"Stratus", "Nimbus": Azərbaycanda sürətlə yayılan viruslar – Təhlükəlidir?

"Stratus", "Nimbus": Azərbaycanda sürətlə yayılan viruslar – Təhlükəlidir?Son günlər ölkə ərazisində müxtəlif infeksion xəstəliklərin artması müşahidə olunur. Yaşından asılı olmayaraq bir çox insan müxtəlif viruslarla mübarizə aparır. Virusa yoluxanlar əsasən, yüksək hərarət, davamlı öskürək, boğaz ağrısı kimi əlamətlərdən şikayətlənirlər. Eyni zamanda, cəmiyyətdə COVID-19-un yenidən yayılması ilə bağlı narahatlıqlar və müzakirələr də gündəmdədir.

Bəs, əslində nə baş verir? Hazırda yayılan virus nə dərəcədə təhlükəlidir və proses nəzarət altındadırmı?

"Bu il də eyni mənzərə ilə üzləşəcəyik"

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, hazırda ölkədə epidemioloji durum sabitdir: "Havaların soyuması və payız-qış mövsümünün başlanması ilə əlaqədar hər il qrip və digər kəskin respirator virus infeksiyalarına yoluxma hallarında artımlar müşahidə olunur. Bu adi haldır və bu il də eyni mənzərə ilə üzləşəcəyik. Hazırda ölkədə epidemioloji durum sabitdir, kəskin respirator virus infeksiyalarına yoluxma hallarının keçən ilin eyni dövrü ilə müqayisədə artmadığını qeyd edə bilərik".

Yeni koronavirusa yoluxma var?

Əhali arasında COVID-19-la bağlı müzakirələrə gəldikdə isə, mütəxəssis deyir ki, klinik seyrə görə KRVİ və COVID-19 çox oxşar olduğu üçün bunları biri-birindən ayırmaq mümkün deyil: "COVID-19 xəstəliyinin təsdiqlənməsi üçün şəxsin müayinədən keçməsi tələb olunur. Hazırda Yeni koronavirus infeksiyasına yoluxma sayında artımlar qeyd olunmur".

"Qripə qarşı vaksinasiya ciddi tövsiyə olunur"

Mütəxəssis vurğulayır ki, ötən ay mövsümi qripə yoluxma hallarında artım müşahidə olunmayıb: "Əhali arasında ümumi və respirator əlamətlərlə müşahidə edilən xəstəlik kəskin respirator virus infeksiyalarıdır (KRVİ). Hava-damcı üsulu ilə yayılan bütün KRVİ-dan qorunma üsulu universaldır. Bundan başqa, xəstələnmiş insanların aktiv aşkarlanması və kollektivdən müvəqqəti kənarlaşdırılması, otaqların tez-tez havalandırılması, qapalı məkanlarda toplanmış insanlar arasında xəstələnmə halları olduqda maskadan istifadə olunması, əl gigiyenasına riayət olunması mütləqdir. Bundan əlavə, sağlam həyat tərzi, düzgün qidalanma və açıq havada fiziki aktivliyi gözləməklə immuniteti yüksək səviyyədə saxlamaq, habelə dəyişkən havalarda düzgün geyim seçimi etmək yoluxma hallarının azalmasında önəm daşıyır. Risk qruplarına daxil olan insanların birinci növbədə qripə qarşı vaksinasiyası ciddi tövsiyə olunur".

Həm böyüklər, həm də uşaqlar...

İnfeksionist Mərdan Əliyev bildirir ki, payız-qış mövsümündə kəskin respirator virus, qripəbənzər, yuxarı tənəffüs yolları infeksiyalarına həm uşaqlarda, həm də böyüklərdə tez-tez rast gəlinir. Onun sözlərinə görə, məhz bu dövrdə bir sıra viruslar aktivləşir: "Onların arasında rinovirus, adenovirus, rotavirus (xüsusilə uşaqlarda bu virus həm də bağırsaq infeksiyalarına səbəb olur), influenza (qrip), noravirus və koronaviruslar əsas yer tutur. Sözügedən viruslar əksər hallarda yuxarı tənəffüs yolları xəstəliklərinə yol açır".

