Telefon və selfi çubuğu ilə reportaj: YouTube kanalları nəzarətə götürülməlidirmi? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMA
Son illər Azərbaycanda fəaliyyət göstərən bəzi "YouTube media" kanallarının sayı sürətlə artsa da, onların bir qisminin peşəkar jurnalistika prinsiplərindən uzaq fəaliyyəti ciddi müzakirələrə səbəb olur. Xüsusilə, müxbirlərin heç bir texniki təminat olmadan yalnız telefon və selfi çubuğu ilə çəkilişlərə göndərilməsi media sahəsində peşəkarlıq və keyfiyyət məsələsini yenidən gündəmə gətirib. Bir çox hallarda nə operator, nə montaj qrupu, nə də texniki avadanlıq olmadan hazırlanan süjetlər həm görüntü keyfiyyəti, həm də informasiya təqdimatı baxımından tamaşaçılar tərəfindən tənqid edilir.
Bu vəziyyət fonunda media sahəsində fəaliyyət göstərən YouTube kanalları üçün müəyyən minimum texniki və peşəkar tələblərin tətbiqi məsələsi gündəmə gəlir. Çünki jurnalistika yalnız xəbəri paylaşmaq deyil, həm də onu keyfiyyətli, operativ və peşəkar şəkildə ictimaiyyətə çatdırmaq məsuliyyəti daşıyır. Bu baxımdan, YouTube kanallarının texniki avadanlıq, işçi heyəti və fəaliyyət standartları ilə bağlı müəyyən qaydalara uyğun fəaliyyət göstərməsinin vacibliyi barədə müzakirələr artır.
Mövzu ilə bağlı media eksperti Nicat Abdullayev BiG.AZ-a açıqlamasında bildirdi ki, dünyada olduğu kimi Azərbaycanda da bloggerlik və vətəndaş jurnalistikası geniş yayılıb. Ona görədə informasiya yayımı ilə təkcə media subyektləri məşğul olmur. Onun sözlərinə görə, həttda vətəndaşlarda yəni bloggerliyə və jurnalistikaya marağı olan qeyri peşə sahibləridə informasiya yaymaq vərdişlərinə sahibdirlər və bu fəaliyyətlə məşğuldurlar: "Ona görədə hansısa bir tənzimlənmə sənədi ortaya qoymaq, yaxudda informasiya yayan qurum kimi mütləq şəkildə avadanlıq və bu ştatlar üzrə əməkdaş tələbi qoymaq hazırki vəziyyətdə mümkün olmaz. Azərbaycan kimi ölkələr inkişaf etmiş ölkələrin təcrübələrindən yararlanır. Əgər biz internet, Youtube mediası, bloggerlik fəaliyyəti üzrə Böyük Britaniya, Fransa, ABŞ kimi ölkələrin təcrübəsinə baxsaq görərik ki, onlarda da bu cür hallar var. Yəni bir nəfər həm müxbir, həm operator, həmdə montajçı kimi fəaliyyət göstərir.
Bu işləri peşəkarlıqla yerinə yetirib yetirməməsi isə subyektiv məsələdir. Bizim ölkəmizdə də peşəkar bloggerlər varki onlar həm operator, həmdə fotoqraf vəzifələrini yerinə yetirirlər. Bir media eksperti kimi qeyd etmək istəyirəm ki, media subyektlərinin daha təsisatlı və rəqabətdə daha davamlı olması, yəni güclü maddi texniki bazaya və peşəkar komandaya sahib olması arzuolunandır Çünki iqtisadi baxımdan güc artdıqca, keyfiyyətində artma ehtimalı dahada yüksəlir".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 755 Tarix: 04 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56 % artıb
Bu ilin yanvar-sentyabr aylarında Türkiyə ərazisindən Suriyaya 1 milyard 197,1 milyon kubmetr həcmində Azərbaycan təbii qazı göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Bu göstəric
14.11.2026 188 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi
Öz bağında qızı zorlamaqda təqsirləndirilən "Milyonçu Bəxtiyar Dali" kimi tanınan Bəxtiyar Qaraşov yenidən hakim qarşısına çıxarılıb. "Unikal"a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və yeku
14.11.2026 277 TƏCİLİ! Azərbaycanda gəmilərə XƏBƏRDARLIQ EDİLDİ
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. bildirir ki, xəbərdarlığa əsasən, noyabrın 15-i gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunaca
14.11.2026 245 ABŞ Kiyevə ilk dəfə NATO-ya üzvlük təklif etdi: Zelenski təklifin şərtini açıqladı
"Son danışıqlar zamanı ABŞ rəsmiləri Ukraynanın NATO üzvlüyü müqabilində qoşunlarını Donbasdan geri çəkməyə hazır olub-olmadığını soruşublar". -ın "Kiyev Post" nəşrinə istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində bildirib. Zelensk
14.11.2026 212 Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - ARTIRILIR
"Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyy
14.11.2026 257 Kanada və ABŞ ticarət sazişi üzrə danışıqlarda irəliləyişə nail olub
Kanada və ABŞ ticarət sazişinin bağlanmasına doğru irəliləyirlər, lakin hələ ki, razılaşma əldə olunmayıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni bildirib. O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampla uzunmüddətli və məzmunlu telefo
14.11.2026 177 Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib. Bazardak
00:09 79 Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil
Həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Rövşən oğlu Əhmədovun vaxtından əvvəl azadlığa buraxılması gündəmə gəlib. BİG.AZ -a istinadən bildirir ki, hazırda 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən sabiq hakimin cəzasını
14.11.2026 239 Tramp özü ilə birlikdə milyarderi də Çinə aparacaq
İş adamı İlon Mask ABŞ Prezidenti Donald Trampı Çin səfərində müşayiət edəcək. -ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi Birləşmiş Ştatlar rəsmisinə istinadən məlumat yayıb. Səfər çərçivəsində ABŞ liderinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) və Cənub-Şərqi Asiy
14.11.2026 146