Altsheymer tarixə qovuşur? - Bu il öyrəndiyimiz ümidverici beş yenilik
Altsheymer xəstəliyi demensiya hallarının 60–80 faizini təşkil edir. Son illərdə diaqnoz və müalicə sahəsində mühüm irəliləyişlər əldə olunub.
Qaynarinfo xəbər verir ki, 2024-cü ildə yayımlanan Lancet Komissiyasının hesabatına görə, demensiya hallarının təxminən yarısı risk faktorlarının aradan qaldırılması ilə qarşısı alına bilər. 2025-ci ildə aparılan araşdırmalar da xəstəliyin gedişatının daha dərindən anlaşılması və erkən müdaxilə imkanlarını göstərir.
Nevrologiya üzrə professor Ronald Petersen bildirir ki, hazırda "qaz pedalına basmaq və bu işləri sürətləndirmək" vaxtıdır: "Yalnız ömür uzunluğu deyil, sağlam ömür müddəti üzərində də əhəmiyyətli dəyişikliklərin astanasındayıq"
2025-ci ildə Altsheymer və demensiya ilə bağlı ümidverici 5 böyük yenilik:
1. Altsheymer qan testi
ABŞ-ın FDA qurumu may ayında Altsheymer xəstəliyinin əsas bioloji göstəriciləri – amiloid beta və p-tau217 zülallarını 90 faizdən yüksək dəqiqliklə aşkar edən ilk qan testini təsdiqləyib. Bu test bahalı PET müayinələri və bel mayesi analizi ilə müqayisədə daha əlçatan, sərfəli və geniş yayılacaq. Erkən diaqnoz isə həm dərman müalicəsi, həm də həyat tərzi dəyişiklikləri ilə vaxtında müdaxilə imkanı yaradır.
2. Həyat tərzi dəyişiklikləri
ABŞ-da aparılan genişmiqyaslı U.S. POINTER klinik sınağı göstərib ki, qidalanma, idman, idrak təlimi və sağlamlıq nəzarətinin birgə tətbiqi demensiya riski daşıyan insanlarda yaddaş və düşünmə qabiliyyətini yaxşılaşdırır. Xüsusən APOE4 genini daşıyan şəxslərin Aralıq dənizi pəhrizindən daha çox fayda gördüyü məlum olub.
3. İltihablanma üzərində fokus
Elm adamları amiloid betanın yanaşı, iltihablanmanın da demans riskində mühüm rol oynadığını ortaya çıxarıb. APOE4 geninə malik insanların immun sistemlərindəki dəyişikliklər onları yalnız Altsheymer deyil, digər nevrodegenerativ xəstəliklərə də meylli edir. Mütəxəssislər immun sisteminin fəaliyyətini tənzimləyən "immunomodulyasiya" üsullarının gələcəkdə böyük irəliləyiş ola biləcəyini bildirir.
4. Peyvəndlərin qoruyucu təsiri
Son araşdırmalar göstərib ki, bəzi peyvəndlər demensiya riskini azalda bilər. Zona peyvəndinin yeddi il ərzində demensiya ehtimalını 20 faiz azaltdığı sübut olunub. Həmçinin zona və RSV peyvəndlərinin də müsbət təsiri müəyyənləşdirilib. Alimlər bunu həm infeksiyaların qarşısını alma, həm də immuniteti faydalı şəkildə aktivləşdirməklə izah edir.
5. Lityumla yeni kəşf
"Nature" jurnalında yayımlanan bir araşdırmada lityumun Altsheymer xəstəliyinə qarşı qoruyucu rol oynaya biləcəyi bildirilib. Təcrübələrdə lityum çatışmazlığının beyin iltihabını artırdığı, amiloid beta və tau zülallarının yığılmasını sürətləndirdiyi aşkarlanıb. Alimlər az miqdarda lityum orotatın xəstəliyin gedişini dəyişdirə və beyin fəaliyyətini bərpa edə biləcəyini qeyd edirlər.
Bu nəticələr Altsheymer xəstəliyinin gələcəkdə daha idarəolunan və müalicə edilə bilən vəziyyətə çevrilə biləcəyinə dair böyük ümid yaradır.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 984 Tarix: 26 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Delta"dan sonra yeni mutasiya daha sürətlə yayılır
Cənubi Afrika tədqiqatçıları yeni koronavirus variantının aşkarlandığını açıqlayıblar. Alimlər 2021-ci ilin may ayında C.1.2 adlı bir mutasiya aşkarladıqlarını açıqlasalar da, bu variantın ilk dəfə Uhanda aşkar edilən COVID-19-dan daha çox fərqləndiyini bildiriliblər. -a istinadən xəbər verir ki, Cənub
30.08.2021 1188 Həddən artıq tərləmənin SƏBƏBLƏRİ
Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland
18.08.2021 1367 Stress, həyəcan və yuxusuzluğa qarşı 10 ÇARƏ
Əgər təşviş, stress sizi içdən yeyirsə, yuxunuz ərşə çəkilibsə, əsəbləriniz dincəlmirsə, o zaman stressə qarşı bitki yığnaqlarından istifadə etməklə, əsəb sakitləşdiciri çay hazırlayın. -a istinadən sakitləşdirici bitkililəri təqdim edir. Mütəxəssislər çay üçün bunlardan ikisini seçib qarışdırmağı tövsiy
01.09.2021 1893 Ömürlük dərmana məhkum olan "Miasteniya" xəstələri əməliyyatla sağala bilər? - CƏRRAH AÇIQLADI
Bir çoxlarının məlumatsız olduğu "Miasteniya Gravis" xəstəliyindən müalicə alan insan sayı təəssüf ki Azərbaycanda da az deyil. Lakin bu xəstəlik haqqında eşitmədikləri üçün artıq miasteniyanın ağırlaşmış formasında həkimə müraciət edirlər. Bəs bu xəstəliyin simptomları nədir? Onun barəsi
08.09.2021 960 ŞOK ARAŞDIRMA: Koronavirus xəstəlikdən bir neçə ay sonra BU ORQANA KEÇİR
"Koronavirus xəstəlikdən bir neçə ay sonra da bağırsaq divarlarından alınan nümunələrdə aşkar edilə bilər". Bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya TASS-a məlumat verib. O qeyd edib ki, bəzi xəstələrd
29.08.2021 1543 Saç tökülməsi sizi qorxutmasın - ÇARƏ TAPILDI
Saçlarınızın tökülməsi sizi narahat edir? "BLACK SERUM" saç losyonu ilə bunun qarşısını almaq indin daha rahatdır. - Saç tökülməsinin qarşısını alır. - Yeni tüklər əmələ gətirir. - Saçlar daha tez uzanır. - Saçda kəpəyin qarşısını alır. - Saç yağlığını aradan qaldırır. - Saç tökülm
08.09.2021 598 Yuxusuzluğu aradan qaldıran məlhəm
Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm
22.08.2021 2428 Əncirlə süd - 10 dərdə dərmandır
İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın
10.08.2021 2433 Möcüzəvi meyvə: Xərçəng riskini azaldır, şəkəri salır
Çində həyat dərmanı olaraq tanınan innab saysız faydası ilə məşhurdur. Uzun illərdir şəfa qaynağı olaraq tanınan bu meyvənin yeni faydası öyrənilib. -a istinadən xəbər verir ki, innab yemək sizi bir çox xəstəliklərdən qoruyacaq. Tərkibi A və C vitamini boldur. Ürək sağlamlığı üçün xeyirlidir. Bağırsa
23.08.2021 1865