Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma
Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər.
Oxu.Az xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanın nəticələri "The American Journal of Clinical Nutrition" jurnalında dərc olunub.
Alimlər 80 yaşdan yuxarı 5 203 nəfərin məlumatlarını təhlil ediblər. Onlardan 1 459-u 100 yaşa qədər yaşayıb, digərləri isə daha erkən vəfat ediblər.
Tədqiqatçılar iştirakçıların qida rasionlarını müqayisə edərək ət istehlakı ilə uzunömürlülük arasındakı əlaqəni araşdırıblar.
Məlum olub ki, çəkisi normadan az olan yaşlılar arasında hər gün ət yeyənlərin 100 yaşa çatmaq ehtimalı vegetarianlarla müqayisədə 44% daha yüksəkdir. Lakin normal və ya artıq çəkisi olan şəxslərdə belə fərq qeydə alınmayıb.
Eyni zamanda, ət istehlakı ilə uzunömürlülük arasındakı əlaqə əsasən qadınlarda müşahidə edilib. Kişilərdə isə mütəxəssislər belə bir əlaqə aşkar etməyiblər.
Alimlər, həmçinin müəyyən ediblər ki, ət yeməyən, lakin balıq, yumurta və ya süd məhsulları istehlak edən yaşlı insanların 100 yaşa qədər yaşamaq ehtimalı ət yeyənlərlə təxminən eyni səviyyədədir.
Tədqiqatçılar hesab edirlər ki, əsas məsələ yalnız ətin özü deyil, onun tərkibindəki qida maddələridir. Yaşlılıq dövründə əzələ kütləsini qorumaq və orqanizmin zəifləməsinin qarşısını almaq üçün kifayət qədər zülal və kalori qəbul etmək xüsusilə vacibdir.
Araşdırmanın müəllifləri vurğulayırlar ki, əldə edilən nəticələr ət istehlakının birbaşa ömrü uzatdığını sübut etmir.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 117 Tarix: 18 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÇoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyən 5 yanlış davranışı açıqlayıb. Mütəxəssis bildirib ki, son illərdə boyun ağrıs
26.09.2026 282 Qışda uşaqları xəstə edən soyuq deyilmiş
"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabınd
26.09.2026 349 Yuxusuzluq insult riskini 26 faiz artıra bilər - Alimlərdən yeni araşdırma
Yuxu pozğunluğu ilə insult riski arasında əlaqə olduğu müəyyənləşib. Alimlərin apardığı araşdırmaya görə, yuxusuzluqdan əziyyət çəkən insanlarda insult ehtimalı daha yüksəkdir. xəbər verir ki, Bolonya Neyroloji Elmlər İnstitutunun mütəxəssisləri müxtəlif tədqiqatların nəticələrini təhlil ediblər. İnsultl
29.09.2026 371 Müalicəvi masajla klassik masajın fərqi nədir?
Müalicəvi masaj və klassik masaj tətbiq üsullarına görə oxşar görünsə də, seçilmə məqsədi fərqlidir. Müalicəvi masaj konkret ağrı, əzələ gərginliyi və hərəkət məhdudiyyəti kimi şikayətlərə uyğun tətbiq edilir. Klassik masaj isə əzələlərin boşaldılması və ümumi rahatlama məqsədi daşıyır. Müalicəvi masa
27.09.2026 259 Dərinizdə bu əlamətlər varsa, diqqətli olun
Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb. Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi
17.10.2026 226 Allergiya qəfil yarana bilər: Səbəbləri nələrdir?
Allergiya həyatın istənilən mərhələsində, hətta yetkinlik dövründə belə qəfil yarana bilər. Araşdırmalar yeni allergiyaların yaranmasına infeksiyalar, hormonal dəyişikliklər, antibiotik istifadəsi və gənə dişləməsi kimi müxtəlif amillərin səbəb ola biləcəyini göstərir. Qaynarinfo xəbər verir ki, ABŞ-ı
02.10.2026 382 Bədən niyə daim enerji xərcləyir? - Alimdən heyrətləndirən açıqlama
"İnsan bədəni heç bir fəaliyyət göstərmədikdə belə, ümumi enerjinin 40%-ə qədərini xərcləyir. Bu enerji hüceyrələri reaksiyaya daim hazır vəziyyətdə saxlamaq üçün istifadə olunur. İstər fiziki hərəkət, istər düşüncə, istərsə də xatirələr olsun - ani reaksiyanın mümkünlüyü hazırlıq prosesinin bi
04.10.2026 282 Yüksək təzyiq zamanı duzu nə ilə əvəz etmək olar? - 10 məhsul
Yüksək arterial təzyiqi olan insanlara qida rasionunda duzun miqdarını azaltmaq tövsiyə olunur. Lakin bu, yeməklərin dadsız olması demək deyil. Mütəxəssislər duz əvəzinə müxtəlif məhsullardan istifadə etməklə həm yeməyin dadını qorumağın, həm də natrium qəbulunu azaltmağın mümkün olduğunu bildirirlər
28.09.2026 404 Qara çayın sağlamlıq üçün 6 faydalı xüsusiyyəti: Kimlər mütləq içməlidir?
Qara çay o qədər gündəlik içkiyə çevrilib ki, onun xüsusiyyətləri barədə çox vaxt düşünmürük. Adətən bu içkini yalnız xoş dadına görə qəbul edirik. Lakin qara çay sağlamlıq üçün əhəmiyyətli faydalar verə bilər. Qidalanma mütəxəssisləri onu çox sevməyən insanlara belə rasionlarına daxil etməyi tövsiy
08.10.2026 343