Yaddaşı gücləndirən iki təbii qoxu - Mütəxəssislər tövsiyə edir

Yaddaşı gücləndirən iki təbii qoxu - Mütəxəssislər tövsiyə edirYeni araşdırmalar göstərir ki, bəzi təbii qoxuların inhalyasiyası zehni fəaliyyəti artırır, enerjini yüksəldir və diqqəti kəskinləşdirir. Xüsusilə çox kofein qəbulunun qan təzyiqini yüksəltməsi, hamilələr üçün risk yaratması kimi yan təsirləri nəzərə alındıqda, qoxu terapiyası daha təhlükəsiz alternativ kimi seçilir.

BiG.AZ milli.az-a istinadən xəbər verir ki, mütəxəssislər iki əsas qoxunun yaddaşı gücləndirdiyini vurğulayırlar.

Limon otu - Yaddaşı və konsentrasiyanı artırır

2018-ci ildə aparılan araşdırmada iştirakçılar cəmi beş dəqiqə limon otu efir yağını nəfəs aldıqdan sonra idrak funksiyalarında nəzərəçarpan artım müşahidə edilib. Onlar həmçinin özlərini daha ayıq və sakit hiss etdiklərini bildiriblər.

2025-ci ildə aparılan digər tədqiqat isə limon otu qoxusunun narahatlığı azaltdığını, ürək döyüntüsü və qan təzyiqini aşağı saldığını göstərib. Bu səbəblə limon otu həm emosional tarazlıq, həm də mental aktivlik üçün təbii stimullaşdırıcı kimi tövsiyə edilir.

Nanə - Gərginliyi azaldır, yaddaşı gücləndirir

2008-ci ildə aparılan aromaterapiya tədqiqatları nanə qoxusunun diqqəti artırdığını və yaddaşı gücləndirdiyini ortaya qoyub. Nanənin insanı canlandırdığı və stressi azaltdığı da müəyyən edilib.

2023-cü ildə aparılan başqa bir araşdırma isə nanə yağının depressiya və narahatlığın azaldılmasına kömək edə biləcəyini, hətta aqressiv sürücülük davranışını belə azaltmaq potensialına malik olduğunu göstərib.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1102   Tarix: 10 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yuxusuzluq insult riskini 26 faiz artıra bilər - Alimlərdən yeni araşdırma

Yuxu pozğunluğu ilə insult riski arasında əlaqə olduğu müəyyənləşib. Alimlərin apardığı araşdırmaya görə, yuxusuzluqdan əziyyət çəkən insanlarda insult ehtimalı daha yüksəkdir. xəbər verir ki, Bolonya Neyroloji Elmlər İnstitutunun mütəxəssisləri müxtəlif tədqiqatların nəticələrini təhlil ediblər. İnsultl

29.09.2026 323
.

Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar

"Soyuqdəymə və qrip zamanı düzgün seçilmiş qidalar orqanizmin bərpasını sürətləndirir". xəbər verir ki, bu sözləri amerikalı dietoloq Bet Çervoni deyib. Mütəxəssis xəstəlik dövründə maye, kalori və bəsləyici maddələrlə zəngin olan bulyon və şorbalara üstünlük verməyi tövsiyə edib:. "Şorbanı

26.09.2026 273
.

Uzunömürlülük üzrə mütəxəssis ömrü uzatmaq üçün 5 əsas qaydanı açıqladı

Uzunömürlülük üzrə mütəxəssis Den Büttner insanların daha uzun və sağlam yaşaması üçün beş əsas qayda açıqlayıb. Onun tövsiyələri "mavi zonalar" kimi tanınan və insanların uzunömürlülüyü ilə seçilən bölgələrdəki həyat tərzi müşahidələrinə əsaslanır. Büttnerin sözlərinə görə, uzunömürlülük üçü

20.09.2026 296
.

Allergiya qəfil yarana bilər: Səbəbləri nələrdir?

Allergiya həyatın istənilən mərhələsində, hətta yetkinlik dövründə belə qəfil yarana bilər. Araşdırmalar yeni allergiyaların yaranmasına infeksiyalar, hormonal dəyişikliklər, antibiotik istifadəsi və gənə dişləməsi kimi müxtəlif amillərin səbəb ola biləcəyini göstərir. Qaynarinfo xəbər verir ki, ABŞ-ı

02.10.2026 333
.

100 yaşdan çox yaşayanların ortaq 5 sirri

Amerikalı rejissor Sem Qrin 10 il ərzində dünyanın ən yaşlı insanları ilə görüşərək onların həyat tərzini araşdırıb. Rejissor yüz ildən çox yaşayan insanların bir-birinə bənzəyən bir sıra xüsusiyyətlərinin olduğunu müəyyən edib. xarici mediaya istinadən xəbər verir ki, Sem Qrin dünyanın ən yaşlı insanlar

04.10.2026 350
.

Gündə minimum addım sayı təyin edildi

Gündə minimum 100 addım mifi təkzib edilib. xəbər verir ki, bu barədə kardioloq Denis Prokofyev bildirib. "Addım sayı burada əsas deyil. 100 addımlıq məqsəd sırf marketinqdir. Bu Yaponiyada addımölçənləri satmaq üçün ortaya çıxan marketinqdir. Bu, ciddi tibbi tövsiyə deyil", - deyə o vurğulayıb

08.10.2026 421
.

Hansı su daha faydalıdır: Soyuq, yoxsa otaq temperaturunda?

Bəziləri buzlu su içməyi xoşlayır, digərləri isə limon dilimi əlavə edilmiş ilıq suyun daha faydalı olduğuna inanır. Bəs suyun temperaturu həqiqətən əhəmiyyətlidirmi?. Qaynarinfo xəbər verir ki, bu barədə "Verywell Health" yazıb. Magistr dərəcəsi olan qeydiyyatdan keçmiş diyetoloq-nutritionis

06.10.2026 413
.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasını tövsiyə edirlər. Bildirilir ki, tiroid vəzi tərəfindən ifraz olunan T

26.09.2026 424
.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabınd

26.09.2026 313
.