Gənclərdə infarkt nədən yaranır?
Son illərdə ürək-damar xəstəlikləri daha gənc yaşlarda görünməyə başlayıb.
"Qafqazinfo" xəbər verir ki, əgər əvvəllər infarkt əsasən 60 yaşdan yuxarı insanlarda rast gəlinirdisə, indi 40–50 yaş arası şəxslər də risk qrupuna daxil olur.
Bu, həm həyat tərzi, həm də orqanizmin təbii dəyişiklikləri ilə bağlıdır.
Təzyiq və damar sərtliyi
Bu yaşdan sonra damar divarları əvvəlki elastikliyini itirir. Yüksək qan təzyiqi isə damarların daxili qatını zədələyərək infarkt üçün zəmin yaradır.
Xolesterin və damar tıxanıqlığı
Uzun illər ərzində yığılan qeyri-sağlam qidalanma nəticəsində xolesterin lövhələri əmələ gəlir. Damarların daralması ürəyə qan axınını zəiflədir və qəfil tıxanma ilə infarkt baş verə bilər.
Artıq çəki və maddələr mübadiləsi
40 yaşdan sonra maddələr mübadiləsi yavaşlayır. Hərəkətsizlik və yüksək kalorili yeməklər artıq çəkiyə səbəb olur. Qarın piylənməsi ürək xəstəliklərinin ən ciddi risk faktorlarından biridir.
Stress və gündəlik gərginlik
İş, ailə və sosial məsuliyyətlər bu yaş dövründə insanın üzərinə daha çox düşür. Uzunmüddətli stress ürək ritmini pozur, damar spazmları yaradır və təzyiqi yüksəldir. Bu isə miokard infarktının əsas amillərindən biridir.
Zərərli vərdişlər
Siqaret, elektron siqaret və spirtli içkilər ürək-damar sisteminə zərbə vurur. Bir çox həkimlərin sözlərinə görə, siqaret çəkən şəxslərdə infarkt riski çəkənlərə nisbətən 2–3 dəfə artıqdır.
Genetik faktorlar
Əgər ailədə gənc yaşda infarkt hadisələri olubsa, bu risk daha da artır. Genetik meyillik səbəbindən sağlam həyat tərzi belə riski tamamilə sıfırlamır, amma xeyli azaldır.
Yanaşı xəstəliklərin təsiri
Şəkərli diabet, qalxanabənzər vəzin hormonal pozğunluqları, böyrək xəstəlikləri ürək üzərində əlavə yük yaradır.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, düzgün vərdişlərlə infarktın qarşısını almaq mümkündür. Bunun üçün:
-Sağlam və balanslı qidalanmaq,
-Fiziki aktivliyi artırmaq,
-Siqaret və alkoqoldan uzaq durmaq,
-Stressi idarə etməyi öyrənmək,
-Müntəzəm tibbi müayinədən keçmək vacibdir.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1202 Tarix: 30 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSarıkökdən çox istifadə edin
Sarıkök son illərdə sağlam qidalanma siyahılarının ayrılmaz hissəsinə çevrilib. Axşam.az xəbər verir ki, bu ədviyyat güclü antioksidant təsirə malikdir və mütəxəssislərin fikrincə, bir çox xəstəliklərə qarşı qoruyucu rol oynayır. Sarıkökdən niyə istifadə edilməli?. İltihabı azaldır. Artrit və oynaq ağrıların
12.09.2026 450 Payızda immuniteti gücləndirmək üçün nə yemək lazımdır?
Havaların soyuması ilə bir çox insan orqanizmi və immun sistemini dəstəkləyə biləcək əlçatan məhsullar axtarır. Belə məhsullar arasında tez-tez sarımsaq, soğan, kələm və çuğundur qeyd olunur. Xüsusilə sarımsağa ənənəvi olaraq böyük diqqət yetirilir. Mütəxəssislərin sözlərinə görə, onun tərkibində antimikro
22.09.2026 307 Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. BİG.AZ -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionist Yelizaveta Polomoşnova -ya bu təhlükənin nə dərəcədə cidd
20.09.2026 305 Zülalı günün hansı vaxtında qəbul etmək daha faydalıdır: Səhər, yoxsa axşam?
Pəhrizinə və bədən quruluşuna nəzarət edən insanlar axşam yeməyinin mütləq zülallı olmalı olduğunu düşünürlər. Bəzi fitnes məşqçiləri və diyetoloqlar da bu fikri dəstəkləyirlər. Lakin bu yanaşma heç də həmişə doğru deyil. Qaynarinfo xəbər verir ki, mütəxəssislər zülalın nə vaxt daha yaxşı mənimsənildiyin
04.09.2026 318 "Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qeyd olunur ki, öskürəyin müddəti ilə yanaşı, nə vaxt yarandığı, necə keçdiyi və hans
20.09.2026 314 İltihabla mübarizə aparan 8 çay növü - Diyetoloqların seçimi
Xroniki iltihab diabet, ürək-damar xəstəlikləri və artritlə əlaqələndirilir. Diyetoloq Bonni Taub-Diks "Good Housekeeping"ə açıqlamasında bildirib ki, adi bir fincan çay tərkibindəki faydalı maddələr sayəsində sağlamlığı dəstəkləməyin sadə və dadlı üsuluna çevrilə bilər. Qaynarinfo xəbər veri
11.09.2026 392 Alimlər: Zövq üçün mütaliə istənilən yaşda beyni qoruyur
Kembric Universitetinin alimləri müəyyən ediblər ki, zövq üçün mütaliə beynin fəaliyyətini yaxşılaşdırır və demensiyanın inkişaf riskini azaldır. Qaynarinfo xəbər verir ki, "Psychological Medicine" jurnalında dərc olunan icmalda tədqiqatçılar kitabların hər yaşda insanlara stressin öhdəsində
16.09.2026 295 D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu
D vitamini orqanizmdə sümük sağlamlığından immun sisteminin fəaliyyətinə qədər bir sıra mühüm proseslərdə iştirak edir. Lakin bu maddənin qəbulu ilə bağlı cəmiyyətdə hələ də müxtəlif fikirlər mövcuddur. Qaynarinfo xəbər verir ki, endokrinoloq Karin Amrayn D vitamini çatışmazlığı baxımından daha yüksə
23.09.2026 297 Üzdəki ləkələr infarkt və insult riskindən xəbər verə bilər
Göz ətrafında yaranan sarımtıl və şişkin ləkələr ürək-damar xəstəlikləri riskinin erkən göstəricisi ola bilər. xəbər verir ki, "Atherosclerosis" jurnalında dərc olunan araşdırmada bu əlamətin ksantelazma adlandığı və infarkt, insult, eləcə də keçici işemik tutma riski ilə əlaqəli olduğu müəyyənləşdirilib
08.09.2026 437