Müəllimini güllələyən şagirdin valideynlərindən İLK AÇIQLAMALAR

Müəllimini güllələyən şagirdin valideynlərindən İLK AÇIQLAMALAR"İdrak" liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin cinayət işi üzrə keçirilən ilk məhkəmə hazırlıq iclası təxirə salınıb.

BiG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, buna səbəb təqsirləndirilən yeniyetmənin müdafiəçisinin prosesdə iştirak etməməsi olub.

Vəkil olmasa da, təqsirləndirilən şagirdin valideynləri məhkəməyə gəlib. Qanuni nümayəndə qismində şagirdin anası Z.Şirinova tanınıb. Sədrlik edən hakim həm yeniyetməyə, həm qanuni nümayəndəyə bütün hüquq və vəzifələrini izah edib. Vəkil iştirak etmədiyindən iclas 17 iyuna kimi başqa tarixə salınıb.

Məhkəmə prosesindən sonra təqsirləndirilən yeniyetmənin valideynləri ilk dəfə olaraq açıqlama veriblər. Şagirdin atası Samir Şirinovun sözlərinə görə, oğlunun belə bir hadisə törədəcəyi heç vaxt ağıllarına gəlməzdi:

"Ondan heç vaxt belə bir hərəkət gözləməzdik. Üç övladım var, onlardan ikisi ali təhsil alır. Bu da dərslərində uğurlu idi, təhsilini ingilis dilində alırdı. Müəllimi ilə arasında prinsipial münasibət olması, əvvəlcədən ona qarşı kin bəsləməsi və digər deyilənlər yalandır. Hadisə gözlənilmədən baş verib. Hamımız şokdayıq. İndi də hər şey məhkəmə araşdırmasının nəticəsindən asılıdır".

Samir Şirinov cinayət işinin istintaqı çərçivəsində özünün də ifadə verdiyini təsdiqləyib: "Bəli, mən də prokurorluqda dindirilmişəm. Hazırda hadisədə istifadə olunan silahın necə saxlanılması və digər hallarla bağlı araşdırmalar davam edir. Görək necə olacaq".

Yeniyetmənin anası Z.Şirinova həyat yoldaşı kimi oğlunun sakit, tərbiyəli və ağıllı uşaq olduğunu deyib. Ana övladı barədə danışarkən göz yaşlarını saxlaya bilməyib, sadəcə ailənin baş verənlərdən dərin sarsıntı keçirdiyini əlavə edib.

13:12

"İdrak" liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin cinayət işi üzrə keçirilən ilk məhkəmə hazırlıq iclası təxirə salınıb.

Oxu Az-ın məlumatına görə, buna səbəb təqsirləndirilən yeniyetmənin müdafiəçisinin prosesdə iştirak etməməsi olub.

Vəkil olmasa da, təqsirləndirilən şagirdin valideynləri məhkəmədə iştirak ediblər. Qanuni nümayəndə qismində şagirdin anası Zemfira Şirinova tanınıb. Bakı Ağır Cinayətlər Məhkəməsində prosesə sədrlik edən hakim Vüqar Quliyev həm yeniyetməyə, həm qanuni nümayəndəyə bütün hüquq və vəzifələrini izah edib.

Vəkil iştirak etmədiyindən iclas iyunun 17-dək təxirə salınıb.

Qeyd edək ki, hadisə bu ilin fevralında Bakıda yerləşən "İdrak" liseyində baş verib. İttihama görə, 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov tüfəngi ilə təhsil aldığı liseyə gedərək 29 yaşlı riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib.

Onu da qeyd edək ki, şagird Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham olunur. Təqsiri sübuta yetiriləcəyi halda 18 yaşı tamam olmadığı üçün 10 ilədək azadlıqdan məhrum edilə bilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 256   Tarix: 05 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Referendum keçiriləcək? - AÇIQLAMA

"Referendumun keçiriləcəyi, parlament üzvlərinin sayının artırılması ilə bağlı gedən müzakirələr barəsində nə eşitmişəm, nə də məlumatım var". Bu sözləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə ilin sonuna kimi referendumun keçiriləcəyi, deputat sayının artırılacağı ilə bağl

04.06.2026 304
.

