İnsan kəllə sümüyünün forması sürətlə dəyişir
Köhnə ailə albomlarına baxarkən və ya tarix kitablarındakı qara-ağ portretləri incələyərkən keçmiş dövrlərdə insanların üz cizgilərində izahı çətin fərqlilik hiss olunur. Bu fərq adətən dövrün geyim tərzinə, foto texnikasına və ya ciddi ifadələrə bağlanır.
Qaynarinfo xəbər verir ki, Tokio Universiteti tərəfindən aparılan yeni araşdırma bu fərqin yalnız estetik deyil, birbaşa sümük quruluşu ilə əlaqəli olduğunu sübut edib.
Alimlər insan kəllə sümüyünün cəmi bir neçə nəsil ərzində sürətlə dəyişdiyini müəyyənləşdirib. Başqa sözlə, təkcə həyat tərzimiz deyil, başımızın fiziki forması da zamanla uyğunlaşaraq yenidən formalaşır.
Tədqiqatçılar bu dəyişimi araşdırmaq üçün 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərinə aid kəllə sümüklərini müasir dövr insanları ilə müqayisə ediblər. Ümumilikdə 56 tarixi nümunə 2020-ci illərdə vəfat etmiş insanların anatomik göstəriciləri ilə qarşılaşdırılıb. Kompüter tomoqrafiyası vasitəsilə 161 müxtəlif nöqtədən əldə edilən məlumatlar insan başının zaman içindəki dəyişimini aydın şəkildə ortaya qoyub.
Nəticələr keçmişdə daha oval və uzunsov olan kəllə formalarının müasir dövrdə daha geniş və yumru strukturlarla əvəz olunduğunu göstərir. Xüsusilə kişilərdə bu dəyişiklik daha qabarıq müşahidə edilir və qadınlarla kişilər arasındakı kəllə fərqlərinin tarixdə heç olmadığı qədər aydınlaşdığı bildirilir.
Ətraf mühit amillərinin təsiri
Bəs bu qədər qısa zamanda, təkamül üçün "göz qırpımı" sayılacaq müddətdə sümük quruluşu necə dəyişə bilər? Mütəxəssislərin fikrincə, bu proses genetik mutasiyadan çox qidalanma və sağlamlıq şəraitinin yaxşılaşması ilə bağlıdır. Müasir qidalanmada yumşaq ərzaqların artması çənə əzələlərinə düşən yükü azaldıb. Bu isə üz skeletinin inkişafına birbaşa təsir göstərib. Eyni zamanda boy artımına təsir edən ətraf mühit faktorları kəllənin yuxarı hissəsinin də genişlənməsinə səbəb olub. Orta əsrlərə aid "Qara ölüm" dövründən qalan skeletlər üzərində aparılan oxşar tədqiqatlar da beyin boşluğunun zamanla təxminən 10 millimetr genişləndiyini təsdiqləyir.
İnsan skeletinin bu qədər çevik və xarici təsirlərə açıq olması məhkəmə tibbindən arxeologiyaya qədər bir çox sahə üçün mühüm nəticələr doğurur. Əgər insan skeleti düşündüyümüzdən daha sürətlə dəyişirsə, keçmişi analiz etmək üçün istifadə olunan metodların da yenilənməsi zərurət yarana bilər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 721 Tarix: 05 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Bu, olduqca axmaqlıqdır" - Pistoriusdan diqqətçəkən açıqlama
Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynanın Rusiyanın dərinliklərinə endirdiyi zərbələri tənqid etməyi "axmaqlıq" adlandırıb. xəbər verir ki, bu barədə "Ukrinform" agentliyi məlumat yayıb. Pistorius bildirib ki, Rusiyanın strateji hərbi hədəflərinə və hərbi məqsədlər üçü
11:26 187 Azərbaycanlı aktyorlar məşhur Yaponiya serialında - Fotolar
Azərbaycan aktyorları məşhur Yaponiya serialında rol alıblar. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) məlumat yayıb. Bildirilib ki, Yaponiyanın TBS telekanalının məşhur "VIVANT" serialının ikinci mövsümünün genişmiqyaslı çəkilişlər
11:08 256 İTİRDİKLƏRİMİZ: BİR ZAMANLAR İNSAN OLMAQ VARDI
Bir zamanlar qapılar açıq, könüllər bir-birinə yaxın idi…. Əvvəllər bir qonşunun qapısı döyüləndə içəridən ilk olaraq bir səs eşidilərdi: "Buyur, qonşum, xoş gəlmisən. İndi isə eyni binada illərlə yaşayıb bir-birimizin adını belə bilmədən ömrümüzü başa vururuq. Əvvəllər bir boşqab yemək qonşuda
17.11.2026 442 Əməkhaqqı ödənişləri elektronlaşdırılacaq
Əməkhaqqı ödənişləri elektronlaşdırılacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən əmək münasibətləri iştirakçıları tərəfindən qanunvericiliyin tələblərinə riayə
12:29 186 Gələn il sosialyönümlü xərclərdə növbəti artımlar olacaq
Dövlət və icmal büdcələri gələn il də sosialyönümlü olacaq, əhalinin sosial müdafiəsi və məşğulluq imkanlarının daha da gücləndirilməsi üçün ciddi maliyyə təminatı yaradacaq. APA Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Anar Əliyev Milli Məclisin bu günkü plena
17.11.2026 426 Ədviyyatlı bulyon qarışıqlarının gizli təhlükəsi - Mütəxəssislər xəbərdarlıq edir
"Qalinablanka" və digər ədviyyatlı bulyon qarışıqlarının mütəmadi və həddindən artıq istifadəsi sağlamlıq baxımından arzuolunan deyil. Bu məhsulların tərkibində, adətən, yüksək miqdarda duz, dad və aroma gücləndiriciləri (məsələn, monosodium qlutamat - E621), müxtəlif aromatizatorlar, nişast
11:41 198 Qızılın qramı 120 manata düşüb
Son günlər qızılın qiyməti ucuzlaşır. Ekspertlər qızılın 1 qramının qiymətinin 120-130 manatadək endiyini bildiriblər. Qızıl dəyərdən düşür? . İqtisadçı Natiq Cəfərli -a bildirib ki, dünya birjalarında qızılın qiymətinin enməsinin bir neçə səbəbi var: "Əsas səbəblərdən biri odur ki, Amerikanın Mərkəz
14:00 132 Yadplanetlilərin cəsədləri və... Uçan naməlum obyektlərlə bağlı yeni sənədlər AÇIQLANDI
Pentaqon naməlum uçan obyektlərlə (UNO) bağlı məxfiliyi aradan qaldırılmış yeni sənədlər yayımlayıb. xarici mediaya istinadən xəbər verir ki, sənədlər arasında 1947-ci ildə ABŞ-nin Rozuell şəhəri yaxınlığında baş vermiş müəmmalı hadisədən sonra yadplanetlilərə məxsus olduğu ehtimal edilən uçuş aparatını
17.11.2026 407 Bu filmi izləyəndə göz yaşlarınızı saxlaya bilməyəcəksiniz - 2026-cı ilin yeni romantik dramı
Bəzən bir film insanı elə təsirləndirir ki, ekran qarşısında göz yaşlarını saxlamaq mümkün olmur. 2026-cı ilin yeni ekran əsərlərindən olan "The Last Sunrise" ("Sonuncu şəfəq") də məhz belə hekayələrdən bəhs edir. İlk məhəbbət, ağır xəstəlik, ailə sirləri və azadlıq uğrunda mübarizədə
17.11.2026 477