Ebolanın cənginə aldığı şəhərə BASQIN: 30 dinc sakin öldürüldü
Konqoda Ebola virusunun yayıldığı əsas bölgələrdən biri olan Beni şəhəri ətrafında silahlıların hücumları nəticəsində 30-dan çox insan ölüb.
Lent.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.
Məlumata görə, çərşənbə günü səhər tezdən Beni ətrafındakı üç kəndə edilən basqınlar zamanı azı 10 nəfər öldürülüb. Hücumlarda terror təşkilatı İŞİD-lə əlaqəli olduğu bildirilən "Müttəfiq Demokratik Qüvvələr" qruplaşması ittiham olunur.
Silahlılar kəndlərdə evləri və motosikletləri yandırıb, həmçinin sayı hələlik məlum olmayan mülki şəxsləri girov götürüblər.
Rəsmi məlumatlara əsasən, Şimali və Cənubi Kivu, həmçinin İturi vilayətlərində qeydə alınan Ebola epidemiyası çərçivəsində indiyədək 344 yoluxma faktı və 60 ölüm halı qeydə alınıb.
Bundan əvvəl də, şənbə günü gecə saatlarında silahlılar Beni şəhərinə daxil olaraq sakinlərə hücum ediblər. Hadisə nəticəsində çoxsaylı insan öldürülüb, yüzlərlə sakin isə meşələrə qaçmağa məcbur olub. Şahidlərin sözlərinə görə, 20-dən çox kişi, qadın və uşaq ölüb, onlarla insan itkin düşüb.
Yerli sakin bildirib ki, gecə saatlarında kömək çağırışları eşidildikdən sonra insanlar evlərini tərk edərək qaçıblar. Səhər isə qonşularının öldürüldüyünü görüblər.
İctimai təşkilatların məlumatına görə, bu qruplaşma 2014-cü ildən bəri bölgədə təxminən 10 min dinc sakinin ölümünə səbəb olub. Onlar həmçinin qonşu Uqandada törədilən hücumlarda da ittiham edilir.
Mütəxəssislər hesab edirlər ki, hücumlar və əhali arasında yaranan qorxu Ebola ilə mübarizəni daha da çətinləşdirir. Yerli fəal Albert Luzenqe bildirib ki, zorakılıqdan qaçan insanların müxtəlif yaşayış məntəqələrinə köçməsi virusun yayılması riskini artırır. Onun sözlərinə görə, qaçqın axını zamanı xəstəliyin qarşısının alınması tədbirlərinə nəzarət etmək olduqca çətinləşir.
2005-2014-cü illərdə Konqo ordusunun həyata keçirdiyi genişmiqyaslı hərbi əməliyyatlar zamanı "Müttəfiq Demokratik Qüvvələr" qruplaşması tamamilə məhv edilməyib. Qruplaşmaya qarşı növbəti hərbi əməliyyat 2021-ci ildə başlayıb, hazırda Konqo və Uqanda orduları Şimali Kivu və İturi bölgələrində silahlıları birgə təqib etməyə davam edirlər.
Konqoda fəaliyyət göstərən Ebuteli analitik mərkəzinin tədqiqatçısı Reqan Mivirinin sözlərinə görə, mülki əhaliyə qarşı hücumlar məhz bu hərbi əməliyyatlara cavab olaraq həyata keçirilir.
Onun fikrincə, silahlılar öz mövqelərinə edilən hücumlara mülki şəxslərin kütləvi qətli ilə cavab verirlər. Bu, hökuməti hərbi əməliyyatları dayandırmağa məcbur etmək cəhdi kimi qiymətləndirilir.
Miviri bildirib ki, qruplaşma üzvləri kiçik qruplar şəklində hərəkət edir və meşəlik ərazilərdə gizləndikləri üçün onları aşkar etmək olduqca çətindir. Onun sözlərinə görə, Konqo və Uqanda ordularının əməliyyatları əsasən silahlıları sərhəd bölgələrindən sıxışdırıb çıxarmağa yönəlib, lakin bu prosesdə mülki əhali də ölür.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 721 Tarix: 04 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAğdam rayonunun işğaldan azad olunması tarixi hadisədir
2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb
14.11.2026 232 TƏCİLİ! Azərbaycanda gəmilərə XƏBƏRDARLIQ EDİLDİ
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. bildirir ki, xəbərdarlığa əsasən, noyabrın 15-i gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunaca
14.11.2026 245 Pensiya və maaşların verilməsi ilə bağlı YENİLİK - Vətəndaşlar sevinəcək
Azərbaycanda əməkhaqları və pensiyaların ödənilməsi qaydası dəyişə bilər. Yeni təklifə əsasən, işçilərə verilən əməkhaqqı və digər ödənişlər elektron ödəniş sistemi vasitəsilə onların seçdiyi bank hesabına köçürüləcək. Bu yenilik hansı üstünlükləri vəd edir?. -a danışan iqtisadçı Elçin Rəşidov deyi
14.11.2026 239 "Böyük Ermənistan", "Miatsum" xülyaları puç oldu: Paşinyan yeni ideologiyanı açıqladı
Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Münasibətləri İnstitutunda (IIEA) keçirilən görüş zamanı "Real Ermənistan" ideologiyasından danışıb. Bu barədə Ermənistan KİV-ə istinadən məlumat verir. Paşinyan qeyd edib ki, bu ideologiya Ermənistanın dövlət və milli maraqların
14.11.2026 194 İkinci əl avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR - VİDEO
Rəsmi dilerlər tərəfindən satılan bəzi ikinci əl avtomobillərin qiymətləri ucuzlaşa bilər. Buna səbəb həmin avtomobillərin satışına tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) hesablanması qaydasının dəyişdirilməsinin təklif olunmasıdır. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, Milli Məclisd
00:13 71 Ukraynanın Danimarkadan alacağı hərbi yardım paketinin detalları açıqlanıb
Ukrayna ilin sonunadək Danimarkadan 645 milyon avro dəyərində hərbi yardım alacaq. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, paketə müxtəlif yardım növləri, o cümlədə
14.11.2026 137 Pirquluda qış mənzərəsi... - Fotolar
Qafqaz dağlarının yüksəkliklərində, Pirqulu ərazisində yerləşən Şamaxı Safari Parkının qış mənzərəsini əks etdirən yeni görüntülər paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülər "Experience Azerbaijan"ın sosial şəbəkə hesabında yerləşdirilib. Paylaşımda qış mövsümündə ərazidək
14.11.2026 268 Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı
Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb. xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər
14.11.2026 196 Dondurucu soyuqlar gəlir - XƏBƏRDARLIQ
Dünya 2026-2027-ci illərin qışına qeyri-adi atmosfer hadisəsi ilə daxil olur. Şimal qütbü üzərindəki soyuq hava sistemində tarixdə ən erkən pozulma qeydə alınarkən, güclənən El Nino hava proqnozlarını dəyişdirib. Ekspertlər noyabrın sonu və dekabrın əvvəlində Avropa və Şimali Amerikada yeni soyuq hav
14.11.2026 308