"Dünyada COVID-19-un yeni ştamına yoluxmalar artıb"

COVID-19-la ilə bağlı məsələyə gəlincə, mütəxəssis vurğulayır ki, dünyada, COVID-19-un yeni ştamlarına yoluxmalar artıb: "Bu ştamların simptomları əvvəlkilərdən fərqlənmir. Demək olar ki, qrip əlamətləri ilə eynidir. Ona görə də bu virusu digərlərindən fərqləndirmək çətindir. Azərbaycanda da yoluxma hallarında artım müşahidə oluna bilər. Lakin hazırda konkret diaqnostika aparılmadığı üçün yoluxmanın hansı virusa aid olduğunu dəqiq müəyyən etmək mümkün deyil. Buna ciddi ehtiyac da yoxdur, çünki simptomlar bir-birinə oxşardır və tətbiq olunan müalicə protokolları demək olar ki, eynidir".
Həkim bildirir ki, hazırda ona müraciət edən xəstələrin sayında artım var: "Bu da gözləniləndir, çünki hər il olduğu kimi, payız-qış mövsümündə infeksion xəstəliklərə yoluxma halları artır və bu, təbii proses sayılır".

Yuxu rejimi, istirahət, balanslı qidalanma

Mütəxəssis vurğulayır ki, ev şəraitində infeksion xəstəliklərin qarşısını almaq üçün immun sistemini güclü saxlamaq tövsiyə olunur: "Təbii C vitamini ilə zəngin meyvə və tərəvəzlər, kivi, portağal, limon, qırmızı bibər və s. immun sistemini dəstəkləyir və yoluxma halında xəstəliyin daha yüngül keçməsinə kömək edir. D vitamini isə yalnız həkim məsləhəti ilə qəbul edilməlidir. Yuxu rejimi, düzgün istirahət və balanslı qidalanma da vacib amillərdəndir".

Əgər artıq xəstələnmişiksə, evdə qalmaq və işə getməmək tövsiyə olunur. Bu, həm ətrafdakı insanları yoluxdurmamaq, həm də xəstəliyin ağırlaşmasının qarşısını almaq baxımından vacibdir: " Ev şəraitində istirahət, bol maye qəbulu, C vitamini ilə dəstək və bədənin soyuqdan qorunması xəstəliyin daha yüngül və rahat keçməsinə şərait yaradır".

"Stratus", "Nimbus"...

Məlumat üçün bildirək ki, 2025-ci ilin ortalarından etibarən dünyada COVID-19-un yeni ştamları yayılmağa başlayıb. Bu yeni variantlar əsasən "Stratus", "Nimbus" adları ilə tanınır və müxtəlif ölkələrdə yoluxma hallarının artmasına səbəb olub. "Stratus" adlı yeni ştam ilk dəfə Böyük Britaniyada aşkarlanıb və XFG.3 subvariantı ilə tanınır. Bu ştam "Omikron" ştamının nəslindəndir və əvvəlki variantlardan daha yoluxucu ola bilər. "Nimbus" adlı yeni ştam isə ilk dəfə 2025-ci ilin yazında Böyük Britaniyada aşkarlanıb və artıq Hindistan, ABŞ və digər ölkələrdə də yayılıb. Bu variantın əsas simptomları kəskin boğaz ağrısı, şiddətli zəiflik, temperaturun yüksəlməsi və titrəmədir. Ümumdünya Səhiyyə Təşkilatı bu variantı əvvəlki ştamlarla müqayisədə daha ağır hesab etmir, lakin vəziyyəti izləməyə davam edir.

Bu yeni ştamların yayılması, xüsusilə payız-qış mövsümündə respirator virusların artması ilə üst-üstə düşür. Bu səbəbdən, mütəxəssislər şəxsi gigiyena qaydalarına riayət etmək, immunitet sistemini gücləndirmək və xəstəlik simptomları müşahidə edildikdə evdə qalmağı tövsiyə edirlər. ("Kaspi" qəzeti)


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 722   Tarix: 05 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Üz-çənə travmaları və infeksiyaları necə yaranır: Çeynəmə, danışma zamanı ağrı varsa... - VİDEO

Baku TV-nin "Baku Med" verilişinin yeni buraxılışında üz-çənə nahiyəsinin travmaları və xəstəlikləri barədə müzakirə aparılıb. Üz sümüklərinin sınıqları necə diaqnostika olunur? Travmadan sonra deformasiyalar necə bərpa olunur? Üz-çənə infeksiyaları necə inkişaf edir? Xoşxassəli və bədxassəl

17.05.2026 307
.

