Ən sağlam səhər yeməyi açıqlandı
Səhər yeməyi vərdişlərini dəyişdirəcək yeni açıqlama gəlib. İllərdir "ən sağlam seçim" kimi qəbul edilən yumurta, pendir və hətta tərəvəzlərdən çox, onların necə və hansı formada yeyilməsi daha vacib imiş.
BiG.AZ xəbər verir ki, qidalanma mütəxəssisləri səhər yeməyinin sağlam bədən və güclü zehn üçün əhəmiyyətinə diqqət çəkib və ideal menyunu açıqlayıblar.
Mütəxəssislərə görə səhər yeməyi, bədənə "oyanma vaxtıdır" siqnalı göndərən ilk addımdır. Gecə boyu yavaşlayan metabolizmanı sürətləndirir, qan şəkərini tənzimləyərək gün ərzində yaranan enerji düşmələrinin qarşısını alır.
Daimi və sağlam səhər yeməyi vərdişi:
şəkərli diabet və ürək-damar xəstəlikləri riskini azaldır,
əhvalı yaxşılaşdırır,
diqqət və zehni performansı artırır.
İdeal səhər yeməyinin tərkibi
Günə balanslı və enerji dolu başlamaq üçün səhər süfrəsində bu qida qrupları mütləq yer almalıdır:
Zülal (protein): əzələləri qoruyur, uzunmüddətli toxluq yaradır. Yumurtalar, az yağlı pendir, yoğurt, paxlalılar və qoz-fındıq ən yaxşı mənbələrdəndir.
Sağlam karbohidratlar: əsas enerji mənbəyidir. Yulaf, qarabaşaq, tam taxıllı çörək, təzə meyvə və tərəvəzlər gün ərzində enerjini tənzimləyir.
Sağlam yağlar: beyin və orqanizmin normal fəaliyyəti üçün vacibdir. Səhər yeməyinə az miqdarda zeytun yağı, avokado, qoz-fındıq və ya somon balığı əlavə etmək tövsiyə olunur.
Kalsium: möhkəm sümüklər üçün vacibdir. Pendir, süd, yoğurt və susam kalsium baxımından zəngindir.
Səhər uzaq durulmalı olan 4 qida qrupu
Mütəxəssislər bəzi səhər qidalarının bədəni yüklədiyini və enerjini kəskin şəkildə azaltdığını bildirirlər:
Şəkərli və emal olunmuş qidalar - keks, şirniyyat, bulka və s. qan şəkərini sürətlə qaldırır və sonra kəskin şəkildə salır.
Fast food və qızardılmış yeməklər - çoxlu doymuş yağ ehtiva etdiyinə görə həzmi çətinləşdirir.
Qazlı içkilər - mədə şişkinliyi və narahatlıq yarada bilər.
Çox duzlu və ədviyyatlı qidalar - səhər saatlarında həzm sisteminə ağır gəlir.
"İkinci səhər yeməyi" üsulu
Mütəxəssislər səhər yeməyini iki mərhələyə bölməyi də tövsiyə edirlər:
Əvvəlcə balanslı əsas səhər yeməyi yeyilir.
2-3 saat sonra isə yüngül qəlyanaltı (alma, banan, bir ovuc qoz-fındıq və ya təbii yoğurt) qəbul edərək qan şəkəri tənzimlənir və günorta yeməyində artıq yeməyin qarşısı alınır.
