Əsgər Bəkiyevin intiharının detalları - Cibindən məktub çıxıb...
Dövlət Sərhəd Xidmətinin Naxçıvanda yerləşən N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bəkiyev Kənan Seymur oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməyinin təfərrüatı məlum olub.
BiG.AZ Musavat.com-a istinadən xəbər verir ki, əsgərin cibindən çıxan məktubda yazılırmış: "Anam, atam, məni bağışlayın. Mən demişdim ki, bu insana dözə bilmirəm. Allaha əmanət olun. Sizi çox sevirəm. Haqqınızı halal edin. Bəkiyev".
İstintaqla müəyyən edilib ki, Bəkiyev zastava rəisi, baş leytenant Tofiq Məmmədovun qanunsuz əməlləri nəticəsində canına qəsd edib. Baş leytenant barəsində açılan cinayət işi zamanı müəyyən edilib ki, təkcə Bəkiyev yox, bir neçə əsgər zabitin qanunsuz hərəkətlərinin qurbanı olub.
Belə ki, əsgərlər arasında soyuq su içən, əlindən qələm düşən, sıra baxışında kiçik də olsa, səhv edən əsgərlər baş leytenant tərəfindən döyülüb, təzyiqlərə məruz qalıb.
Bəkiyev xidmətdə olan zaman baş leytenant tərəfindən çoxsaylı təzyiqlərə məruz qalıb. Komandir yol verdiyi hər xırda nöqsana görə mütəmadi olaraq onun ünvanına nalayiq ifadələr işlədib, ləyaqətini alçaldıb, amansız rəftar edib. Əsgərin yazdığı məktubdan belə başa düşülür ki, ailəsinə bu barədə əvvəllər də məlumat veribmiş.
Mərhum intiharında bir gün əvvəl komandir tərəfindən sıra önünə çıxarılıb. Bəkiyev yol verdiyi nöqsanlara görə komandir tərəfindən təhqirlərə məruz qalıb, şəxsiyyəti alçaldılıb. Səbəb kimi rabitə vasitələrinin üzlüklərinin olmamasını, icazəsiz yeməkxanaya getməsini əsas gətirən komandir onun ünvanına nalayiq ifadələr işlədib. Bununla kifayətlənməyən komandir Kənanın əsgər yoldaşının doğum günü şənliyini yarıda saxlayıb və tortun kəsilməsinə icazə verməyib. Həmçinin Bəkiyevin xidmətdə olduğu otaqdakı oturacağı da götürərək onu cəzalandırıb ki, xidmət zamanı ayaq üstə dayansın.
Bütün bunlar Kənanın intihar qərarı verməsinə səbəb olub. Yazdığı məktubu cibinə qoyan əsgər zastava gözətçisi xidmətində olan yoldaşının yanına gedib. Əsgər yoldaşına silahı zastava rəisinin istədiyini deyərək ondan alıb.
Bəkiyev götürdüyü silahla çənə nahiyəsindən bir dəfə atəş açmaqla həyatına son qoyub.
Baş leytenanat məsuliyyətə cəlb edilərək həbs edilib. Onun barəsində 6 il 6 ay həbs cəzası təyin edilib. Təqsirləndirilən şəxsin şikayətləri təmin edilməyib və Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1451 Tarix: 11 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAyaqqabıları evdə qapı qarşısında saxlayırsınız? Səbəbi təkcə səliqəsizlik deyil
Ayaqqabıları evə girən kimi şkafa yığmamaq həmişə səliqəsizlik demək deyil. Bu vərdiş gündəlik həyat tərzi, evdə yaşayanların sayı və rahatlığa verilən üstünlüklə bağlı ola bilər. xarici mediaya istinadən ayaqqabıları qapının yanında saxlamağın səbəblərini təqdim edir. Qeyd olunur ki, bəzi insanlar ayaqqabıların
09.10.2026 258 Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrində Xəzər bağlantısı daha da güclənir
"Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri həm Azərbaycan-Türkmənistan münasibətləri, həm də Azərbaycan ilə Mərkəzi Asiya arasında formalaşan yeni regional əməkdaşlıq baxımından əhəmiyyətlidir. Dövlət başçısının Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin 8-ci Məşvərət görüşündə iştirak
09.10.2026 237 Şagirdlər və müəllimlər üçün vahid geyim standartları: Məqsəd və gözləntilər
"Məktəblilərin vahid məktəb formasına, müəllimlərin isə vahid geyim standartlarına keçidi təhsil sistemində müzakirə olunmağa layiq məsələlərdən biridir. Bu mövzu ilk baxışdan yalnız geyim qaydaları ilə bağlı görünsə də, əslində, məktəb mühitinin formalaşdırılması, sosial bərabərliyin qorunması
09.10.2026 214 Vahid forma məktəblərdə bərabərliyi və intizamı gücləndirəcək
"Müasir təhsil sistemində məktəbin funksiyası yalnız şagirdlərə bilik verməklə məhdudlaşmır. Məktəb eyni zamanda sosial münasibətlərin formalaşdığı, uşaqların dünyagörüşünün inkişaf etdiyi, davranış mədəniyyətinin və vətəndaş məsuliyyətinin təməlinin qoyulduğu mühüm ictimai institutdur. Bu baxımda
09.10.2026 238 İsveçrə millisinin kapitanına saxta COVID-19 sertifikatına görə cəza verildi
İsveçrə millisinin və "Sanderlend" klubunun kapitanı Qranit Caka saxta peyvənd sertifikatı əldə etdiyinə görə 2 il müddətinə şərti cəza alıb. Teleqraf xəbər verir ki, bu barədə 34 yaşlı futbolçu sosial şəbəkə hesabında məlumat verib. Təcrübəli yarımmüdafiəçi COVID-19 pandemiyası dövründə saxt
09.10.2026 172 Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto/Video
Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov: "Sözü Azərbaycan Respublikasını
09.10.2026 284 İlham Əliyevin Türkmənistan səfəri Azərbaycanın regional strategiyasını necə dəyişir? - TƏHLİL
"Prezident İlham Əliyevin Türkmənistana səfəri ilk baxışda Azərbaycan-Türkmənistan münasibətlərinin gündəlik məsələləri ilə bağlı diplomatik təmas kimi görünə bilər. Lakin prosesə daha geniş geosiyasi prizmadan yanaşdıqda səfərin arxasında daha böyük strateji məqsədlərin dayandığı aydın görünür
09.10.2026 188 Peskov: Putin və Tramp arasında telefon danışığı olacaq
Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp arasında yaxın vaxtlarda telefon danışığının baş tutacağı gözlənilir. "Report" xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. "Tezliklə", - Peskov iki prezidentin danışığını
09.10.2026 162 Azərbaycandakı qadın futbol hakimlərinin sayı açıqlandı
Azərbaycanda fəaliyyət göstərən qadın futbol hakimlərinin sayı açıqlanıb. Bu barədə -ın sorğusuna AFFA-nın mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, hazırda ölkəmizdə ümumilikdə 11 qadın futbol hakimi fəaliyyət göstərir. Onlardan 3-ü FIFA dərəcəli hakimdir. Bildirilib ki, 2026-2027-c
09.10.2026 190