"100 yaş klubu"na necə daxil olmaq olar? - "Mavi bölgələr"in sirri

"100 yaş klubu"na necə daxil olmaq olar? - "Mavi bölgələr"in sirriBir anlıq təsəvvür edin səhər oyanırsınız və 95 yaşınız var. Amma hələ də bağçanızda tərəvəz yetişdirir, nəvələrinizə hekayələr danışırsınız, dostlarınızla gülüş dolu süfrələrdə görüşürsünüz. Əlinizdə əsa ola bilər, amma zehniniz aydın, qəlbiniz isə hələ də həyata sevgi ilə bağlıdır. Bu, dünyada "mavi bölgələr" adlanan yerlərdə yaşayan insanların reallığıdır.

Qaynarinfo xəbər verir ki, "mavi bölgələr" dünyanın ən çox 100 yaş və yuxarısı insanlara sahib olan əraziləridir. Prof. Dr. İsmet Tamer bildirir ki, Yaponiyadakı Okinava, İtaliyanın Sardiniya adası, Kosta Rikanın Nikoya yarımadası, Yunanıstanın İkariya adası və ABŞ-ın Kaliforniya ştatındakı Loma Linda bölgəsində yaşayan insanlar ortalamadan xeyli uzun, sağlam və aktiv ömür sürürlər. Bu bölgələrin sirri bizə daha uzun və keyfiyyətli həyatın qapılarını açır.

Doyana qədər yeməyin!

Prof. Dr. İsmet Tamer genetik irsin önəmini vurğulayaraq bildirir ki, bəzi insanlar doğuşdan bioloji üstünlüyə sahibdir. Lakin Ümumdünya Səhiyyə Təşkilatı və National Institute on Aging tərəfindən aparılan geniş tədqiqatlara görə, genetik faktorlar insan ömrünün cəmi 20-25 faizini müəyyən edir, qalan hissə isə həyat tərzi, ətraf mühit və fərdi seçimlərlə bağlıdır.

Məsələn, Sardiniyada zeytun yağı, tam taxıllar və təzə tərəvəzlər; Okinavada şirin kartof, soya məhsulları və yaşıl yarpaqlı tərəvəzlər; Nikoyada isə paxlalılar, qarğıdalı və tropik meyvələr gündəlik qidalanmanın əsas hissəsini təşkil edir. British Medical Journal"da dərc edilən bir araşdırma, bitki əsaslı Aralıq dənizi tipli qidalanmanın ürək-damar xəstəlikləri riskini 30 faizədək azaltdığını göstərir.

Okinavada tətbiq edilən "mədənizin yalnız 80 faizi dolana qədər yemək" fəlsəfəsi - hüceyrə səviyyəsində qocalmanı ləngidir. Başqa sözlə, süfrəmizdə etdiyimiz seçimlər təkcə mədəmizi deyil, bioloji saatımızı da formalaşdırır.

İdman zalı yanlışlığı

"Mavi bölgələr"də yaşayan insanlar idman zallarında saatlarla məşq etmir. İsmet Tamerin sözlərinə görə, onların fiziki fəaliyyəti gündəlik həyatın təbii hissəsidir: tarlada işləmək, pilləkən qalxmaq, qonşuya piyada getmək, bağda tərəvəz yetişdirmək. Harvard Tibb Fakültəsinin uzunmüddətli tədqiqatları göstərir ki, gündə 7-8 min addım atan insanların ölüm riski, hərəkətsiz həyat tərzi sürənlərə nisbətən 40 faiz azdır.

Zehnin qocalmasına "dayan" deyin!

Prof. Dr. İsmet Tamer vurğulayır ki, yaşlanma təkcə bədənlə bağlı deyil, həm də zehni bir prosesdir. Okinavada "ikigai" adlanan "həyat məqsədi" anlayışı insanların hər səhər oyanmaq üçün bir səbəbinin olmasını təmin edir. "Psychosomatic Medicine" jurnalında yayımlanan bir tədqiqat göstərir ki, həyat məqsədi güclü olan insanlarda ürək-damar xəstəlikləri və depressiya riski əhəmiyyətli dərəcədə aşağıdır.

"Harvard Adult Development Study" isə 75 ildən çox davam edən araşdırmaların nəticəsində uzunömürlülüyün ən mühüm amilinin güclü sosial əlaqələr olduğunu ortaya qoyur. Məsələn, Okinavadakı "moai" adlı sosial qruplar, üzvlərinə ömürlük dostluq və sosial dəstək təmin edir. Bu sayədə insanlar heç vaxt tənha qalmır və özlərini bir icmanın üzvü kimi hiss edirlər.

