Təhsil sistemində əsas problem ad deyil, idarəçilikdir
"Dövlət məktəbinin liseyə çevrilməsi o deməkdir ki, həmin məktəbə artıq ərazi prinsipi ilə deyil, bilik və bacarıq müsabiqəsi əsasında şagird qəbulu aparılacaq. Bu model intellektual potensialın bir mərkəzdə toplanması baxımından faydalıdır. Güclü şagirdlərin bir arada olması sağlam rəqabət və inkişaf mühiti yaradır. Lakin bunun digər tərəfi də var: orta səviyyəli məktəblər istedadlı şagirdlərini itirir və həmin məktəblərdə təhsil mühiti zəifləyir".
Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.
O, qeyd edib ki, liseylərin ödənişsiz olması xüsusi üstünlükdür. Bu, imkanı məhdud, amma istedadlı uşaqlar üçün sosial lift rolunu oynaya bilər. Ancaq reallıqda lisey imtahanlarına hazırlaşmaq çox vaxt repetitor dəstəyi tələb edir. Əgər dövlət aşağı siniflərdə hamı üçün bərabər hazırlıq imkanları yaratmasa, liseylər zamanla yalnız imkanlı ailələrin uşaqlarının toplandığı məkanlara çevrilə bilər. Bu isə təhsildə təbəqələşmə riskini artırır:
"Lisey sisteminin müsbət tərəflərindən biri də şagirdin maraq və bacarıqlarına uyğun istiqamətləndirilməsidir. Klassik məktəbdə şagird bütün fənlər üzrə eyni yük altında qalırsa, liseylərdə meyil və ixtisaslaşma imkanları daha geniş olur. Bu da şagirdin seçdiyi sahədə daha dərin inkişaf etməsinə şərait yaradır.
Ancaq məktəbin adının "lisey" olması hələ keyfiyyət demək deyil. Bunun üçün müəllimlərin xüsusi sertifikasiyadan keçməsi, yüksək maaş alması, laboratoriya və texnoloji bazanın yenilənməsi, dərs proqramlarının isə daha çox tədqiqatçı təfəkkürünə yönəlməsi vacibdir.
Əslində dövlət məktəblərinin liseyləşdirilməsi kütləvi təhsildən keyfiyyətli təhsilə keçid cəhdi kimi görünür. Əgər bu proses sadəcə ad dəyişikliyi deyil, real məzmun islahatı ilə müşayiət olunarsa, gələcək ziyalı nəslin formalaşması üçün mühüm addım ola bilər. Lakin bu zaman adi məktəblərin və orta səviyyəli şagirdlərin taleyi də unudulmamalıdır. Çünki dövlətin vəzifəsi yalnız elita yetişdirmək deyil, bütün cəmiyyəti savadlandırmaqdır.
Digər tərəfdən, yalnız məktəbin adını dəyişməklə təhsil sisteminin mahiyyətinin dəyişəcəyini düşünmək də doğru deyil. Müəllim nüfuzunun zəiflədiyi, idarəetmədə peşəkar pedaqoji yanaşmanın çatışmadığı bir mühitdə kosmetik dəyişikliklər ciddi nəticə vermir. Cəmiyyətdə formalaşan əsas narahatlıq da budur: illərdir danışılan islahatlar real keyfiyyət dəyişikliyi yaratmır. Əgər zəif nəticə göstərən şagirdlər yenə müxtəlif yollarla seçmə siniflərə qəbul olunacaqsa, lisey sistemi də zamanla formal xarakter daşıyacaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 712 Tarix: 15 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı
Bakının Qaradağ rayonundakı evlərdən birindən 7050 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırmada onun rayondakı digər evlərdən elektri
14.11.2026 220 17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza
Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb
14.11.2026 233 Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb
Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, noyabrın 13-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis tərəfindən təmin olunub
14.11.2026 198 Pirquluda qış mənzərəsi... - Fotolar
Qafqaz dağlarının yüksəkliklərində, Pirqulu ərazisində yerləşən Şamaxı Safari Parkının qış mənzərəsini əks etdirən yeni görüntülər paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülər "Experience Azerbaijan"ın sosial şəbəkə hesabında yerləşdirilib. Paylaşımda qış mövsümündə ərazidək
14.11.2026 282 Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlanıb
2027-ci il "Büdcə zərfi"ndə göstərilən fiskal risklərlə yanaşı, bir sıra digər amillər də dövlət maliyyə sabitliyinə təsir göstərə bilər. "Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir
14.11.2026 194 Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video
Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız
14.11.2026 196 İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqlayıb
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Tehrana qarşı texniki və hüquqi cəhətdən əsassız qətnamələrə əsaslanır. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" İranın Vyanadakı (Avstriya) Daimi Nümayəndəliyinin bəyanatına istinadən məlumat yayıb
14.11.2026 160 COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Türkiyənin Antalya şəhərində davam edən COP31 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarını
00:40 106 Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - ARTIRILIR
"Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyy
14.11.2026 275