"Dünyanın ən zəngin pişiyi" mirasını ala bilmədi
Moda dünyasının ikonası Karl Lagerfeldin 2019-cu ildə vəfatından sonra 1,7 milyon avroluq mirasla "dünyanın ən zəngin pişiyi" kimi tanınan Choupettein əslində bu mirasdan bir qəpik belə ala bilmədiyi məlum olub. Lagerfeldin vəsiyyətinin yerinə yetirilməsi üçün bahalı vəkillər tutduğunu bildirən baxıcısı Françoise Caçote, pişiyin dəbdəbəli həyatını davam etdirə bilməsi üçün yarımştat işləməyə məcbur qaldığını deyərək hüquqi mübarizəyə başladığını açıqlayıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 2019-cu ildə 85 yaşında vəfat edən Fransız moda nəhəngi "Chanel"in əfsanəvi kreativ direktoru Karl Lagerfeld arxasında yalnız moda dünyasını silkələyən dizaynlar deyil, çox danışılan bir vəsiyyət də qoymuşdu. O, təxminən 200 milyon avroluq şəxsi sərvətinin 1,7 milyon avrosunu çox sevdiyi Birman cinsli pişiyi "Choupette"ə ayırdığını bildirmişdi. Məqsədi göz bəbəyi kimi qoruduğu pişiyinin özündən sonra da dəbdəbəli həyat sürməsi idi. Lakin illər keçməsinə baxmayaraq, "Choupette"in bu mirasdan hələ də heç bir pay almadığı iddia edilir.
Bu iddianı gündəmə gətirən şəxs Lagerfeldin ölümündən sonra "Choupette"in qayğısına qalan uzun illərin xidmətçisi Françoise Caçote olub. O, "The Atlantic" jurnalına verdiyi müsahibədə mediada yayılan milyonlarla avroluq rəqəmlərə baxmayaraq, onlara heç bir ödəniş edilmədiyini bildirib.
Caçote deyib:
"Mirasımızı ala bilmək və Karlın istəklərinin lazımi şəkildə yerinə yetirilməsini təmin etmək üçün çox bahalı vəkillər tutmağa məcbur oldum. Hüquqi məsələlər həll olunana qədər, xüsusilə də "Choupette"in heç nədən məhrum olmaması və əvvəlki lüks həyat standartlarından geri qalmaması üçün əlimdən gələni edirəm. Bu, mənim həyatda ən böyük prioritetimdir. Ona baxmaqla yanaşı, onu dolandırmaq üçün hazırda yarımştat işləyirəm. Lazım olan sevgini, diqqəti və qayğını göstərirəm. Ümid edirik ki, vəziyyət bir gün sülh yolu ilə və ədalətli şəkildə həll olunacaq".
Karl Lagerfeld ilə mavi gözlü məşhur pişik "Choupette"in yolları 2011-ci ilin avqustunda kəsişmişdi. Pişik əvvəlcə model Baptiste "Giabiconi2yə məxsus idi və Lagerfeld yalnız modelin səfərdə olduğu müddətdə ona müvəqqəti baxmağa razılaşmışdı. Lakin Giabiconi tətilindən qayıdıb pişiyini geri almaq istəyəndə Lagerfeld ona aşiq olduğunu deyərək geri qaytarmaqdan imtina etmiş və sahiblənmişdi. Pişiyinə olan sevgisini hər fürsətdə dilə gətirən məşhur modelyer 2013-cü ildə verdiyi müsahibədə belə demişdi:
"İnsanlarla heyvanlar arasında hələ qanuni nikah yoxdur... Amma qanuni olsaydı, pişiyimlə evlənərdim. Bir pişiyə bu qədər güclü hisslərlə bağlana biləcəyimi heç düşünməzdim".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 762 Tarix: 04 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAğdam rayonunun işğaldan azad olunması tarixi hadisədir
2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb
14.11.2026 232 TƏCİLİ! Azərbaycanda gəmilərə XƏBƏRDARLIQ EDİLDİ
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. bildirir ki, xəbərdarlığa əsasən, noyabrın 15-i gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunaca
14.11.2026 245 Pensiya və maaşların verilməsi ilə bağlı YENİLİK - Vətəndaşlar sevinəcək
Azərbaycanda əməkhaqları və pensiyaların ödənilməsi qaydası dəyişə bilər. Yeni təklifə əsasən, işçilərə verilən əməkhaqqı və digər ödənişlər elektron ödəniş sistemi vasitəsilə onların seçdiyi bank hesabına köçürüləcək. Bu yenilik hansı üstünlükləri vəd edir?. -a danışan iqtisadçı Elçin Rəşidov deyi
14.11.2026 239 "Böyük Ermənistan", "Miatsum" xülyaları puç oldu: Paşinyan yeni ideologiyanı açıqladı
Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Münasibətləri İnstitutunda (IIEA) keçirilən görüş zamanı "Real Ermənistan" ideologiyasından danışıb. Bu barədə Ermənistan KİV-ə istinadən məlumat verir. Paşinyan qeyd edib ki, bu ideologiya Ermənistanın dövlət və milli maraqların
14.11.2026 194 İkinci əl avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR - VİDEO
Rəsmi dilerlər tərəfindən satılan bəzi ikinci əl avtomobillərin qiymətləri ucuzlaşa bilər. Buna səbəb həmin avtomobillərin satışına tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) hesablanması qaydasının dəyişdirilməsinin təklif olunmasıdır. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, Milli Məclisd
00:13 71 Ukraynanın Danimarkadan alacağı hərbi yardım paketinin detalları açıqlanıb
Ukrayna ilin sonunadək Danimarkadan 645 milyon avro dəyərində hərbi yardım alacaq. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, paketə müxtəlif yardım növləri, o cümlədə
14.11.2026 137 Pirquluda qış mənzərəsi... - Fotolar
Qafqaz dağlarının yüksəkliklərində, Pirqulu ərazisində yerləşən Şamaxı Safari Parkının qış mənzərəsini əks etdirən yeni görüntülər paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülər "Experience Azerbaijan"ın sosial şəbəkə hesabında yerləşdirilib. Paylaşımda qış mövsümündə ərazidək
14.11.2026 268 Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı
Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb. xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər
14.11.2026 196 Dondurucu soyuqlar gəlir - XƏBƏRDARLIQ
Dünya 2026-2027-ci illərin qışına qeyri-adi atmosfer hadisəsi ilə daxil olur. Şimal qütbü üzərindəki soyuq hava sistemində tarixdə ən erkən pozulma qeydə alınarkən, güclənən El Nino hava proqnozlarını dəyişdirib. Ekspertlər noyabrın sonu və dekabrın əvvəlində Avropa və Şimali Amerikada yeni soyuq hav
14.11.2026 308