Çinko çatışmazlığı nələrə səbəb olur - problemi aradan qaldırmağın yolları

Çinko çatışmazlığı nələrə səbəb olur - problemi aradan qaldırmağın yollarıÇinko insan bədəni üçün həyati əhəmiyyət daşıyan minerallardan biridir. O, immun sistemi, dəri və saç sağlamlığı, dad və qoxu hissi, həmçinin hamiləlik və uşaqlıq dövründə sağlam böyümə üçün vacibdir. İnsan bədəni çinkonu özü istehsal edə bilmir, buna görə onu qida vasitəsilə qəbul etməlidir. Çinko çatışmazlığı, bədənin qidalardan kifayət qədər çinko qəbul edə bilməməsi və ya onu effektiv istifadə edə bilməməsi nəticəsində yaranır.

Milli.Az xəbər verir ki, çinko çatışmazlığı müxtəlif səbəblərdən ortaya çıxa bilər:

Həzm sistemi ilə bağlı xəstəliklər (məsələn, malabsorbsiyon, çölyak, Crohn xəstəliyi)
Bitki əsaslı pəhrizlər, çünki bəzi bitkilər fitat tərkibli olub çinkonun sorulmasını azaldır
Yaşlılıq və hormonal dəyişikliklər
Hamiləlik dövründə artan tələbat
Alkoqol istifadəsi
Xroniki böyrək və qaraciyər xəstəlikləri
Şəkər xəstəliyi
Çinko çatışmazlığının əlamətləri
Çinko çatışmazlığı müxtəlif formalarda özünü göstərə bilər və simptomlar digər xəstəliklərlə oxşar ola bilər. Bunlara daxildir:

Tez-tez xəstələnmək, immunitetin zəifləməsi
Saç tökülməsi və ya saçların incəlməsi
Dırnaqlarda dəyişikliklər, rəng dəyişməsi, qırılma
Enerji çatışmazlığı və sinirlilik
İştahsızlıq
Dad və qoxu hissinin zəifləməsi
Uşaqlarda və yeniyetmələrdə gec böyümə
Dəri problemləri və sızanaqlar
Yara və zədələrin gec sağalması
Kişilərdə sperma sayının azalması
Çinko çatışmazlığının bədənə təsiri
Çinko çatışmazlığı bədənin müxtəlif sistemlərini zəiflədir: immuniteti aşağı salır, dərini, saç və dırnaqları təsir edir, böyümə və hüceyrə inkişafını ləngidir. Həmçinin çatışmazlıq enerji azalmasına, sinirliliyə və ümumi halsızlığa səbəb ola bilər.

Çinko çatışmazlığını aradan qaldırmaq üçün çinko ilə zəngin qidaların istehlakını artırmaq vacibdir.

Ən zəngin çinko mənbələri bunlardır:

İkiqabıqlı molyusk (İstiridye) - təbii olaraq ən yüksək çinko tərkibi

Qırmızı ət - xüsusilə mal və qoyun əti

Toyuq və hinduşka - yaxşı protein və çinko mənbəyidir

Dəniz məhsulları - xərçəng və digər dəniz məhsulları

Quru meyvə və tumlar - balqabaq, günəbaxan toxumu, kaju fıstığı

Paxlalılar - noxud, mərcimək, lobya

Süd məhsulları - süd, pendir, qatıq həm protein, həm də çinko təmin edir

Tam taxıllar - qəhvəyi düyü, kinoa, yulaf


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 757   Tarix: 21 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!

Bir çox insan toyuq ətini bişirməzdən əvvəl kranın altında yumağa üstünlük verir. Lakin mütəxəssislər bu vərdişin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, çiy toyuğun yuyulması zamanı su sıçrantıları vasitəsilə bakteriyalar mətbəxin müxtəlif səthlərinə, qab-qacağa v

02.11.2026 1046
.

Gündə 4 qoz yemək orqanizmdə hansı dəyişikliklər yaradır?

Qoz faydalı yağlar, bitki mənşəli zülal, lif, vitamin və minerallarla zəngin çərəzlərdən biridir. Onun müntəzəm istehlakı ürək-damar sisteminin fəaliyyətini dəstəkləyə və gündəlik qidalanmanın keyfiyyətini yaxşılaşdıra bilər. Ölkə.az BB.LV saytına istinadən xəbər verir ki, gündə təxminən 4 bütöv qo

11.11.2026 654
.

Bir çox xəstəliyi müalicə edən MASAJ

Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bi

01.11.2026 1196
.

Günorta yuxusunun yaddaşa təsiri ilə bağlı maraqlı nəticə

Günorta saatlarında yatmağın yaddaşı gücləndirdiyi ilə bağlı geniş yayılmış fikirlər yeni elmi araşdırmada təsdiqini tapmayıb. Məlum olub ki, qısa müddətli yuxu yaddaşın möhkəmlənməsinə sakit istirahət və adi oyaqlıqdan daha çox kömək etmir. Qaynarinfo xəbər verir ki, bu nəticəyə Cənubi Çin Pedaqoj

16.11.2026 371
.

Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı

18.10.2026 1021
.

AVROPADA QIRMIZI HƏYƏCAN SİQNALI VERİLDİ

"Qısa müddətdə yoluxma halı 10 mini, ölüm sayı isə 5 mini keçib. Virusun təhlükəli olması və sürətlə yayılması səbəbindən Avropada qırmızı həyəcan siqnalı verilib". Bu haqda türk mediasına istinadən bildirib. Konqo Demokratik Respublikasında başlayan və tarixin ikinci ən böyük böhranına çevrilə

02.11.2026 895
.

Alimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi

Yaşlanma insanın fiziki qabiliyyətlərinə çoxlarının gözlədiyindən daha erkən təsir göstərməyə başlaya bilər. Alimlər müəyyən ediblər ki, yaş artdıqca fiziki göstəricilərin azalması sürətlənir. Bununla belə, yetkin yaşda idmanla məşğul olmağa başlamaq da fiziki göstəriciləri yaxşılaşdıra bilər. Qaynarinf

19.10.2026 1178
.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini

25.10.2026 903
.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə

18.10.2026 956
.