Mehdiyevin planı və Azərbaycan siyasi reallıqları: Uğursuz cəhdin təhlili

Mehdiyevin planı və Azərbaycan siyasi reallıqları: Uğursuz cəhdin təhlili"Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi həyata keçirmək niyyətində olması və bununla bağlı Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə məktub ünvanlaması əslində təəccüblü deyil. Mehdiyevin akademik dərəcələri və kitabları olsa da, onun düşüncə tərzində tipik sovet elita yanaşmasının, həmçinin müasir siyasi reallıqlara adaptasiya ola bilməyən köhnə siyasi təfəkkürün qaldığı açıq şəkildə görünür".

Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

O, qeyd edib ki, Ramiz Mehdiyev Azərbaycanda dövlət idarəçiliyinin köklü şəkildə dəyişdirilməsini, prezident idarəetmə modelinin ləğv edilərək əvəzində "Dövlət Şurası" adlı yeni strukturun əsasını təşkil etdiyi parlament respublikası modelinin qurulmasını təklif edirdi. Görünüşdə bu, demokratik idarəetmə, hakimiyyət bölgüsü və vətəndaş cəmiyyətinin rolunun artdığı bir model kimi təqdim olunurdu. Lakin məktubdan da aydın olur ki, əslində Mehdiyev demokratik islahat deyil, fərqli formalarda yeni avtoritar nəzarət mexanizmi qurmaq niyyətində idi:

"Mehdiyevin "Dövlət Şurası" konsepsiyası diqqətlə təhlil edildikdə görünür ki, bu qurum faktiki olaraq bütün hakimiyyət qollarını – qanunvericilik, icra və məhkəməni – öz nəzarətində cəmləməli idi. Şuraya 50 nəfərin daxil ediləcəyi və onların "cəmiyyətdə nüfuz sahibi olan şəxslərdən" seçiləcəyi bildirilir. Bu meyar seçki legitimliyindən deyil, siyasi-sosial statusdan qaynaqlandığı üçün demokratik prinsipə ziddir. Yəni Mehdiyev xalqın seçdiyi nümayəndələrdən yox, sistemi təmsil edən, elita daxilində formalaşan şəxslərdən ibarət idarəetmə orqanı yaratmağı hədəfləyirdi.

Mehdiyevin planında özünü müxalifət kimi təqdim edən şəxslərə də yer ayrılmışdı. Məsələn, həmin 50 nəfərdən biri kimi AXCP sədri Əli Kərimlinin adı çəkilirdi. Bu, Mehdiyevin modelini guya "plüralist" göstərmək cəhdi olsa da, əslində sisteminə əlavə sosial baza yaratmaq məqsədi daşıyırdı.
Mehdiyevin planı və Azərbaycan siyasi reallıqları: Uğursuz cəhdin təhliliKonsepsiyanın digər mühüm detalı Dövlət Şurasının sədrinin statusu idi. Bu şəxs faktiki olaraq dövlət başçısının bütün səlahiyyətlərini özündə birləşdirir və yalnız Şura üzvləri tərəfindən seçilib vəzifədən azad edilə bilərdi. Mexanizm zahirən kollektiv idarəetmə təsiri yaratsa da, əslində yeni və daha mərkəzləşdirilmiş avtoritar idarəetmə forması yaradırdı. Yəni Mehdiyev prezident institutunun formal şəkildə ləğvini, amma mahiyyətcə onun funksiyalarının yeni ad altında bərpasını təklif edirdi. Belə bir modeldə nə parlament, nə də hökumət real müstəqilliyə malik olur – hər iki struktur Dövlət Şurasına tabe vəziyyətdə qalırdı. Bu isə "parlament respublikası" adı altında "kollektiv avtoritarizm"in qurulması demək idi.

Ramiz Mehdiyevin planını siyasi baxımdan iki istiqamətdə şərh etmək olar:

Mehdiyevin itirilmiş siyasi nüfuzunu bərpa etmək cəhdi kimi;

Postsovet məkanında "müdrik nəzarət orqanı" adı altında hakimiyyətin yenidən mərkəzləşdirilməsi tendensiyasının lokal versiyası kimi.

Lakin bu cəhd nə müasir Azərbaycanın siyasi reallıqlarına, nə də cəmiyyətin dəyişən düşüncə tərzinə uyğun gəlirdi. Buna görə də Mehdiyevin planı iflasa uğradı".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 612   Tarix: 05 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər: Xəsarət alanların adları məlum oldu - Video

Ordubad rayonunda sərnişin mikroavtobusunun aşması nəticəsində xəsarət alan 11 nəfərin kimliyi məlum olub. xəbər verir ki, hadisə zamanı 1966-cı il təvəllüdlü Səkinə Həsənova, 1962-ci il təvəllüdlü Səadət Bağırova, 1964-cü il təvəllüdlü Zəhra İmanova, 1962-ci il təvəllüdlü Kəmalə Həsənova, 1988-ci i

17:09 0
.

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. -ın məlumatına görə, Ağstafa rayonunda minaya düşərək həlak olan, Qazax rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var. Hadisə nəticəsində ağır xəsarətlər alan 1982-ci il təvəllüdlü Sahib İzo

19:03 211
.

Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. BİG.AZ -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbayca

11:22 138
.

Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb

Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to

13:20 27
.

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur. xəbər verir ki, sözügedən məsələ Hesablama Palatasının "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

12:00 139
.

Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı - YENİLƏNİB

"Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək". xəbər verir ki, bunu "Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma" İctimai Birliyinin sədri Elşən Uluxanlı -a açıqlamasında bildirib. Onun sözlərinə görə, Milli Qəhrəman sabah saat 14:00-da İkinci Fəxri xiyabanda dəfn olunacaq

18:10 0
.

İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib

İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" tənzimləyicini

12:30 99
.

Alen Simonyan vəzifəsini itirir?

Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının katibi vəzifəsinin ləğvi planlaşdırılır. -ın xəbərinə görə, bu məlumatı ölkənin ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" nəşrinin sorğusuna cavabında təsdiqləyib. Beləliklə, yeni konstitusiya qəbu

12:10 107
.

Rəşad Məcidə ağır itki

Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq

11:46 143
.