13 milyon manat ayrıldı, amma dərsliklər hələ də keyfiyyətsizdir
2025-ci ildə Azərbaycanda dərsliklərin yenilənməsi üçün 13 milyon manat vəsait ayrılıb. Bu, dövlətin təhsilə diqqətini göstərsə də, illərdir təkrar olunan struktur problemlər dərs vəsaitlərinin məntiqsiz və qeyri-effektiv xərcləndiyini ortaya qoyur. Hər il milyonlarla manat ayrılmasına baxmayaraq, dərsliklərin elmi-pedaqoji keyfiyyəti, psixoloji uyğunluğu və praktik tətbiqi hələ də sual altındadır.
Dərsliklərdəki əsas problemlər bunlardır:
Psixoloji uyğunluq: Mətnlər və tapşırıqlar şagirdin yaş xüsusiyyətləri nəzərə alınmadan hazırlanır. Məsələn, I və II sinif "Azərbaycan dili" dərsliyindəki mətnlər ağır lüğət tərkibi və mürəkkəb cümlə quruluşuna malikdir ki, bu da Piaget və Vıqotskinin "proksimal inkişaf zonası" prinsipinə ziddir.
Məzmunun ardıcıllığı və inteqrativliyi: Riyaziyyat, informatika və coğrafiya dərsliklərində anlayışlar arasındakı məntiqi əlaqələr zəifdir, bu isə şagirdin nəticə çıxarma və tətbiqetmə bacarıqlarına mənfi təsir göstərir.
Vizual materialların keyfiyyəti: Şəkil, diaqram və cədvəllərin keyfiyyəti və uyğunluğu zəifdir, bu da müəllimin təlimini çətinləşdirir.
Faktoloji və terminoloji səhvlər: Təkrarçılıq, uyğunsuz sual və tapşırıqlar, yanlış ədəbi və tarixi mənbə interpretasiyaları, ideoloji qərəzlik və metodiki göstərişlərin natamamlığı dərsliklərin sistematik zəifliyini göstərir. Dövlət İmtahan Mərkəzinin illik yoxlamalarında dərsliklərə istinadla 100-dən çox sual xətası qeydə alınır.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanunu dərs vəsaitlərinin şagirdlərin yaş və psixoloji xüsusiyyətlərinə uyğun olmasını tələb edir, lakin praktiki nəzarət zəifdir. Nəticədə, ayrılan büdcə yalnız səmərəsiz xərclənmiş resurs kimi deyil, şagirdlərin inkişafına zərbə kimi dəyərləndirilir:
"Dünya təcrübəsində dərsliklər açıq müsabiqə, ictimai iştirak və çoxsəviyyəli ekspertiza prinsipi ilə hazırlanır. Finlandiyada dərsliklər müxtəlif nəşriyyatlar arasında müsabiqə ilə seçilir və yalnız müəllimlər, psixoloqlar, valideynlər və pedaqoji ekspertlərdən ibarət şura tərəfindən təsdiqlənir. Gürcüstanda dərsliklərin ictimai müzakirəsi məcburidir, Türkiyədə isə dəyişikliklər yalnız üç ildən bir və ictimai monitorinq əsasında həyata keçirilir. Azərbaycanda isə dərslik yazımı qapalı şəkildə, eyni müəllif və ekspert qrupu tərəfindən həyata keçirilir ki, bu da yaradıcılıq və müxtəlif baxışların çatışmazlığına səbəb olur.
Əgər bu sahədə ciddi islahatlar aparılmazsa, illik milyonlarla manatlıq vəsait itirilmiş büdcə olaraq qalacaq, müəllim və şagirdlər isə sistemsizliklə mübarizə aparmağa məhkum ediləcək. Dərslik siyasətində açıq müsabiqə sisteminə keçilməli, şəffaf ictimai rəy mexanizmi qurulmalı və dərsliklər psixoloq, pedaqoq, fənn müəllimi və metodistlərin ortaq iştirakı ilə hazırlanmalıdır.
