Zərərli bilinirdi, ömrü uzadırmış - Alimlər təsdiqlədi
Alimlər müəyyən ediblər ki, kakao və tünd şokoladda olan teobromin maddəsi bioloji qocalmanın daha yavaş getməsinə kömək edir.
Milli.Az xəbər verir ki, araşdırma "King's College London" alimləri tərəfindən aparılıb və "Aging" jurnalında dərc olunub.
Tədqiqat 2 böyük Avropa layihəsinin məlumatlarına əsaslanıb. Bunlar Böyük Britaniyadakı TwinsUK və Almaniyadakı KORA proqramlarıdır. Ümumilikdə 1600-dən çox iştirakçının göstəriciləri təhlil edilib.
Alimlər iştirakçıların qanında teobrominin səviyyəsini ölçüblər. Bu göstəricilər DNT dəyişiklikləri əsasında bioloji yaşı göstərən epigenetik saatların nəticələri ilə müqayisə olunub. Məlum olub ki, teobromin səviyyəsi yüksək olan insanlarda bioloji yaş daha yavaş artır.
Bu şəxslərdə telomerlərin uzunluğu ilə bağlı göstəricilər daha yaxşı olub. Erkən ölüm riski ilə bağlı göstəricilər də daha aşağı qeydə alınıb. Nəticələr kofein və çayla bağlı digər maddələr nəzərə alındıqdan sonra da dəyişməyib.
Əlavə analiz göstərib ki, təsir xüsusilə siqaret çəkən və əvvəllər siqaret çəkmiş insanlarda daha aydın görünür. Alimlər hesab edirlər ki, teobromin nikotinin yaratdığı bəzi epigenetik zədələri qismən zəiflədə bilər.
Tədqiqat müəllifləri vurğulayıblar ki, söhbət şokoladın birbaşa cavanlaşdırıcı təsirindən getmir. Araşdırma statistik nəticələrə əsaslanır. Teobrominin təkbaşına, yoxsa kakao tərkibindəki digər maddələrlə birlikdə təsir göstərdiyi hələ dəqiq bilinmir.
Qeyd edək ki, bundan əvvəl aparılan araşdırmalarda avokadonun müntəzəm istifadəsinin ümumi xolesterinin azalmasına kömək etdiyi də müəyyən edilib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşToyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bir çox insan toyuq ətini bişirməzdən əvvəl kranın altında yumağa üstünlük verir. Lakin mütəxəssislər bu vərdişin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, çiy toyuğun yuyulması zamanı su sıçrantıları vasitəsilə bakteriyalar mətbəxin müxtəlif səthlərinə, qab-qacağa v
02.11.2026 1046 Gündə 4 qoz yemək orqanizmdə hansı dəyişikliklər yaradır?
Qoz faydalı yağlar, bitki mənşəli zülal, lif, vitamin və minerallarla zəngin çərəzlərdən biridir. Onun müntəzəm istehlakı ürək-damar sisteminin fəaliyyətini dəstəkləyə və gündəlik qidalanmanın keyfiyyətini yaxşılaşdıra bilər. Ölkə.az BB.LV saytına istinadən xəbər verir ki, gündə təxminən 4 bütöv qo
11.11.2026 654 Bir çox xəstəliyi müalicə edən MASAJ
Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bi
01.11.2026 1196 Günorta yuxusunun yaddaşa təsiri ilə bağlı maraqlı nəticə
Günorta saatlarında yatmağın yaddaşı gücləndirdiyi ilə bağlı geniş yayılmış fikirlər yeni elmi araşdırmada təsdiqini tapmayıb. Məlum olub ki, qısa müddətli yuxu yaddaşın möhkəmlənməsinə sakit istirahət və adi oyaqlıqdan daha çox kömək etmir. Qaynarinfo xəbər verir ki, bu nəticəyə Cənubi Çin Pedaqoj
16.11.2026 371 Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma
Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı
18.10.2026 1021 AVROPADA QIRMIZI HƏYƏCAN SİQNALI VERİLDİ
"Qısa müddətdə yoluxma halı 10 mini, ölüm sayı isə 5 mini keçib. Virusun təhlükəli olması və sürətlə yayılması səbəbindən Avropada qırmızı həyəcan siqnalı verilib". Bu haqda türk mediasına istinadən bildirib. Konqo Demokratik Respublikasında başlayan və tarixin ikinci ən böyük böhranına çevrilə
02.11.2026 895 Alimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi
Yaşlanma insanın fiziki qabiliyyətlərinə çoxlarının gözlədiyindən daha erkən təsir göstərməyə başlaya bilər. Alimlər müəyyən ediblər ki, yaş artdıqca fiziki göstəricilərin azalması sürətlənir. Bununla belə, yetkin yaşda idmanla məşğul olmağa başlamaq da fiziki göstəriciləri yaxşılaşdıra bilər. Qaynarinf
19.10.2026 1178 Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun
Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini
25.10.2026 903 Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə
18.10.2026 956