Xərçəng müalicəsində 3 yenilik - Tibb dünyası bu nəticələri müzakirə edir

Xərçəng müalicəsində ümidverici üç yeni elmi araşdırma tibb dünyasında böyük maraq doğurub. Baş-boyun xərçəngində bəzi xəstələrdə şişlərin tamamilə yox olduğu bildirilərkən, sinə xərçəngində bəzi xəstələr üçün kimyaterapiyasız müalicə ehtimalı gündəmə gəlib. Metastatik pankreas xərçəngində isə eksperimenta

03.06.2026 391
.

Gecələr qatıq yeməyin faydaları və zərərləri

Qatıq sağlam qidalar sırasında xüsusi yer tutur. Xüsusilə gecə saatlarında qatıq yeməyin orqanizmə təsiri uzun illərdir müzakirə olunur. Mütəxəssislərin fikrincə, düzgün miqdarda və uyğun vaxtda qəbul edilən qatıq həm həzm sisteminə, həm də ümumi sağlamlığa müsbət təsir göstərə bilər. Lakin bəzi hallard

31.05.2026 365
.

İnsanlar qalxanabənzər vəz xəstəliklərində ən çox hansı səhvləri edirlər? - VİDEO

Baku TV-nin "Baku Med" verilişinin yeni buraxılışında qalxanabənzər vəz xəstəlikləri barədə müzakirə aparılıb. - Qalxanabənzər vəzin əsas funksiyası nədir?. - Haşimoto necə inkişaf edir?. - Yod çatışmazlığı bu vəzə necə təsir edir?. - Stres qalxanabənzər vəzə təsir edə bilər?. - Saç tökülməs

30.05.2026 262
.

Ən çox allergiyaya səbəb olan giləmeyvələr - Mütəxəssislərdən xəbərdarlıq

Giləmeyvələr sağlam qidalanmanın vacib hissəsi hesab olunsa da, bəzi insanlarda ciddi allergik reaksiyalara səbəb ola bilər. Allergoloqlar bildirirlər ki, xüsusilə çiy halda istehlak olunan bəzi giləmeyvələr immun sisteminin həddindən artıq reaksiyasını tətikləyə bilir. xəbər verir ki, mütəxəssisləri

31.05.2026 259
.

Niyə insanlar çox yeyir və bununla necə mübarizə aparmaq olar?

Həddindən artıq yemək bir çox insanın gündəlik həyatında qarşılaşdığı problemdir. Mütəxəssislər bildirirlər ki, aclıq hissi insan orqanizminin əsas yaşamaq mexanizmlərindən biri olsa da, müasir dövrdə qida yalnız enerji mənbəyi deyil, həm də emosional və psixoloji ehtiyacların qarşılanma vasitəsinə çevrilib

11.06.2026 244
.

Ürəyi qoruyan ən faydalı yay giləmeyvəsi

Çiyələk qanda şəkərin səviyyəsini normallaşdırır. Ölkə.az "Deia" nəşrinə istinadla xəbər verir ki, bu barədə kardioloq Aurelio Rojas danışıb. Onun sözlərinə görə, çiyələk orqanizmdə xroniki iltihabla aktiv mübarizə aparan çoxlu antioksidant və lif ehtiva edir. Məhz bu iltihab şəkərli diabet

21.05.2026 454
.

Eyni vaxtda iki telefon işlətmək zərərlidir - yeni araşdırma

İki smartfondan eyni vaxtda istifadə sağlamlığa mənfi təsir göstərə və əl ilə bilək xəstəliklərinin yaranması riskini artıra bilər. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə Amerikanın Uayt-Pleynsdəki İxtisaslaşmış Cərrahiyyə Xəstəxanasının əl terapiyası üzrə mütəxəssisi Nik Maroldi "Th

06.06.2026 200
.

Çiyələk bu hallarda ölümcül ola bilər - Xəbərdarlıq

Mövsümün ən sevilən yay meyvələrindən biri hesab edilən çiyələk hər kəs üçün təhlükəsiz olmaya bilər. Dietoloqlar xəbərdarlıq edir ki, bəzi insanlarda çiyələk allergik reaksiyalar, nəfəsalma problemləri və hətta qida zəhərlənməsinə bənzər simptomlar yarada bilər. BİG.AZ xəbər verir ki, dietoloq və Resp

26.05.2026 423
.

TOP MP3