Pendir və qaymaq yemək yaddaşı zəiflədir? - Alimlər sübut etdi
Orta və yaşlı dövrdə yağlı pendir və qaymaq istehlakı demensiya riskinin daha aşağı olması ilə əlaqəli ola bilər. Bu nəticə İsveçdə aparılmış genişmiqyaslı araşdırmadan irəli gəlir.
Lakin tədqiqatın müəllifləri vurğulayırlar ki, söhbət məhsulların birbaşa qoruyucu təsirindən getmir - nəticələr ehtiyatla şərh olunmalı və balanslı qidalanma prinsiplərini inkar etmir.
BAKU.WS xəbər verir ki, bu barədə "The Conversation" portalı məlumat yayıb.
Araşdırma 27,7 min nəfəri əhatə edib və onlar 25 il ərzində müşahidə olunub. Bu müddətdə 3200 nəfərə demensiya diaqnozu qoyulub. Təhlil göstərib ki, Altsheymer xəstəliyinə genetik meyli olmayan şəxslərdə gündə 50 qramdan çox yağlı pendir istehlakı xəstəlik riskinin 13-17 faiz azalması ilə əlaqələndirilib.
Oxşar nəticələr qaymaq üçün də müşahidə olunub. Gündə 20 qramdan çox yağlı qaymaq qəbul edənlərdə ümumi demensiya riski 16-24 faiz daha aşağı olub.
Genetik risk faktorları olan insanlarda isə bu cür əlaqə aşkarlanmayıb. Həmçinin tədqiqat südün (yağlılığından asılı olmayaraq), eləcə də azyağlı qaymaq və fermentləşdirilmiş süd məhsullarının istehlakı ilə koqnitiv sağlamlıq arasında əlaqə tapmayıb.
Bu nəticələr uzun illər ürək-damar xəstəlikləri riski səbəbilə yağlı süd məhsullarının məhdudlaşdırılmasına dair tövsiyələr fonunda xüsusilə diqqətçəkicidir. Bununla belə, getdikcə daha çox araşdırma göstərir ki, pendir və doymuş yağlarla zəngin digər məhsullar mütləq şəkildə ürək xəstəlikləri riskini artırmır. Ürək-damar sağlamlığı isə demensiya riski ilə sıx bağlıdır.
Məhsulların bir-birini əvəz etməsi də mühüm rol oynaya bilər. pendir və qaymağın potensial faydası emal olunmuş ət məhsullarından imtina ilə bağlı ola bilər və süd yağlarının müstəqil təsiri demək olmaya bilər. Bundan əlavə, daha çox pendir istehlak edən iştirakçılar orta hesabla daha savadlı olub, daha az piylənmə, diabet, hipertoniyaya və ürək-damar xəstəliklərinə malik olublar - bunların hamısı demensiya riskini azaldan amillərdir.
Tədqiqatçılar qeyd ediblər ki, pendir beynin fəaliyyəti üçün vacib olan bir sıra qida maddələrini ehtiva edir. Bunlara A, D, K2, B12 vitaminləri, eləcə də yod, sink və selen daxildir. Lakin bu, yağlı süd məhsullarının demensiyanın qarşısının alınması vasitəsi kimi qəbul edilməli olduğu anlamına gəlmir.
Ümumilikdə, əldə olunan məlumatlar göstərir ki, tam dəyərli süd məhsullarının ölçülü istehlakı koqnitiv pozuntular riskinin artması ilə əlaqəli deyil. Lakin əsas nəticə dəyişməz qalır: beyin sağlamlığı üçün ayrı-ayrı məhsullardan daha çox ümumi qidalanma tərzi və həyat üslubu - müxtəlif rasion, fiziki aktivlik və risk faktorlarına nəzarət daha önəmlidir.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1045 Tarix: 25 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşToyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bir çox insan toyuq ətini bişirməzdən əvvəl kranın altında yumağa üstünlük verir. Lakin mütəxəssislər bu vərdişin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, çiy toyuğun yuyulması zamanı su sıçrantıları vasitəsilə bakteriyalar mətbəxin müxtəlif səthlərinə, qab-qacağa v
02.11.2026 1046 Gündə 4 qoz yemək orqanizmdə hansı dəyişikliklər yaradır?
Qoz faydalı yağlar, bitki mənşəli zülal, lif, vitamin və minerallarla zəngin çərəzlərdən biridir. Onun müntəzəm istehlakı ürək-damar sisteminin fəaliyyətini dəstəkləyə və gündəlik qidalanmanın keyfiyyətini yaxşılaşdıra bilər. Ölkə.az BB.LV saytına istinadən xəbər verir ki, gündə təxminən 4 bütöv qo
11.11.2026 654 Bir çox xəstəliyi müalicə edən MASAJ
Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bi
01.11.2026 1196 Günorta yuxusunun yaddaşa təsiri ilə bağlı maraqlı nəticə
Günorta saatlarında yatmağın yaddaşı gücləndirdiyi ilə bağlı geniş yayılmış fikirlər yeni elmi araşdırmada təsdiqini tapmayıb. Məlum olub ki, qısa müddətli yuxu yaddaşın möhkəmlənməsinə sakit istirahət və adi oyaqlıqdan daha çox kömək etmir. Qaynarinfo xəbər verir ki, bu nəticəyə Cənubi Çin Pedaqoj
16.11.2026 371 Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma
Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı
18.10.2026 1021 AVROPADA QIRMIZI HƏYƏCAN SİQNALI VERİLDİ
"Qısa müddətdə yoluxma halı 10 mini, ölüm sayı isə 5 mini keçib. Virusun təhlükəli olması və sürətlə yayılması səbəbindən Avropada qırmızı həyəcan siqnalı verilib". Bu haqda türk mediasına istinadən bildirib. Konqo Demokratik Respublikasında başlayan və tarixin ikinci ən böyük böhranına çevrilə
02.11.2026 895 Alimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi
Yaşlanma insanın fiziki qabiliyyətlərinə çoxlarının gözlədiyindən daha erkən təsir göstərməyə başlaya bilər. Alimlər müəyyən ediblər ki, yaş artdıqca fiziki göstəricilərin azalması sürətlənir. Bununla belə, yetkin yaşda idmanla məşğul olmağa başlamaq da fiziki göstəriciləri yaxşılaşdıra bilər. Qaynarinf
19.10.2026 1178 Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun
Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini
25.10.2026 903 Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə
18.10.2026 956