Dərslik sadəcə kağız üzərində bilik deyil, şagirdin dünyagörüşünü, düşünmə tərzini və şəxsiyyətini formalaşdıran əsas vasitədir. Keyfiyyətsiz dərslik təhsilin bütövlükdə keyfiyyətinə ciddi zərbə vurur və dövlət tərəfindən ayrılan milyonların faydasını sıfıra endirir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 880 Tarix: 03 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQarabaşaq yarmasını tez-tez yemək üçün 5 mühüm SƏBƏB
Qarabaşaq sıyığı uzun illərdir bir çox insanın gündəlik qidalanmasının ayrılmaz hissəsinə çevrilib. Lakin bu məhsulun qida dəyəri yalnız toxluq hissi yaratması ilə məhdudlaşmır. xarici mediaya istinadən qarabaşaq yeməyin 5 faydalı xüsusiyyətini təqdim edir. 1. Qarabaşaq orqanizmi qida lifləri ilə təmi
18:45 69 Prezident geniş tərkibdə iclasda iştirak etdi - Fotolar
Türkmənistanın Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Sonra MDB çərçivəsində müxtəlif sahələri əhatə edən bir sıra sənədlər imzalanıb
12:28 179 Orta Dəhlizdən yaşıl enerjiyə: Azərbaycan üçün yeni imkanlar
"Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu üzv kimi iştirakı ölkəmiz üçün mühüm siyasi və strateji əhəmiyyət daşıyır. Bu formatda təmsil olunmağımız təkcə nəqliyyat-kommunikasiya əməkdaşlığı ilə bağlı deyil, həm də Azərbaycanın regional gündəliyin formalaşmasınd
16:23 186 Paşinyandan Zeynəb Həsənovanın mahnısı ilə paylaşım
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan müğənnisi Zeynəb Həsənovanın mahnısının müşayiəti ilə video paylaşıb. xəbər verir ki, Paşinyan videonu özünün Telegram kanalında yayımlayıb. Kadrlarda MDB sammitində iştirak etmək üçün səfər etdiyi Türkmənistanda, musiqi sədaları altında hərəkət edə
11:07 300 Bakı-Aşqabad dialoqu: Enerji, logistika və regional inteqrasiya
"Türkmənbaşı şəhərində keçirilən Mərkəzi Asiya və Azərbaycan dövlət başçılarının Məşvərət görüşündə səsləndirilən fikirlər Bakı ilə Aşqabad arasında strateji dialoqun yeni mərhələyə qədəm qoyduğunu göstərir. Siyasi-hüquqi baxımdan bu görüş tərəflərin ikitərəfli müqavilə-hüquq bazasını möhkəmləndirmək
12:55 188 "Onlar xalqlar arasında möhkəm dostluq körpüsü rolunu oynayır"
"Üçüncü MDB Oyunlarının Azərbaycanda uğurla keçirilməsi bütün Birlik üçün əlamətdar idman hadisəsinə çevrildi". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edi
12:43 194 Təhsildə dünyəvilik və geyim qaydaları: Müasir yanaşma
Təhsil müəssisələrində dünyəvilik prinsipinin qorunması və vahid geyim qaydalarının tətbiqi bəzən eyni mövzu çərçivəsində müzakirə edilir. Lakin bu iki anlayışın məqsədləri fərqlidir. Dünyəvilik tədrisin elmi əsaslarla aparılmasını və dövlət təhsilinin dini baxımdan neytral olmasını nəzərdə tutur. Məktəbl
17:56 139 "Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"
"2027-ci ildə MDB-yə həmsədrlik etmək qərarını dəstəklədiyiniz üçün minnətdarlığımı bildirmək istəyirəm. Biz bunu ölkəmizə olan yüksək etimadın əlaməti kimi qiymətləndiririk və ortaq məqsədlərin həyata keçirilməsində fəal iştirak etməyə hazırıq". "Qafqazinfo" xəbər verir ki, bu sözlər
11:10 128 Dünyəvi təhsil və cəmiyyətdə bərabər imkanlar
"Müasir təhsil sisteminin əsas məqsədlərindən biri hər bir insana keyfiyyətli bilik əldə etmək imkanı yaratmaqdır. Dünyəvi təhsil bu məqsədə çatmaq üçün neytral və inklüziv mühitin qurulmasını vacib sayır. Burada şagirdlərin ailə mənşəyi, dini etiqadı və şəxsi dünyagörüşü onların təhsil hüquqların
17:19 130