Uşaqlarda diqqət əskikliyi və hiperaktiv pozğunluğu necə düzəltmək olar?
"Tədqiqatlar göstərir ki, Diqqət əskikliyi və hiperaktiv pozğunluğu (DEHB) olan uşaqlarda bəzi beyin bölgələri digər uşaqlara nisbətən ya daha kiçik, ya da fərqli işləyir".
Bu barədə uşaq nevroloqu, həkim Vüsalə Nuriyeva baku.ws-ə bildirib.
Onun sözlərinə görə, Prefrontal korteks (Diqqət, planlama, qərarvermə və özünüidarə funksiyasına cavabdehdir) DEHB-də bu bölgənin fəaliyyəti zəifləyir.
"Bazal qanglionlar - Hərəkətlərin və emosiyaların idarə olunmasında rol oynayır. DEHB-li uşaqlarda buradakı fəaliyyət qeyri-sabit ola bilər.
Beyincik (serebellum) - Diqqətin sürətli dəyişməsi və hərəkətlərin koordinasiyası ilə bağlıdır. Tədqiqatlarda bəzi fərqlər müşahidə olunub", - deyə həkim bildirib.
Neyrotransmitterlərdə (beyin kimyasında) dəyişiklik
Həkim deyir ki, Bbeyin hüceyrələri bir-biri ilə neyrotransmitterlər vasitəsilə əlaqə saxlayır:
"DEHB zamanı xüsusilə iki kimyəvi maddənin balansı pozulur:
Dopamin - Motivasiya, mükafat gözləntisi və diqqət üçün əsasdır. DEHB-də dopamin səviyyəsi aşağı olur, bu da uşağın tez sıxılmasına və diqqətini davam etdirməkdə çətinlik çəkməsinə səbəb olur.
Noradrenalin - Oyanıqlıq və diqqəti fokuslamaq üçün vacibdir. Onun fəaliyyəti də zəif ola bilər".
Həkim deyir ki, buna görə də DEHB müalicəsində istifadə edilən bəzi dərmanlar (məsələn, metilfenidat) dopamin və noradrenalinin beyindəki fəaliyyətini artıraraq diqqəti və özünüidarəni yaxşılaşdırır.
Beyin fəaliyyətində yavaşlama və ya qeyri-sabitlik
EEQ (elektroensefaloqrafiya) tədqiqatlarında DEHB-li uşaqlarda tez-tez belə nəticələr müşahidə olunur:
"Unutmaq olmaz ki, "Theta" dalğalarının artması - Beyin "yorğun" və "diqqəti dağınıq" kimi işləyir.
"Beta" dalğalarının azalması - Konsentrasiya və aktiv diqqət çətinləşir.
Bu, uşağın dərsdə oturub, uzun müddət diqqətini saxlamasını çətinləşdirir".
İmpuls nəzarətində çətinlik
Həkimin sözlərinə görə, normalda beyində "fren" rolunu oynayan ön alın payı (prefrontal korteks) hərəkət etmədən əvvəl düşünməyə kömək edir:
"DEHB-li uşaqlarda bu "fren sistemi" zəif işlədiyi üçün onlar tez-tez düşünmədən danışır, hərəkət edir və ya qaydaları pozurlar".
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1037 Tarix: 26 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQlobal istiləşmə insanları sağlam dəridən məhrum edir
İqlim dəyişikliyi bütün dünyada insanların dərisinə ciddi zərər vurur və yeni xəstəlik dalğalarının yaranmasına səbəb olur. Qaynarinfo xəbər verir ki, beynəlxalq tədqiqatçılar qrupunun gəldiyi bu nəticələr Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Dermatologiya və Venerologiya Akademiyasının (EADV
30.09.2026 339 Dayanmadan öskürürsünüz?
Öskürək ilin hər fəslində qarşılaşa biləcəyimiz bəladır. Bəzən bu, uzunmüddətli, bəzən isə qısa ola bilər. Axşam.az xəbər verir ki, insanı ən çox narahat edən isə uzun müddət davam edən öskürəkdir. Onu azaltmaq üçün səbəbə uyğun üsul seçmək vacibdir. Ev şəraitində bunlar faydalı ola bilər:. İlıq su v
27.09.2026 288 Gözləriniz əsl yaşınızı göstərə bilər
Yeni araşdırma süni intellektlə aparılan göz müayinələrinin insanların bioloji yaşlanma sürətini və bəzi gizli sistem xəstəlikləri erkən mərhələdə müəyyən edə biləcəyini ortaya qoyub. BİG.AZ xəbər verir ki, Cənubi Koreyanın Seul milli universitetinin alimləri gözün arxa hissəsində yerləşən tor qişan
30.09.2026 384 Payızda immuniteti gücləndirmək üçün nə yemək lazımdır?
Havaların soyuması ilə bir çox insan orqanizmi və immun sistemini dəstəkləyə biləcək əlçatan məhsullar axtarır. Belə məhsullar arasında tez-tez sarımsaq, soğan, kələm və çuğundur qeyd olunur. Xüsusilə sarımsağa ənənəvi olaraq böyük diqqət yetirilir. Mütəxəssislərin sözlərinə görə, onun tərkibində antimikro
22.09.2026 426 Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyən 5 yanlış davranışı açıqlayıb. Mütəxəssis bildirib ki, son illərdə boyun ağrıs
26.09.2026 268 Qara çayın sağlamlıq üçün 6 faydalı xüsusiyyəti: Kimlər mütləq içməlidir?
Qara çay o qədər gündəlik içkiyə çevrilib ki, onun xüsusiyyətləri barədə çox vaxt düşünmürük. Adətən bu içkini yalnız xoş dadına görə qəbul edirik. Lakin qara çay sağlamlıq üçün əhəmiyyətli faydalar verə bilər. Qidalanma mütəxəssisləri onu çox sevməyən insanlara belə rasionlarına daxil etməyi tövsiy
08.10.2026 320 Qadınlarda "supergörmə" geni ola bilər, amma adətən "yatmış vəziyyətdə" qalır
Qadınların 12 faizə qədəri potensial olaraq əlavə rəng reseptoru verən genlərin daşıyıcısı ola bilər. Bu isə onlara digər insanların görə bilmədiyi rəngləri ayırd etmək imkanı verə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Popular Mechanics" məlumat yayıb. İnsanların adi görmə qabiliyyət
22.09.2026 335 Bir çox xəstəliyinizin dərmanıdır
Zəncəfil həm ədviyyat, həm də təbii müalicə vasitəsi kimi uzun illərdir istifadə olunur. Tərkibindəki antioksidant və iltihabəleyhinə maddələr sayəsində orqanizm üçün bir çox faydası var. Axşam.az xəbər verir ki, mütəxəssislər bundan miqdarında istifadə etməyi məsləhət görür. Həzm sistemini yaxşılaşdırı
26.09.2026 296 Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq
Havaların soyuması və temperaturun tez-tez dəyişməsi bəzi insanlarda oynaq ağrılarının daha qabarıq hiss olunmasına səbəb ola bilər. Xüsusilə artrit, artroz və digər dayaq-hərəkət sistemi problemləri olan şəxslər payız aylarında ağrı, sərtlik və hərəkət məhdudiyyətindən daha çox şikayət edə bilərlər
21.09.2026 408