Artan zorakılıq halları: cəzaların sərtləşdirilməsinə ehtiyac varmı? - HÜQUQŞÜNASDAN AÇIQLAMA
Son vaxtlar ölkədə cinsi zorakılıq halları ilə bağlı müxtəlif xəbərlər ictimai diqqəti yenidən bu mövzuya yönəldib. Cəmiyyət arasında bu tip hadisələrin qarşısının alınması və mövcud vəziyyətin daha dərindən təhlil edilməsi ilə bağlı müzakirələr artmaqdadır. Hadisələrin mediada əks olunması isə problemin ciddiliyini gündəmdə saxlayır. Bu kimi halların qarşısının alınması üçün görülən hüquqi və sosial tədbirlərin yetərliliyi barədə müxtəlif fikirlər mövcuddur.
Bir qisim daha effektiv nəticə üçün cəza mexanizmlərinin gücləndirilməsinin vacibliyini önə çəkir, digərləri isə maarifləndirmə və profilaktik addımların da eyni dərəcədə əhəmiyyətli olduğunu bildirir. Məhz bu baxışların fonunda məsələ cəmiyyət üçün aktual müzakirə mövzusu olaraq qalır.
Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov BiG.AZ-a açıqlamasında bildirdi ki, mən hesab etmirəm ki, bu cinayətlərin sayı artıb. Yəni həmişə və hər yerdə olub. Onun sözlərinə görə, dünyanın hər yerində cinsi zorakılıq halları var: "Tarix boyuda olub. İnsan var olduğu müddətcə onun birinci instinkti əgər qarnını doyuzdurmaqdırsa, sonrakı hərəkətlərdə seksual hərkətlər və cinsi zorakılıqdır. Əlbbətdəki bu cinayətlərə görə cəzaları dahada sərtləşdirmək olar. Amma biz başa düşməliyik ki, bu cinayətləri törədənləri cəzaların artırılması böyük ehtimalla saxlamır. Çünki bu cür cinayətlərin aşkarlanma səviyyəsi aşağıdır. Bir qayda olaraq ona görəki qurbanlar şikayət etmir. Buna görədə bu cinayəti törədənlər elə bilirlərki qurbanlar məlumat verməyəcək.
Bu baxımdan bu məsələlərin ictimailəşdirilməsi və qurbanların şikayət etməsi çox yaxşı haldır. Cinsi zorakılıq hallarını yalnız bu dayandıra bilər. Eyni zamanda cəzaları sərtləşdirməkdə olar. Mən hər zaman onun tərəfdarı olmuşamki zorlamaya görə ömürlük azadlıqdan məhrum etmə cəzası verilməlidir. Yəni bu insanları cəmiyyətdən təcrid etmək lazımdır. Cinsi zorakılıq qurbanlarıda bu barədə Hüquq Mühafizə Orqanlarına məlumat verməlidirlər və bu hallar ictimailəşdirilməlidir".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 567 Tarix: 05 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video
Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız
14.11.2026 174 Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 15-16-da Omanda Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək. Bu barədə "Report"a QMİ-dən məlumat verilib. Bildirilib ki, Maskat Forumu Oman Sultanlığı, BMT-nin Soyqırımının Qarşısının Alınması üzrə Xüsus
14.11.2026 190 Qaradağda evdən 7050 manatlıq qızılı oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Qaradağ rayonu ərazisində yerləşən evlərdən birindən 7050 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı onun rayon ərazisində digər evlərdə
14.11.2026 195 ABŞ Kiyevə ilk dəfə NATO-ya üzvlük təklif etdi: Zelenski təklifin şərtini açıqladı
"Son danışıqlar zamanı ABŞ rəsmiləri Ukraynanın NATO üzvlüyü müqabilində qoşunlarını Donbasdan geri çəkməyə hazır olub-olmadığını soruşublar". -ın "Kiyev Post" nəşrinə istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində bildirib. Zelensk
14.11.2026 212 Ağdamda yeni və müasir şəhər salınır
Ağdamın işğaldan azad olunmasından 6 il keçdi. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliy
14.11.2026 245 Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlanıb
2027-ci il "Büdcə zərfi"ndə göstərilən fiskal risklərlə yanaşı, bir sıra digər amillər də dövlət maliyyə sabitliyinə təsir göstərə bilər. "Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir
14.11.2026 189 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi
Öz bağında qızı zorlamaqda təqsirləndirilən "Milyonçu Bəxtiyar Dali" kimi tanınan Bəxtiyar Qaraşov yenidən hakim qarşısına çıxarılıb. "Unikal"a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və yeku
14.11.2026 277 Birdəfəlik sosial müavinətlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə "Unikal"a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 16-da respublik
00:07 82 Paşinyan bir ayda Rusiyaya üç dəfə səfər edəcək
Ermənistanın baş naziri Nikol Paşinyan dekabr ayında danışıqlar üçün Rusiyaya üç dəfə səfər etməyi planlaşdırdığını bəyan edib. -ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə Paşinyan Dublin Beynəlxalq və Avropa Münasibətləri Məsələləri İnstitutunda çıxışı zamanı məlumat verib. "Dekab
14.11.2026 130