Şotlandiya Böyük Britaniyadan ayrıla bilərmi?
Şotlandiya Parlamenti Böyük Britaniyadan müstəqilliklə bağlı yeni referendumun keçirilməsini dəstəkləyib. Parlamentdə keçirilən səsvermədə 72 deputat Londona müraciətin lehinə, 55 deputat isə əleyhinə səs verib. Müraciətin əsas məqsədi referendumun təşkili səlahiyyətinin Şotlandiya Parlamentinə verilməsidir.
Təşəbbüs Şotlandiyanın birinci naziri və ölkənin Böyük Britaniyadan ayrılmasını müdafiə edən Şotlandiya Milli Partiyasının (SNP) lideri Con Svinni tərəfindən irəli sürülüb.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, bu addım təsadüfi deyil. Belə ki, may ayında keçirilən seçkilərdə SNP ardıcıl beşinci dəfə Şotlandiya Parlamentində ən böyük siyasi qüvvə statusunu qoruyaraq 58 mandat qazanıb. Seçkilərdən sonra Svinni nəticələri partiyanın müstəqillik gündəliyinə ictimai dəstəyin təsdiqi kimi qiymətləndirib. Bu baxımdan, referendum təşəbbüsünün gündəmə gətiriləcəyi əvvəlcədən gözlənilən idi:
"Şotlandiyanın müstəqillik istəyi yeni deyil. 2014-cü ildə keçirilən referendumda seçicilərin 55 faizi Böyük Britaniyanın tərkibində qalmağa səs vermişdi. Həmin vaxt London bu məsələnin ən azı bir nəsillik müddətə bağlandığını bəyan etsə də, sonradan Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə nəticələnən Brexit prosesi müzakirələri yenidən alovlandırdı.
Şotland millətçiləri vurğulayırlar ki, 2016-cı il Brexit referendumunda bölgə əhalisinin əksəriyyəti Avropa İttifaqında qalmağın lehinə səs vermişdi. Onların fikrincə, Şotlandiya xalqının iradəsi nəzərə alınmayıb və bu, yeni referendum üçün siyasi əsas yaradır. Bununla belə, 2022-ci ildə Böyük Britaniya Ali Məhkəməsi qərara aldı ki, müstəqilliklə bağlı yeni referendum yalnız Londonun razılığı ilə keçirilə bilər.
Con Svinni hesab edir ki, Şotlandiya 2029-cu ildə keçiriləcək növbəti ümumi seçkilərdən əvvəl müstəqillik əldə etməlidir. Lakin mövcud reallıqlar göstərir ki, yaxın perspektivdə bu ssenarinin reallaşması çətin görünür.
Əsas maneə hüquqi xarakter daşıyır. Şotlandiya Parlamenti təkbaşına referendum keçirmək səlahiyyətinə malik deyil və bunun üçün Böyük Britaniya hökumətinin razılığı tələb olunur. London isə hazırkı mərhələdə belə bir təşəbbüsə müsbət yanaşmır.
Bundan əlavə, Şotlandiyanın krallığın tərkibində qalmasını dəstəkləyən əhəmiyyətli ictimai təbəqə mövcuddur. İqtisadi risklər, valyuta məsələsi, beynəlxalq status və Avropa İttifaqına mümkün üzvlüklə bağlı qeyri-müəyyənliklər də müstəqillik ideyasına ehtiyatlı yanaşmanı gücləndirir.
Bu səbəbdən yaxın illərdə ən real ssenari Şotlandiyanın tam müstəqilliyi deyil, London və Edinburq arasında səlahiyyət bölgüsü ilə bağlı yeni siyasi müzakirələrin aparılması və muxtariyyət imkanlarının daha da genişləndirilməsi görünür. Müstəqillik ideyası isə Şotlandiyanın siyasi gündəmində qalmaqda davam etsə də, hələlik uzunmüddətli və qeyri-müəyyən perspektiv olaraq qalır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 598 Tarix: 05 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAğdam rayonunun işğaldan azad olunması tarixi hadisədir
2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb
14.11.2026 232 TƏCİLİ! Azərbaycanda gəmilərə XƏBƏRDARLIQ EDİLDİ
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. bildirir ki, xəbərdarlığa əsasən, noyabrın 15-i gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunaca
14.11.2026 245 Pensiya və maaşların verilməsi ilə bağlı YENİLİK - Vətəndaşlar sevinəcək
Azərbaycanda əməkhaqları və pensiyaların ödənilməsi qaydası dəyişə bilər. Yeni təklifə əsasən, işçilərə verilən əməkhaqqı və digər ödənişlər elektron ödəniş sistemi vasitəsilə onların seçdiyi bank hesabına köçürüləcək. Bu yenilik hansı üstünlükləri vəd edir?. -a danışan iqtisadçı Elçin Rəşidov deyi
14.11.2026 239 "Böyük Ermənistan", "Miatsum" xülyaları puç oldu: Paşinyan yeni ideologiyanı açıqladı
Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Münasibətləri İnstitutunda (IIEA) keçirilən görüş zamanı "Real Ermənistan" ideologiyasından danışıb. Bu barədə Ermənistan KİV-ə istinadən məlumat verir. Paşinyan qeyd edib ki, bu ideologiya Ermənistanın dövlət və milli maraqların
14.11.2026 194 İkinci əl avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR - VİDEO
Rəsmi dilerlər tərəfindən satılan bəzi ikinci əl avtomobillərin qiymətləri ucuzlaşa bilər. Buna səbəb həmin avtomobillərin satışına tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) hesablanması qaydasının dəyişdirilməsinin təklif olunmasıdır. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, Milli Məclisd
00:13 71 Ukraynanın Danimarkadan alacağı hərbi yardım paketinin detalları açıqlanıb
Ukrayna ilin sonunadək Danimarkadan 645 milyon avro dəyərində hərbi yardım alacaq. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, paketə müxtəlif yardım növləri, o cümlədə
14.11.2026 137 Pirquluda qış mənzərəsi... - Fotolar
Qafqaz dağlarının yüksəkliklərində, Pirqulu ərazisində yerləşən Şamaxı Safari Parkının qış mənzərəsini əks etdirən yeni görüntülər paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülər "Experience Azerbaijan"ın sosial şəbəkə hesabında yerləşdirilib. Paylaşımda qış mövsümündə ərazidək
14.11.2026 268 Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı
Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb. xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər
14.11.2026 196 Dondurucu soyuqlar gəlir - XƏBƏRDARLIQ
Dünya 2026-2027-ci illərin qışına qeyri-adi atmosfer hadisəsi ilə daxil olur. Şimal qütbü üzərindəki soyuq hava sistemində tarixdə ən erkən pozulma qeydə alınarkən, güclənən El Nino hava proqnozlarını dəyişdirib. Ekspertlər noyabrın sonu və dekabrın əvvəlində Avropa və Şimali Amerikada yeni soyuq hav
14.11.2026 308