Hamının zərərsiz bildiyi bu hərəkət korluğa səbəb ola bilər - Açıqlama
Gözləri tez-tez ovmaq sadə vərdiş kimi görünsə də, ciddi fəsadlara yol aça bilər.
Milli.Az xəbər verir ki, bunu rusiyalı oftalmoloq Ksenia Qorbaçeva bildirib.
Gözləri ovmaq əvəzinə süni göz yaşı damcıları, fizioloji məhlul ilə yuma, allergiya zamanı isə sərin kompreslər tətbiq etmək daha təhlükəsizdir.
"Bu vərdiş buynuz qişanın (korneanın) səthində zədələr, iltihab və görmənin pisləşməsi ilə nəticələnə bilər.
Mütəxəssisin sözlərinə görə, mütəmadi mexaniki təsir nöqtəvi keratopatiya (epitelin zədələnməsi) və eroziyalar yarada, nəticədə bulanıq görmə, narahatlıq, qızartı və "gözə qum dolmuş" kimi hisslər əmələ gətirə bilər. Bu cür dəyişikliklər müalicə və müşahidə tələb edir.
"Əllərdə çoxlu mikroorqanizm olur. Ona görə də əllərin gözlə tez-tez təması infeksion xəstəliklərə, məsələn, konyunktivit və blefaritə səbəb ola bilər. Xüsusilə kontakt linza istifadəçiləri diqqətli olmalıdırlar, çünki infeksiya linzanın altına düşərək keratitə yol aça bilər.
Allergiyası olanlarda qaşınma səbəbindən gözləri ovmaq daha çox müşahidə olunur. Lakin bu zaman histamin ifrazı artır, qaşınma güclənir və "zədələyici dairə" yaranır. Bundan əlavə, gözləri ovmaq göz yaşı mayesində iltihabi göstəriciləri yüksəldir ki, bu da vəziyyəti daha da ağırlaşdırır.
Daimi və güclü ovma buynuz qişanın nazilməsinə, nəticədə keratokonus (korneanın konusvari formasını alması) xəstəliyinə gətirib çıxara bilər. Bu, xüsusilə lazer korreksiyası və ya digər əməliyyatlar keçirmiş insanlarda risklidir. Keratokonus görmənin korreksiya olunmasını çətinləşdirir və həmişə eynək və ya linza ilə düzəlmir".
Qorbaçeva əlavə edib ki, uzunmüddətli və güclü göz ovma vərdişi həmçinin göz daxili təzyiqi artıraraq qlaukomanın inkişafına və ya mövcud xəstəliyin sürətlənməsinə səbəb ola bilər.
Gözlərdə qum və ya yad cisim hissi, sulanma, işıqdan qorxma, kəskin ağrı və görmənin pisləşməsi müşahidə olunarsa, mütləq həkimə müraciət etmək lazımdır.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 914 Tarix: 28 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBədənimizdə niyə qəfildən göyərmələr peyda olur? - Həkimdən xəbərdarlıq
Bədənimizdə niyə qəfildən göyərmələr peyda olur?. -ın xəbərinə görə, bu barədə rusiyalı həkim-hematoloq Mixail Antoşin RT nəşrinə müsahibəsində danışıb. O, göyərmələrin təhlükələri barədə xəbərdarlıq edib. Mixail Antoşinin sözlərinə görə, göyərmələrlə birlikdə yüksək qanaxmanın digər əlamətləri də ortay
06.09.2026 504 Cərrah dişlərinizi bir ayaq üstə dayanaraq fırçalamağı məsləhət görür: Nə faydası var?
Ortoped-cərrah Coselyn Vittsteyn bildirib ki, o, dişlərini həmişə müəyyən bir pozada fırçalayır və bu vərdişin sağlam qocalmağa kömək etdiyini düşünür. Qaynarinfo -a istinadən xəbər verir ki, onun sözlərinə görə, yaxşı tarazlıq uzun və müstəqil həyat üçün mühüm amildir. Tarazlığı məşq etdirməyin yollarında
08.09.2026 410 Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq
Havaların soyuması və temperaturun tez-tez dəyişməsi bəzi insanlarda oynaq ağrılarının daha qabarıq hiss olunmasına səbəb ola bilər. Xüsusilə artrit, artroz və digər dayaq-hərəkət sistemi problemləri olan şəxslər payız aylarında ağrı, sərtlik və hərəkət məhdudiyyətindən daha çox şikayət edə bilərlər
21.09.2026 299 Şirin və faydalı: Alimlər sağlamlıq üçün ən yaxşı mürəbbəni açıqladı
Mürəbbənin faydası onu alarkən və ya hazırlayarkən nadir hallarda nəzərə alınır. Çünki mürəbbə adətən çay yanında sadəcə şirin desert hesab edilir. Lakin əslində mürəbbə sağlam qidalanmaya müəyyən qədər faydalı əlavə ola bilər. Qaynarinfo xəbər verir ki, "Antioxidants" jurnalının tədqiqat qrupunda
14.09.2026 431 Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur
Oksford Universiteti təxminən 1 milyon şəxsin məlumatlarını tədqiq edib. Çay və qəhvə istehlakının özündən əlavə, içkilərin içilmə tərzinə dair ortaya çıxan təəccüblü detal qida borusu xərçəngi riskinə birbaşa təsir edir. xəbər verir ki, tədqiqatçılar hədsiz isti çay və qəhvə istehlakı ilə qida borus
13.09.2026 516 Erkən ölüm riskini azaltmağın sadə yolu tapılıb
Sürətli yeriməyin gündəlik addım sayı nisbətən az olan insanlarda belə erkən ölüm riskini azalda biləcəyi müəyyən edilib. xəbər verir ki, alimlər 100 mindən çox orta və yaşlı insanın məlumatlarını təxminən 8 il ərzində araşdırıblar. Nəticələrə görə, gündə 5 min addımdan az atan, lakin dəqiqədə ən az
09.09.2026 396 İnsan beyninin sirri açıldı
Stanford Universitetinin alimlərinin apardığı araşdırma insan beyninin inkişafı ilə bağlı yeni nəticə ortaya qoyub. "Qafqazinfo" xəbər verir ki, tədqiqatçılar beynin ön və arxa hissələrinin embrional inkişafın çox erkən mərhələsində fərqli progenitor hüceyrə qruplarından əmələ gəldiyini müəyyə
22.09.2026 243 Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığı arasındakı əlaqə araşdırılıb. Tulane Universitetinin tədqiqatçıları ürək-dama
12.09.2026 277 Təzyiqi aşağı salan 5 əsas qida - Açıqlandı
Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. "Qafqazinfo" xəbər verilir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağı salan 5 əsas qidanın adı açıqlanıb:. "Üzüm, qaragilə, qırmızı soğan, böyürtkə
15.09.2026 397