İsti havada çimərliyə hansı qidaları aparmaq olmaz? - Mütəxəssis xəbərdarlığı
Yay aylarında çimərlikdə istirahət zamanı düzgün seçilməyən qidalar qida zəhərlənməsi ilə nəticələnə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı həkim-diyetoloq Yelena Solomatina life.ru saytına müsahibəsində xəbərdarlıq edib.
Onun sözlərinə görə, qızmar günəş altında qalan qidaların əksəriyyəti sürətlə təravətini itirir və sağlamlıq üçün təhlükəli hala gəlir. Yüksək hərarət və birbaşa günəş şüaları bakteriyaların çoxalması üçün ideal şərait yaradır.
Çimərlikdə temperatur yüksək olduğu və insanlar uzun müddət günəş altında qaldıqları üçün qidaların təhlükəsizliyini qorumaq çətinləşir. Həkim ilk növbədə aşağıdakı məhsullardan imtina etməyi tövsiyə edir:
- Balıq və dəniz məhsulları əlavə olunmuş souslu salatlar;
- Bişmiş kolbasa, sosiska;
- Kəsmik, qatıq və yumşaq pendirlər;
- Doğranmış meyvə və tərəvəzlər (doğranmış məhsullar tez şirə buraxdığı üçün mikroorqanizmlərin inkişafına şərait yaradır).
Kremli qənnadı məmulatları ilə də xüsusilə ehtiyatlı olmaq lazımdır. Hətta fabrik istehsalı olan desertlərin kremləri belə isti havada tez xarab olur. Ev şəraitində hazırlanan şirniyyatlar və süd məhsulları tərkibli içliklər isə çox qısa zamanda təhlükə mənbəyinə çevrilə bilər.
Diyetoloq çimərliyə spirtli içkilər, şirin qazlı sular, qəhvə və tünd çay aparmağı da məsləhət görmür:
- Alkoqol və kofein orqanizmin susuzlaşmasına səbəb olur.
- Şirin içkilər isə susuzluğu yalnız qısa müddətə yatırır. Qanda qlükoza səviyyəsinin kəskin artmasından sonra baş verən ani eniş halsızlığa səbəb ola bilər.
Bunun əvəzinə, çimərlikdə qəlyanaltı üçün qoz-fındıq, quru meyvələr, qaletlər, suxarilər, eləcə də qalın qabıqlı bütöv tərəvəz və meyvələr (xiyar, alma və s.) daha təhlükəsiz seçimdir.
Solomatina daha bir vacib məqamı qeyd edib: "Məhsul nə qədər təbiidirsə və tərkibində nə qədər az konservant varsa, isti havada bir o qədər tez xarab ola bilər. Şübhəli qidaları çimərliyə aparmamaq və orada yeməmək daha yaxşıdır".
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 218 Tarix: 05 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"WhatsApp"da MÖHTƏŞƏM YENİLİK! Doğum günlərində sizə GÖRÜN NƏ GÖNDƏRƏCƏK...
Dünyanın ən populyar mesajlaşma platformalarından olan "WhatsApp" istifadəçilərin yaxınlarının doğum günlərini qaçırmaması üçün yeni bildiriş funksiyası üzərində işləyir. "Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, tətbiq istifadəçilərin kontakt siyahısındakı şəxslərin yaxınlaşa
11.07.2026 385 Evinizdə bu 5 əşya varsa, kasıb olacaqsınız
Müxtəlif xalqların mədəniyyətində maddi rifahla bağlı çoxsaylı inanclar və əlamətlər mövcuddur. Onların bir çoxunun praktik izahı da var. xarici mediaya istinadən bildirir ki, mütəxəssislərin fikrincə, həddindən artıq əşya ilə dolu məkan insanda xaos hissi yaradır, köhnə və istifadəsiz əşyalar isə keçmiş
05.07.2026 255 Həkimdən xəbərdarlıq: Bəzi eynəklər gözünüzü məhv edə bilər
Həkim-oftalmoloq Darya Orlova ultrabənövşəyi (UV) filtri olmayan gün eynəklərinin göz sağlamlığı üçün ümumiyyətlə eynək taxmamaqdan daha təhlükəli olduğunu açıqlayıb. xəbər verir ki, bu barədə nəşri məqalə dərc edib. Həkimin sözlərinə görə, tünd linzalar özlüyündə gözləri qorumur. Eynəklərdə UV filtr
05.07.2026 289 Təyyarələrdə niyə həmişə soyuq olur? - Stüardessa səbəbini açıqladı
Təyyarə salonlarında temperaturun aşağı saxlanılması təsadüfi deyil. Mütəxəssislərin sözlərinə görə, bu, sərnişinlərin sağlamlığını qorumaq və uçuş təhlükəsizliyini artırmaq məqsədi daşıyır. Qaynarinfo xəbər verir ki, bu barədə "Popular Science" nəşri keçmiş stüardessa Bobbi Loriyə istinadə
02.07.2026 477 Göyərtilər necə saxlanılır: Keşniş, cəfəri, şüyüd və nanənin saxlanma qaydaları
Mətbəxdə göyərtilərin təzəliyini uzun müddət qorumaq hər kəsin maraqlandığı mövzudur. Cəfəri, keşniş, şüyüd və nanəni ilk günkü kimi təzə saxlamaq üçün doğru üsulları tətbiq etmək, düzgün qablardan istifadə etmək və soyuducuda doğru yeri seçmək kifayətdir. xəbər verir ki, hər göyərtinin yarpaq quruluş
05.07.2026 286 Portağalların qırmızı torbada satılmasının səbəbi məlum oldu
Marketlərdə portağalların əksəriyyətinin qırmızı və ya narıncı rəngli torbalarda satılması təsadüfi deyil. Alimlərin fikrincə, bu rəng seçimi meyvənin daha yetişmiş, canlı və iştah açıcı görünməsini təmin edən sadə, lakin təsirli bir vizual aldatma üsuluna əsaslanır. xəbər verir ki, qırmızı və ya narınc
11.07.2026 151 Turlar.AZ - Ucuz turlar, tur paketlər
Turizm elanları saytı ilin istənilən fəslində səyahət həvəskarlarını sevindirir!. Əksər insanlar çox vaxt, xüsusən də yay vaxtı gedə biləcəkləri maraqlı yer axtarışına çıxırlar. Məkanı müəyyənləşdirdikdən sonra isə ora necə getməyi, hansı yolla biletlərin daha ucuz başa gəlməsini araşdırırlar. Səyahə
01.07.2026 717 Belə bişirəndə "qlazok"un DADINA DOYMAQ OLMUR
Səhər yeməyində yağ sürtülmüş tostla birlikdə "qlazok" yeməyi sevənlər çoxdur. Yumurtanı qızartmaq üçün adətən günəbaxan və ya zeytun yağından istifadə olunur. Lakin yeməyə fərqli dad və ətir qatmaq istəyənlər küncüt yağını da sınaqdan keçirə bilərlər. xəbər verir ki, bu barədə "The Kitchn"
00:30 118 Ucuz Telefon satışı elanları Tezbazar.Az-da
Ucuz telefon satışı elanları ilə maraqlananlar üçün yaxşı fürsət! Müxtəlif markaların ucuz telefonları bir arada!. Daha hansısa mağazaya getməyinizə ehtiyac yoxdur! Seçiminizi onlayn qaydada da həyata keçirə bilərsiniz. -a daxil olsanız, maddi imkanınıza uyğun, satışa çıxarılan telefonlarla da qarşılaşacaqsınız
04.07.2026 3690