Həkimdən xəbərdarlıq: Bəzi eynəklər gözünüzü məhv edə bilər
Həkim-oftalmoloq Darya Orlova ultrabənövşəyi (UV) filtri olmayan gün eynəklərinin göz sağlamlığı üçün ümumiyyətlə eynək taxmamaqdan daha təhlükəli olduğunu açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Regions.ru nəşri məqalə dərc edib.
Həkimin sözlərinə görə, tünd linzalar özlüyündə gözləri qorumur. Eynəklərdə UV filtri yoxdursa, onlar yalnız qaraltma effekti yaradır. Nəticədə göz bəbəyi genişlənir və daha çox ultrabənövşəyi şüa gözə daxil olur.
D.Orlovanın açıqlamasına əsasən, bu zaman mənfi təsir əsasən torlu qişaya və göz bülluruna yönəlir. Bu isə gözlərin ciddi zədələnməsi riskini əhəmiyyətli dərəcədə artırır.
Keyfiyyətsiz plastikdən hazırlanan və optik təhriflərə malik linzalar problemi daha da ağırlaşdırır. Belə linzalar göz əzələlərini normadan artıq yükləyərək onların tez yorulmasına səbəb olur.
Mütəxəssis qoruyucu gün eynəklərinin yalnız ixtisaslaşmış optika mağazalarından alınmasını tövsiyə edir. Şübhə yarandığı halda eynəyin qoruyucu xüsusiyyətlərini spektrometr adlanan xüsusi cihaz vasitəsilə yoxlamağın mümkün olduğunu bildirib.
Orlova vurğulayıb ki, gün eynəyi yalnız aksesuar deyil, həm də göz xəstəliklərinin qarşısının alınmasında mühüm rol oynayan tibbi vasitədir. Xüsusilə, günəş şüalarının daha güclü əks olunduğu su hövzələri, çimərliklər və dağlıq ərazilərdə qoruyucu gün eynəklərindən istifadə mütləqdir.
Həkim həmçinin xatırladıb ki, ultrabənövşəyi şüalar buludlu havada da təsirini saxlayır. Məhz buna görə də gündüz saatlarında açıq havada olarkən keyfiyyətli, UV filtrli gün eynəklərindən istifadə edilməlidir. UV filtrli kontakt linzalar isə ənənəvi gün eynəklərinin təmin etdiyi tam qorunmanı əvəz edə bilmir.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 528 Tarix: 05 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYeni Zelandiyanın adı dəyişdirilir?
Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri
15.09.2021 1222 Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...
Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin
18.09.2021 882 Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL
Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A
11.09.2021 3168 Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm
11.09.2021 659 İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA
Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü
11.09.2021 2356 Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı
Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu
13.09.2021 1024 Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO
Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric
13.09.2021 490 Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı
Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib
13.09.2021 2571 Gecə paltarı ilə yatmayın - SƏBƏB
Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların
16.09.2021 3554