Aİ Şurası Ukraynaya 1 milyard avro məbləğində hərbi yardım ayırıb

Aİ Şurası Ukraynaya 1 milyard avro məbləğində hərbi yardım ayırıbAvropa İttifaqı (Aİ) Şurası Avropa Sülh Fondu (EPF) çərçivəsində Ukraynaya 1 milyard avro məbləğində yeni hərbi yardımın verilməsi barədə qərar qəbul edib.

"Report" Aİ Şurasının bəyanatına istinadən xəbər verir ki, vəsaitlər Ukrayna Silahlı Qüvvələri üçün silahların birgə satınalınmasına yönəldiləcək.

Yardım paketi pilotsuz uçuş aparatlarının, hava hücumundan müdafiə (HHM) vasitələrinin, döyüş sursatlarının, radioelektron mübarizə avadanlıqlarının, radiolokasiya sistemlərinin və partlayıcı maddələrin tədarükünü nəzərdə tutur. Tədarüklərin 2027-ci ilin sonunadək həyata keçirilməsi planlaşdırılır.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Ukrayna həm döyüş meydanında, həm də danışıqlarda öz mövqelərini möhkəmləndirməkdə Avropanın dəstəyinə arxalana bilər.

"Bu gün biz Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək üçün əlavə 1 milyard avronun ayrılmasını təsdiqləyirik. Bu vəsaitlər Ukraynanın kəskin ehtiyac duyduğu pilotsuz uçuş aparatlarının, HHM sistemlərinin, döyüş sursatlarının və digər vasitələrin alınmasına sərf olunacaq. Ukrayna həm döyüş meydanında, həm də danışıqlar masası arxasında mövqelərini möhkəmləndirməyə kömək edəcək Avropaya arxalana bilər", - o qeyd edib.

Qəbul edilmiş qərar Avropa Sülh Fondu çərçivəsində Ukraynanı dəstəkləmək üçün ümumilikdə 6,6 milyard avronun səfərbər edilməsi barədə Aİ-yə üzv dövlətlər tərəfindən 2026-cı il sentyabrın 25-də əldə olunmuş siyasi razılaşmanın həyata keçirilməsi istiqamətində növbəti addım olub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 73   Tarix: 22 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çində elektromobillərin satışları rekord vurur

Çində noyabr ayında hər 10 avtomobil alıcısından 7-nin elektromobilə üstünlük verməsi proqnozlaşdırılır. Benzinlə işləyən avtomobillərin satışları isə azalmağa davam edir. xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri yazıb. Çin Sərnişin Avtomobilləri Assosiasiyasının (CPCA) proqnozun

17:40 0
.

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 8 %-ə yaxın artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 13 milyard 487,2 milyon manat olub. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,8 % çoxdur. Bildirilib ki, hüquqi şəxslə

14:00 138
.

COP31: İqlim danışıqlarında yekun razılaşma layihəsi təqdim olunub

Türkiyədə keçirilən BMT-nin iqlim danışıqları bazar günü yekun razılaşmaya yaxınlaşıb. COP31-in Türkiyə və Avstraliyadan olan həmsədrləri qlobal istiləşmə ilə mübarizədə növbəti addımlarla bağlı konsensus əldə olunacağına ümid edərək yeni təkliflər paketini təqdim ediblər. "Reuters" agentliyin

16:40 0
.

Qəribabadi: ABŞ və İsrail ordusu İrana qarşı kütləvi qırğın silahlarından istifadə edib

ABŞ ilə İsrail 12 və 40 günlük müharibə zamanı İrana qarşı kütləvi qırğın silahlarından, ən qabaqcıl hərbi texnologiyalardan istifadə etsə də, sonda məğlub olub. "Report" IRIB-yə istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin hüquq məsələləri üzrə müavini Kazım Qəribabadi jurnalistlər

13:10 147
.

Tramp Nvidia-nın keçmiş rəhbəri Censen Huanqa ikinci şans verməyə çağırıb

ABŞ Prezidenti Donald Tramp Amerikanın texnologiya şirkəti Nvidia-nı üzr istəməsindən sonra Censen Huanqı yenidən baş direktor vəzifəsinə qaytarmağa çağırıb. "Report" Reuters agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ lideri Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib. "Mə

10:45 185
.

Azərbaycanda ictimai iaşə dövriyyəsi 8 %-ə yaxın artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 596,9 milyon manat olub. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 7,9 % çoxdur. On ayda özəl sektorda ictimai iaş

15:10 88
.

Bu şəxslərin həyat yoldaşlarına 400 manat veriləcək

Hərbçilərin yeni xidmət yerinə köçən həyat yoldaşlarına minimum əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif olunur. -un məlumatına görə, bunu jurnalistlərə açıqlaması zamanı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib. Komitə sədri bildiri

00:19 404
.

Tələbələr metro və avtobuslara daha az pul ödəyə bilər - Araşdırma

Bir tələbə universitetdən, kursa və ordan da evə qayıtmaq üçün gündəlik 3.60 manat, aylıq isə 160 manat gedişhaqqı xərcləyir. Bu isə tələbə üçün kiçik məbləğ hesab edilmir. xəbər verir ki, tələbələrin nəqliyyat xərclərinin azaldılması dünyanın müxtəlif yerlərində fərqli güzəştlər olunur. Məsələ ilə bağl

21.11.2026 249
.

Pensiyaçılara ikiqat XOŞ XƏBƏR - Aprelin 1-dən etibarən…

Əmək Məcəlləsinə təklif olunan dəyişiklik işçilərin əməkhaqlarının ödənilməsi qaydasında yeniliyə səbəb olacaq. Layihəyə əsasən, işəgötürənlər işçinin maaşını onun seçdiyi bank hesabına köçürməli olacaqlar. Bəs yeni qayda işçilərə və işəgötürənlərə hansı dəyişiklikləri gətirəcək? İşçinin maaşını istədiy

00:15 397
.