Şirin istəyi yarandıqda isə təbii meyvələr, az miqdarda acı (bitter) şokolad və ya şəkərsiz mürəbbələr daha sağlam seçim sayılır.(milli.az)
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1178 Tarix: 10 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAlimlər: Zövq üçün mütaliə istənilən yaşda beyni qoruyur
Kembric Universitetinin alimləri müəyyən ediblər ki, zövq üçün mütaliə beynin fəaliyyətini yaxşılaşdırır və demensiyanın inkişaf riskini azaldır. Qaynarinfo xəbər verir ki, "Psychological Medicine" jurnalında dərc olunan icmalda tədqiqatçılar kitabların hər yaşda insanlara stressin öhdəsində
16.09.2026 336 Şirin və faydalı: Alimlər sağlamlıq üçün ən yaxşı mürəbbəni açıqladı
Mürəbbənin faydası onu alarkən və ya hazırlayarkən nadir hallarda nəzərə alınır. Çünki mürəbbə adətən çay yanında sadəcə şirin desert hesab edilir. Lakin əslində mürəbbə sağlam qidalanmaya müəyyən qədər faydalı əlavə ola bilər. Qaynarinfo xəbər verir ki, "Antioxidants" jurnalının tədqiqat qrupunda
14.09.2026 478 Bu insanların ömrü daha qısa olur - Alimlər səbəbini AÇIQLADI
Aparılan yeni araşdırma ağır psixi pozuntulardan əziyyət çəkən insanların orta ömür uzunluğu ilə bağlı diqqətçəkən nəticələri ortaya çıxarıb. xəbər verir ki, avstraliyalı alimlərin araşdırmasına görə, ağır psixi pozuntuları olan insanlar digər əhali qrupları ilə müqayisədə orta hesabla 10 il daha a
22.09.2026 398 Azərbaycanda qətliam kimi iki xəstəlik - Əhaliyə XƏBƏRDARLIQ
Azərbaycanda son beş ildə insult və kəskin miokard infarktından 54 973 ölüm qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, beş il ərzində insultdan 33 510, kəskin miokard infarktından isə 21 463 insan həyatını itirib. İki göstəricinin illər üzrə cəmi 54 973 təşkil edib. İnfark
04.10.2026 220 Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. BİG.AZ -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionist Yelizaveta Polomoşnova -ya bu təhlükənin nə dərəcədə cidd
20.09.2026 363 Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq
Havaların soyuması və temperaturun tez-tez dəyişməsi bəzi insanlarda oynaq ağrılarının daha qabarıq hiss olunmasına səbəb ola bilər. Xüsusilə artrit, artroz və digər dayaq-hərəkət sistemi problemləri olan şəxslər payız aylarında ağrı, sərtlik və hərəkət məhdudiyyətindən daha çox şikayət edə bilərlər
21.09.2026 380 Hamiləlikdə ürəkbulanma və qanaxma nə zaman təhlükəyə işarədir? - Video
"Baku Med" verilişinin yeni buraxılışında hamiləlikdə ən çox rast gəlinən problemlərdən danışılıb. Davamlı ürəkbulanma nə zaman problem sayılır?. Hamiləlik zamanı qanaxma nə vaxt ciddi siqnal hesab olunur?. Hamiləlik zamanı infeksiyalar hansı fəsadlara səbəb ola bilər?. Hamiləlikdə ağrıkəsiciləri
04.10.2026 270 Nadir irsi mutasiya ağciyər xərçəngi riskini 62 dəfə artıra bilər
Nadir irsi mutasiya siqaret çəkməyən insanlarda belə ağciyər xərçənginin inkişaf riskini əhəmiyyətli dərəcədə artıra bilər. "Report"un məlumatına görə, alimlər Avropa mənşəli 3,3 milyondan çox insanın genetik məlumatlarını təhlil etdikdən sonra bu qənaətə gəliblər. Tədqiqatın nəticələri "Science"
20.09.2026 249 Çirkli havada idman etmək təhlükəlidirmi? - Mütəxəssislərdən cavab
İdmanla məşğul olmaq sağlamlıq üçün faydalıdır, lakin havanın çirkli olduğu ərazilərdə fiziki aktivlik zamanı orqanizm daha çox zərərli hissəcik qəbul edə bilər. Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, mütəxəssislər ümumilikdə idmanın faydalarının hava çirkliliyinin yaratdığı risklərdən üstün olduğun
25.09.2026 319