Yetkin yaşda olan insanlar hansı balıqdan imtina etməlidir
Mütəxəssislər həmçinin 60+ yaşlılar üçün ən dəyərli balıq növlərini də adlandırıblar.
Lent.az xəbər verir ki, 60 yaşdan sonra maddələr mübadiləsi artıq daha ləng işləyir, həzm sistemi ağır yeməklərə daha həssas reaksiya verir, yağın artıqlığı isə ürək və damarlar üçün əlavə yük yarada bilər. Ona görə də mütəxəssislər yaşlı insanlara minimum yağ tərkibli, yüngül balıq növlərinə üstünlük verməyi tövsiyə edirlər. Belə balıq orqanizmi dəyərli maddələrlə təmin edir, eyni zamanda diskomfort və yüklənmə yaratmır. Balıq A, D və B qrupu vitaminlərinin, çox doymamış yağ turşularının, yodun, kalsiumun, dəmirin mənbəyidir. Bunların hamısı yaxşı görməni, güclü immuniteti, sağlam qalxanabənzər vəzi fəaliyyətini, möhkəm sümükləri və damarları, həmçinin sinir sisteminin işini dəstəkləməyə kömək edir. Diyetoloqlar tez-tez deyirlər ki, yağlı balıq növləri xüsusilə faydalıdır, lakin 60 yaşdan yuxarı insanlar üçün bu tövsiyə həmişə uyğun olmur. Yüksək yağ tərkibli məhsullar məsələn, qızılbalıq (losos) və ya skumbriya – xolesterin yığıntılarının (damar divarlarında lövhələrin) yaranmasına şərait yarada və damar xəstəlikləri riskini artıra bilər. Buna görə üstünlüyü ağ, az yağlı balıq növlərinə vermək daha yaxşıdır. Belə balıq asan həzm olunur, orqanizmi keyfiyyətli zülal və vitaminlərlə doyurur və eyni zamanda mədə üçün daha yumşaq sayılır.
Qızılbalıq əvəzinə nə seçmək olar
60+ yaşlı insanlar üçün ən uğurlu variantlardan bəziləri siyənək və sazan hesab olunur. Bu balıq növləri sağlamlığı müxtəlif cür, amma kifayət qədər effektiv şəkildə dəstəkləyir. Siyənək qocalmaya qarşı qoruma. Onun tərkibində hüceyrə zədələnməsinin qarşısını alan və immuniteti dəstəkləyən selen çoxdur. Selen həmçinin qalxanabənzər vəzinin normal fəaliyyəti üçün vacibdir. Gündə təxminən 50 qramlıq kiçik porsiya bu minerala olan tələbatı ödəmək üçün kifayət edir.
Sazan beyin və əzələlər üçün dəstək. Onun zülalı, yetkin yaşda ət zülalı ilə müqayisədə daha asan mənimsənilir. Bu cür balıq əzələ kütləsini qorumağa, selikli qişaların bərpasına və koqnitiv funksiyaların (yaddaş, diqqət və s.) yaxşılaşmasına kömək edir. Xüsusən hərəkətsiz həyat tərzi sürən və ya həzm problemlərinə meylli insanlar üçün faydalıdır.
Hisə verilmiş (tüstülənmiş) balıq: ehtiyatlı olun
Hisəvermə zamanı vitaminlərin bir hissəsi itirilsə də, omeqa-3 yağ turşuları əsasən qorunub saxlanır. Həmçinin tərkibdə zülal, A, D və B12 vitaminləri, yod və minerallar kifayət qədər qalır.
Lakin xoş ətir və dadla yanaşı, hisə verilmiş balıq çoxlu miqdarda duz və potensial zərərli maddələr alır. Bunlar qaraciyər, böyrəklər və ürək-damar sistemi üçün əlavə yük yarada bilər. Həmçinin bakterial çirklənmə riski də mövcuddur. Buna görə bu cür məhsulun porsiyasını həftədə bir dəfə, 50–70 qramla (və ya daha az tezliklə) məhdudlaşdırmaq optimal sayılır.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşToyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bir çox insan toyuq ətini bişirməzdən əvvəl kranın altında yumağa üstünlük verir. Lakin mütəxəssislər bu vərdişin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, çiy toyuğun yuyulması zamanı su sıçrantıları vasitəsilə bakteriyalar mətbəxin müxtəlif səthlərinə, qab-qacağa v
02.11.2026 1046 Gündə 4 qoz yemək orqanizmdə hansı dəyişikliklər yaradır?
Qoz faydalı yağlar, bitki mənşəli zülal, lif, vitamin və minerallarla zəngin çərəzlərdən biridir. Onun müntəzəm istehlakı ürək-damar sisteminin fəaliyyətini dəstəkləyə və gündəlik qidalanmanın keyfiyyətini yaxşılaşdıra bilər. Ölkə.az BB.LV saytına istinadən xəbər verir ki, gündə təxminən 4 bütöv qo
11.11.2026 654 Bir çox xəstəliyi müalicə edən MASAJ
Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bi
01.11.2026 1196 Günorta yuxusunun yaddaşa təsiri ilə bağlı maraqlı nəticə
Günorta saatlarında yatmağın yaddaşı gücləndirdiyi ilə bağlı geniş yayılmış fikirlər yeni elmi araşdırmada təsdiqini tapmayıb. Məlum olub ki, qısa müddətli yuxu yaddaşın möhkəmlənməsinə sakit istirahət və adi oyaqlıqdan daha çox kömək etmir. Qaynarinfo xəbər verir ki, bu nəticəyə Cənubi Çin Pedaqoj
16.11.2026 371 Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma
Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı
18.10.2026 1021 AVROPADA QIRMIZI HƏYƏCAN SİQNALI VERİLDİ
"Qısa müddətdə yoluxma halı 10 mini, ölüm sayı isə 5 mini keçib. Virusun təhlükəli olması və sürətlə yayılması səbəbindən Avropada qırmızı həyəcan siqnalı verilib". Bu haqda türk mediasına istinadən bildirib. Konqo Demokratik Respublikasında başlayan və tarixin ikinci ən böyük böhranına çevrilə
02.11.2026 895 Alimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi
Yaşlanma insanın fiziki qabiliyyətlərinə çoxlarının gözlədiyindən daha erkən təsir göstərməyə başlaya bilər. Alimlər müəyyən ediblər ki, yaş artdıqca fiziki göstəricilərin azalması sürətlənir. Bununla belə, yetkin yaşda idmanla məşğul olmağa başlamaq da fiziki göstəriciləri yaxşılaşdıra bilər. Qaynarinf
19.10.2026 1178 Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun
Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini
25.10.2026 903 Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə
18.10.2026 956