Hərbidən qayıdıb əvvəlki vəzifəyə təyin oluna biləcəklər

Diplomatik xidmətə müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırılmağa xitam verilməsi ilə bağlı qanun dəyişir. "Qafqazinfo" xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Diplomatik xidmət haqqında" layihədə öz əksini tapıb. Hərb

12:08 135
.

Tarixdə ilk trilyonçu ola bilər

"SpaceX" tarixdə ən böyük ilkin kütləvi səhm təklifi (IPO) üçün hazırlıqlara başlayıb. Şirkətin planlaşdırdığı 75 milyard dollarlıq IPO uğurla baş tutarsa, "SpaceX"in dəyəri 1,7 trilyon dolları keçə və təsisçisi İlon Maskın sərvəti 1 trilyon dollar həddini aşa bilər. "Qafqazinfo"

04.06.2026 267
.

Şotlandiya Böyük Britaniyadan ayrıla bilərmi?

Şotlandiya Parlamenti Böyük Britaniyadan müstəqilliklə bağlı yeni referendumun keçirilməsini dəstəkləyib. Parlamentdə keçirilən səsvermədə 72 deputat Londona müraciətin lehinə, 55 deputat isə əleyhinə səs verib. Müraciətin əsas məqsədi referendumun təşkili səlahiyyətinin Şotlandiya Parlamentinə verilməsidir

14:25 60
.

Ermənistan və ABŞ TRIPP sazişini imzalayıb

Ermənistan və ABŞ TRIPP layihəsi üzrə çərçivə sazişini imzalayıb. "Armenpress" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Xarici İşlər Nazirliyi sənədin ilkin olaraq mayın 26-da ABŞ dövlət katibi Marko Rubionun Ermənistana səfəri zamanı paraflandığını xatırladıb

04.06.2026 243
.

Tibetdə "qırmızı kabus" müşahidə olundu - Video

Tibetin dağlıq rayonlarında "qırmızı kabus" adlandırılan ən nadir təbiət hadisələrindən biri qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, bu təbiət hadisəsi Yer səthindən 50-90 km yüksəklikdə baş verən xüsusi elektrik boşalması nəticəsində meydana gəlir. Onu adi ildırımdan fərqləndirə

04.06.2026 338
.

Emel Sayından pərəstişkarlarını üzən xəbər - konsertlərini bir-bir təxirə saldı

Türk sənət musiqisinin əfsanəvi simalarından olan Emel Sayın səhhətində yaranan problemlər səbəbindən qarşıdakı günlərdə keçirilməsi planlaşdırılan Bursa və Harbiye Açıq Hava konsertlərini təxirə salmaq məcburiyyətində qaldığını açıqlayıb. xarici KİV-ə istinadən xəbər verir ki, 80 yaşlı sənətçi qıs

04.06.2026 277
.

Dövlət qurumları məsuliyyəti bir-birinin üzərinə atır: qanun nə deyir? - HÜQUQŞÜNASDAN AÇIQLAMA

Dövlət qurumlarının mediada ictimailəşdirilən problemlərə münasibətdə məsuliyyətin bir-birinin üzərinə atılması cəmiyyətdə tez-tez müzakirə olunan məsələlərdən biridir. Bu cür hallar xüsusilə vətəndaş şikayətləri, ictimai xidmətlər və idarəetmə problemləri ilə bağlı xəbərlərdə daha qabarıq görünür. Mövcu

04.06.2026 328
.

Avropa-Rusiya münasibətlərində yeni mərhələ başlaya bilər

Almaniya son həftələrdə Rusiya ilə mümkün danışıqlara intensiv hazırlıq aparır. xəbər verir ki, bu barədə "Die Zeit" qəzeti mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Almaniya Kanslerliyi bu məsələ ilə bağlı xüsusilə Fransa və Böyük Britaniya nümayəndələri ilə müntəzəm məsləhətləşmələ

11:06 134
.

TOP MP3