Bu 12 vərdiş bizi tez qocaldır: 40-dan sonra 25 yaşında görünənlərin etmədiyi səhvlər
Gənc görünməyin sirri bahalı kremlərdə və ya kosmetoloji prosedurlarda deyil. Mütəxəssislər bildirirlər ki, əsas fərq insanların etdiklərində yox, etmədiklərindədir. Sağlam vərdişlərə sahib olanlar, əslində, bəzi gündəlik davranışlardan uzaq duraraq daha gənc görünürlər.
Qaynarinfo xəbər verir ki, bu barədə "VegOut" yazıb.
40 yaşında 25 kimi görünənlərin etmədikləri əsas 12 səhv vərdiş:
1. Üzü təmizləmədən yatmırlar - Makiyaj, günəşdən qoruyucu krem və şəhər tozları dəriyə zərər verir, məsamələri tıxayır. Gənc görünmək istəyənlər mütləq axşam üzü təmizləyirlər.
2. Günəşdən qorunmanı unutmazlar - Ultrabənövşəyi şüalar dəridə ləkələrə və kollagen itkisinə səbəb olur. Onlar hər gün SPF-li kremdən istifadə edirlər.
3. Yuxusuz qalmırlar - Xroniki yuxusuzluq dərini solğunlaşdırır və gözaltı torbalar yaradır. Gənc görünənlər 7–9 saatlıq yuxunu prioritet edir.
4. Susuz qalmırlar - Daim su içmək və su ilə zəngin qidalar qəbul etmək dərinin parlaq qalmasına kömək edir.
5. Dərini zədələmirlər - Günlük sərt skrablar dərinin qoruyucu qatını pozur. Onlar isə yumşaq baxım vasitələri seçirlər.
6. Stresin həyat ritmini idarə etməsinə imkan vermirlər - Stress orqanizmi tez qocaldır. Qısa gəzinti və nəfəs məşqləri gənc qalmağa kömək edir.
7. Yalnız kardio ilə kifayətlənmirlər - Muskullar bədəni möhkəm saxlayır. Onlar güc məşqlərinə də yer verirlər.
8. Şəkərə aludə olmurlar - Çoxlu şəkər həm enerjini, həm də dərini zəiflədir. Onlar balanslı qidalanmanı üstün tuturlar.
9. Gün ərzində üzünə toxunmurlar - Əl ilə tez-tez üzüə toxunmaq bakteriya yayır və dərini zədələyir.
10. Düzgün duruş və nəfəsə diqqət edirlər - Əyilmiş kürək və dayaz nəfəs simanı dəyişir. Düz duruş gənclik və enerjini əks etdirir.
11. Otağı tez-tez havalandırırlar - Təmiz hava dərinin sağlam qalması üçün vacibdir.
12. Özlərini daima yükləmirlər - Hər dəqiqəni tapşırıqla doldurmaq stressi artırır. Onlar balansı qorumaq üçün "yox" deməyi bacarırlar.
Nəticə olaraq, gənc qalmağın əsas yolu sadədir: sağlam yuxu, düzgün qidalanma, stressdən uzaq qalmaq və dəriyə sadə qayğı göstərmək.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1126 Tarix: 03 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda qətliam kimi iki xəstəlik - Əhaliyə XƏBƏRDARLIQ
Azərbaycanda son beş ildə insult və kəskin miokard infarktından 54 973 ölüm qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, beş il ərzində insultdan 33 510, kəskin miokard infarktından isə 21 463 insan həyatını itirib. İki göstəricinin illər üzrə cəmi 54 973 təşkil edib. İnfark
04.10.2026 224 100 yaşdan çox yaşayanların ortaq 5 sirri
Amerikalı rejissor Sem Qrin 10 il ərzində dünyanın ən yaşlı insanları ilə görüşərək onların həyat tərzini araşdırıb. Rejissor yüz ildən çox yaşayan insanların bir-birinə bənzəyən bir sıra xüsusiyyətlərinin olduğunu müəyyən edib. xarici mediaya istinadən xəbər verir ki, Sem Qrin dünyanın ən yaşlı insanlar
04.10.2026 314 Müalicəvi masajla klassik masajın fərqi nədir?
Müalicəvi masaj və klassik masaj tətbiq üsullarına görə oxşar görünsə də, seçilmə məqsədi fərqlidir. Müalicəvi masaj konkret ağrı, əzələ gərginliyi və hərəkət məhdudiyyəti kimi şikayətlərə uyğun tətbiq edilir. Klassik masaj isə əzələlərin boşaldılması və ümumi rahatlama məqsədi daşıyır. Müalicəvi masa
27.09.2026 200 "Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qeyd olunur ki, öskürəyin müddəti ilə yanaşı, nə vaxt yarandığı, necə keçdiyi və hans
20.09.2026 368 İnsan beyninin sirri açıldı
Stanford Universitetinin alimlərinin apardığı araşdırma insan beyninin inkişafı ilə bağlı yeni nəticə ortaya qoyub. "Qafqazinfo" xəbər verir ki, tədqiqatçılar beynin ön və arxa hissələrinin embrional inkişafın çox erkən mərhələsində fərqli progenitor hüceyrə qruplarından əmələ gəldiyini müəyyə
22.09.2026 340 Alimlər geniş yayılmış xəstəliklərlə xərçəng arasında gözlənilməz əlaqə tapdı
Dünyada hər səkkizinci xərçəng hadisəsi, ehtimal ki, infeksiyalar nəticəsində yaranıb. Bu qənaətə Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) tədqiqatçıları 2024-cü ilin məlumatlarını təhlil etdikdən sonra gəliblər. Qaynarinfo xəbər verir ki, bu barədə "Newsweek" yazır. Söhbət həmi
01.10.2026 511 Qışda uşaqları xəstə edən soyuq deyilmiş
"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabınd
26.09.2026 297 Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı
Mütəxəssislər müntəzəm mütaliənin beyin sağlamlığına və ümumi rifaha müsbət təsir göstərə biləcəyini müəyyənləşdirib. Araşdırmalara görə, bunun üçün hər gün uzun saatlar kitab oxumağa ehtiyac yoxdur. Qaynarinfo xəbər verir ki, Kembric Universiteti və "Queen’s Reading Room" təşkilatının alimlər
28.09.2026 432 "Gözəllik yuxusu"nun sirləri: Səhər parlaq görünməyinizə kömək edəcək 7 axşam vərdişi
Təravətli və gümrah görünmək yalnız səhər yuxudan durduqdan sonra etdiklərinizdən ibarət deyil; hər şey bir gecə əvvəl, axşamkı baxım rutininizlə başlayır. Qaynarinfo xəbər verir ki, "HuffPost"un məlumatına görə, yatmazdan əvvəlki bu vərdişlər parlaq dəri və gözəl saçlara sahib olmağınıza
06.10.2026 108