ŞAD XƏBƏR! Onkoloji xəstəliklərlə mübarizədə yeni era: Xərçəng əleyhinə peyvənd istifadəyə hazırdır
Rusiya alimləri xərçəngə qarşı yeni peyvənd hazırlayıblar və onun istifadəyə tam hazır olduğunu bildiriblər.
Oxu.Az-ın "İzvestiya" qəzetinə istinadla verdiyi məlumata görə, bu barədə Federal Tibbi-Bioloji Agentliyin (FTBA) rəhbəri Veronika Skvortsova açıqlama verib.
Onun sözlərinə görə, "Enteromiks" adlı M-RNT əsaslı preparat klinikadan əvvəlki sınaqlardan uğurla keçib. Sınaqlar peyvəndin yüksək effektivliyini və təhlükəsizliyini təsdiqləyib.
"Avqustun sonunda FTBA preparatın klinik tətbiqi üçün Rusiya Səhiyyə Nazirliyinə rəsmi sənədlər təqdim edib. Araşdırmalar sübut edib ki, "Enteromiks" peyvəndi şişlərin ölçüsünü azaldır, onların böyüməsini ləngidir və dəfələrlə tətbiq edildikdə belə təhlükəsizdir. Preparat hər bir xəstə üçün fərdi qaydada hazırlanacaq və orqanizmdəki ribonuklein turşusuna (RNT) uyğunlaşdırılacaq", - deyə Skvortsova bildirib.
FTBA rəhbəri əlavə edib ki, peyvəndin tətbiqinə ilkin olaraq kolorektal xərçəngin müalicəsindən başlamaq nəzərdə tutulur.
"Eyni zamanda, daha iki istiqamət üzrə hazırlıq işləri yekunlaşmaq üzrədir - söhbət qlioblastoma və melanomanın xüsusi növlərinin müalicəsindən gedir", - deyə Skvortsova vurğulayıb.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1275 Tarix: 07 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCOVID-19-un mənşəyi ilə bağlı yeni iddialar yayıldı
Ağ Ev COVID-19-un mənşəyi ilə bağlı yeni materiallar yayımlayıb. xəbər verir ki, sənəddə koronavirusun laboratoriya mənşəli ola biləcəyi iddiasına yer verilib. ABŞ administrasiyasının rəsmi internet saytında dərc olunan hesabatda bildirilir ki, virusun bəzi xüsusiyyətləri təbii ştammlarda nadir hallard
01.08.2026 344 Dəridəki ağrısız ləkə - "Qara yara" barədə BİLMƏDİKLƏRİMİZ
Heyvanlardan insanlara keçən və vaxtında müalicə edilmədikdə ağır nəticələrə səbəb ola bilən qara yara xəstəliyi yenidən diqqət mərkəzinə gəlib. Xüsusilə heyvandarlıqla məşğul olanlar, qəssablar, baytarlar və mənşəyi bilinməyən ət məhsullarından istifadə edənlər təhlükə qarşısında qala bilərlər. Bə
15:10 111 Su qəbulunu necə artırmaq olar? - 5 faydalı məsləhət
İnsan orqanizminin böyük hissəsi sudan ibarətdir. Su hüceyrələrə qida maddələri və oksigenin daşınmasında, bədən temperaturunun tənzimlənməsində, həmçinin beynin normal fəaliyyətinin qorunmasında mühüm rol oynayır. Qaynarinfo xəbər verir ki, "Better Homes & Gardens" nəşri diyetoloqları
27.07.2026 416 Qaraciyər sağlamlığı üçün ən faydalı 4 qida
Qaraciyər orqanizmin əsas filtrasiya orqanlarından biridir və hər gün toksinləri, dərman qalıqlarını və maddələr mübadiləsi nəticəsində yaranan tullantıları emal edir. "Euroonco" federal ekspert onkologiya klinikaları şəbəkəsinin qastroenteroloqu, tibb elmləri namizədi Vladimir Loginov qaraciyər
25.07.2026 349 Alimlərdən qan təzyiqi ilə mübarizədə yeni üsul
Kanadadakı Vaterloo Universitetinin alimləri yüksək qan təzyiqinin idarə olunması ilə bağlı yeni araşdırma aparıblar. xəbər verir ki, tədqiqatın nəticələrinə görə, yalnız duzun (natriumun) qəbulunu azaltmaq deyil, eyni zamanda qidalanmada kaliumun miqdarını artırmaq da qan təzyiqinin aşağı salınmasın
02.08.2026 337 Yuxusuzluq beyni dəyişdirir: Alimlər düşüncə və emosiyalara təsirini izah etdi
Yuxu pozuntuları, xüsusilə də yuxusuzluq diqqət, qərarvermə və emosiyaların tənzimlənməsinə cavabdeh olan beyin nahiyələrində nəzərəçarpan struktur dəyişikliklərinə səbəb ola bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "The Independent" nəşri yeni elmi araşdırmaya istinadən məlumat yayıb. Bildirili
10.08.2026 330 Arıqlamaq üçün az yemək şərt deyil: diyetoloq sirri açıqladı
Daha çox qida qəbul etmək istəyən, lakin eyni zamanda arıqlamağı hədəfləyən şəxslərə tövsiyələr verilib. Ölkə.az xəbər verir ki, bu barədə diyetoloq Eliza Harlou Yahoo-ya müsahibəsində danışıb. Mütəxəssisin sözlərinə görə, bunun üçün rasiona böyük həcmdə, lakin aşağı kalorili qidalar daxil etmək lazımdır
13.08.2026 381 Allergiyadan astmaya aparan səbəblər: Kondisioner də nəfəs yollarını zədələyir? - VİDEO
"Baku Med" verilişinin yeni buraxılışında tənəffüs yolları xəstəliklərindən danışılıb. Tənəffüs yolları xəstəlikləri hansı qruplara bölünür?. Ən çox rast gəlinən problemlər hansılardır?. Tənəffüs yolları xəstəliklərinin səbəbləri nələrdir?. Hava çirkliliyi ağciyərlərə necə təsir edir?. Siqareti
01.08.2026 319 Xərçəng riskini azaltmağın yolları açıqlandı: Rusiyalı akademikdən mühüm tövsiyələr
"Sağlam həyat tərzi prinsiplərinə riayət etmək, zərərli vərdişlərdən uzaq durmaq, mütəmadi fiziki aktivliklə məşğul olmaq və profilaktik müayinələrdən keçmək onkoloji xəstəliklərin yaranma riskini əhəmiyyətli dərəcədə azalda bilər". xəbər verir ki, bunu "RİA Novosti"yə müsahibəsind
26.07.2026 369