Uzun ömrün açarı haradadır?

İsmet Tamerin fikrincə, 100 yaş klubuna daxil olmağın sirri yalnız genetik mirasda deyil: "Əsl sirr təbiətlə uyğun qidalanmaqda, hərəkəti həyat tərzinə çevirməkdə, zehni marağı və həyat məqsədini qorumaqda, güclü sosial bağlar qurmaqda və çətinliklər qarşısında dözümlü qalmaqda gizlidir. Ömrümüzü uzatmaq qədər, onun keyfiyyətini artırmaq da öz əlimizdədir. Əgər bu gündən süfrəmizə bir az daha çox tərəvəz, həyatımıza bir az daha çox hərəkət, qəlbimizə bir az daha çox sevgi və zehnimizə bir az daha çox maraq əlavə edə bilsək, bəlkə də hamımız 100 yaş klubunun dəvətliləri arasına qatıla bilərik".


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1213   Tarix: 10 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Delta"dan sonra yeni mutasiya daha sürətlə yayılır

Cənubi Afrika tədqiqatçıları yeni koronavirus variantının aşkarlandığını açıqlayıblar. Alimlər 2021-ci ilin may ayında C.1.2 adlı bir mutasiya aşkarladıqlarını açıqlasalar da, bu variantın ilk dəfə Uhanda aşkar edilən COVID-19-dan daha çox fərqləndiyini bildiriliblər. -a istinadən xəbər verir ki, Cənub

30.08.2021 1188
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

Stress, həyəcan və yuxusuzluğa qarşı 10 ÇARƏ

Əgər təşviş, stress sizi içdən yeyirsə, yuxunuz ərşə çəkilibsə, əsəbləriniz dincəlmirsə, o zaman stressə qarşı bitki yığnaqlarından istifadə etməklə, əsəb sakitləşdiciri çay hazırlayın. -a istinadən sakitləşdirici bitkililəri təqdim edir. Mütəxəssislər çay üçün bunlardan ikisini seçib qarışdırmağı tövsiy

01.09.2021 1893
.

Ömürlük dərmana məhkum olan "Miasteniya" xəstələri əməliyyatla sağala bilər? - CƏRRAH AÇIQLADI

Bir çoxlarının məlumatsız olduğu "Miasteniya Gravis" xəstəliyindən müalicə alan insan sayı təəssüf ki Azərbaycanda da az deyil. Lakin bu xəstəlik haqqında eşitmədikləri üçün artıq miasteniyanın ağırlaşmış formasında həkimə müraciət edirlər. Bəs bu xəstəliyin simptomları nədir? Onun barəsi

08.09.2021 960
.

ŞOK ARAŞDIRMA: Koronavirus xəstəlikdən bir neçə ay sonra BU ORQANA KEÇİR

"Koronavirus xəstəlikdən bir neçə ay sonra da bağırsaq divarlarından alınan nümunələrdə aşkar edilə bilər". Bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya TASS-a məlumat verib. O qeyd edib ki, bəzi xəstələrd

29.08.2021 1543
.

Saç tökülməsi sizi qorxutmasın - ÇARƏ TAPILDI

Saçlarınızın tökülməsi sizi narahat edir? "BLACK SERUM" saç losyonu ilə bunun qarşısını almaq indin daha rahatdır. - Saç tökülməsinin qarşısını alır. - Yeni tüklər əmələ gətirir. - Saçlar daha tez uzanır. - Saçda kəpəyin qarşısını alır. - Saç yağlığını aradan qaldırır. - Saç tökülm

08.09.2021 598
.

Yuxusuzluğu aradan qaldıran məlhəm

Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm

22.08.2021 2428
.

Əncirlə süd - 10 dərdə dərmandır

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın

10.08.2021 2433
.

Möcüzəvi meyvə: Xərçəng riskini azaldır, şəkəri salır

Çində həyat dərmanı olaraq tanınan innab saysız faydası ilə məşhurdur. Uzun illərdir şəfa qaynağı olaraq tanınan bu meyvənin yeni faydası öyrənilib. -a istinadən xəbər verir ki, innab yemək sizi bir çox xəstəliklərdən qoruyacaq. Tərkibi A və C vitamini boldur. Ürək sağlamlığı üçün xeyirlidir. Bağırsa

23.08.2021 1865
.