə qoyaraq suyunun süzülməsini gözləyin. Tam quruması üçün gilası ikiqat kağız dəsmalın üzərinə düzərək təxminən 25-30 dəqiqə saxlayın. Gilası dondurmaq üçün qida məhsulları üçün nəzərdə tutulmuş plastik qablar və ya zip-bağlanan xüsusi dondurucu paketlərdən istifadə etmək daha məqsədəuyğundur. Adi sellofan paketlər də istifadə oluna bilər.
Çəyirdəkli və çəyirdəksiz gilas necə dondurulur?
Çəyirdəkli və çəyirdəksiz gilas ayrı-ayrılıqda dondurulmalıdır. Çəyirdəksiz gilas hazırlamaq istəyirsinizsə, xüsusi çəyirdəkçıxaran alətdən və ya adi saç sancağından istifadə edərək çəyirdəkləri çıxarın. Sonra gilasları bir qat olmaqla siniyə və ya qaba düzün və 1-2 gün dondurucuda saxlayın. Bu üsul gilasların bir-birinə yapışmasının qarşısını alır və onların formasını qoruyur. Tam donduqdan sonra gilası qablara və ya dondurucu paketlərinə köçürün. Gilasları sıxmadan yerləşdirin və qarışdırmamaq üçün qabların üzərinə hazırlanma tarixi və növünü qeyd edin.
Şəkərlə gilas necə dondurulur?
Şəkərlə dondurmaq üçün əvvəlcə çəyirdəkləri çıxarın. Gilası qabın içinə qat-qat düzün və hər qatı 1 kiloqram gilasa 100-200 qram şəkər hesabı ilə şəkərlə səpin. Bu üsulla hazırlanan gilas qışda piroq və digər şirniyyatlar üçün hazır içlik kimi istifadə edilə bilər.
Öz şirəsində gilasın dondurulması
Gilası öz şirəsində saxlamaq üçün meyvələrin təxminən üçdə bir hissəsini blenderdə püre halına gətirin. İstəyə görə az miqdarda şəkər əlavə edə bilərsiniz. Qabın yarısını bütöv gilasla doldurun, üzərinə hazırladığınız püredən əlavə edin və dondurucuya yerləşdirin. Bu üsulla hazırlanan gilas sonradan blinçik, pankek və müxtəlif desertlər üçün sous kimi istifadə oluna bilər.
Gilası şərbətdə necə dondurmaq olar?
Şərbət hazırlamaq üçün su və şəkəri 1:1 nisbətində götürün. Suyu qaynadın, şəkəri əlavə edib tam həll olana qədər qarışdırın. Daha sonra şərbəti soyudun və bir neçə saat soyuducuda saxlayın. Çəyirdəyi çıxarılmış gilası qabın üçdə iki hissəsinə qədər doldurun və üzərinə soyumuş şərbəti əlavə edin. Sonra qabı dondurucuya yerləşdirin. Bu üsul gilasın şirəli qalmasına kömək edir və onu desertlərdə istifadə etmək üçün ideal seçim sayılır. (lent.az)
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 607 Tarix: 11 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYeni Zelandiyanın adı dəyişdirilir?
Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri
15.09.2021 1222 Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...
Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin
18.09.2021 882 Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL
Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A
11.09.2021 3168 Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm
11.09.2021 659 İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA
Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü
11.09.2021 2356 Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı
Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu
13.09.2021 1024 Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO
Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric
13.09.2021 490 Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı
Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib
13.09.2021 2571 Gecə paltarı ilə yatmayın - SƏBƏB
Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların
16.09.2021 3554