"Vahid forma məktəblərdə ayrı-seçkiliyin qarşısını alacaq" - MÜTƏXƏSSİS
Dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılır.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, monitorinqlər zamanı Nazirlər Kabinetinin müvafiq qərarı ilə təhsilalanlar üçün müəyyən edilmiş vahid məktəbli forması tələblərinin, eləcə də təhsilverənlərin pedaqoji fəaliyyətin xarakterinə və işgüzar mühitə uyğun geyim qaydalarının icrası vəziyyətinin yoxlanılması nəzərdə tutulur.
"Nəzərinizə çatdırırıq ki, təhsil müəssisələrində vahid geyim formaları ilə bağlı qaydaların icrasına dair nəzarət məktəb rəhbərliyi tərəfindən tənzimlənir. Geyim forması ilə bağlı müvafiq məsələlər isə Pedaqoji Şuralar tərəfindən müzakirə edilərək həll olunur.
Bununla yanaşı, şagirdlərin müəyyən olunmuş məktəbli formasında dərsə davamiyyətini təmin etmək valideynlərin birbaşa məsuliyyətidir.
Qeyd edək ki, vahid geyim forması tələblərinin tətbiqində əsas məqsəd təhsil müəssisələrində intizamlı, səliqəli və bərabər təhsil mühitini formalaşdırmaqdır", - məlumatda vurğulanıb.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında beynəlxalq məsələlər üzrə eskpert Əziz Əlibəyli bildirib ki, məktəbli forması dəb məqsədi daşımır və bütün fərqlilikləri aradan qaldırmaq üçün nəzərdə tutulub:
"Eyni zamanda, təhsilin xarakterinə görə təhsil dünyəvi və bərabər olmalıdır. Bu xüsusi bir prinsip kimi təsdiq olunub.
Məktəb hamı üçün eyni qaydaların keçərli olduğu dövlət müəssisəsidir. Burada hansısa fərq yoxdur: inanclar, etiqadlar hamısı bərabər formadadır və burada hansısa birinə xüsusi yer ayrılması nəzərdə tutulmur".
Müsahibimiz bildirib ki, qərarın çox mühüm tərəflərindən biri odur ki, söhbət tək din üzərindən getmir:
"Ümumiyyətlə, varlı ilə kasıb, kəndli ilə şəhərli, dindar ilə ateist arasındakı fərqlər insanları ayırır. Lakin şagird məsələsində diqqətli olunmalıdır ki, bu cür ayrı-seçkiliyə yol verilməsin. Bunun adı da sosial ədalətdir".Dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılır.
Aynur Babazadə
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 111 Tarix: 09 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəktəblərdə geyim formalarına dair - Monitorinqlərə başlanılır
Dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılır. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, monitorinqlər zamanı Nazirlər Kabinetinin müvafiq qərarı ilə təhsilalanlar üçün müəyyən edilmiş vahid məktəbl
17:06 143 Vahid məktəbli forması: Ənənə, məsuliyyət və məktəb mədəniyyət
Təhsil müəssisəsinin özünəməxsus qaydaları və ənənələri olur. Bu ənənələrdən biri də şagirdlərin müəyyən edilmiş geyim standartına əməl etməsidir. Vahid məktəbli forması məktəbə məxsusluq hissini gücləndirir və uşaqlara təhsil mühitində müəyyən davranış normalarının mövcud olduğunu xatırladır. BİG.A
18:08 50 Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrində Xəzər bağlantısı daha da güclənir
"Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri həm Azərbaycan-Türkmənistan münasibətləri, həm də Azərbaycan ilə Mərkəzi Asiya arasında formalaşan yeni regional əməkdaşlıq baxımından əhəmiyyətlidir. Dövlət başçısının Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin 8-ci Məşvərət görüşündə iştirak
14:44 199 Papuaşvili: "Brüsselə qulaq assaydıq, Gürcüstan yalnız kağız üzərində dövlət olardı"
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, yalnız kağız üzərində dövlət olmaqdan daha yaxşısı yalnız kağız üzərində Avropa İttifaqına (Aİ) namizəd ölkə olmaqdır. xəbər verir ki, bu barədə Sputnik Georgia məlumat yayıb. "Düşünürəm ki, yalnız kağız üzərində dövlət olmaqdansa, yalnı
11:03 170 Dostluğun təntənəsi
"Prezident İlham Əliyev oktyabrın 9-da Türkmənistanda keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib. Dövlətimizin başçısının iclasda iştirakı ölkəmizin təşkilat daxilində fəal rolunu və qarşıdakı illərdə MDB-nin fəaliyyətində daha mühüm mövqedə çıxış edəcəyini göstərir. Azərbaycanı
15:59 139 Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri iqtisadiyyata yeni imkanlar açır
"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələrinin genişlənməsi yaxın illərdə ölkə iqtisadiyyatında ilk növbədə logistika, ticarət, investisiya və qeyri-neft sektorunda yeni imkanların yaranmasına səbəb ola bilər. Bu əməkdaşlığın əsas üstünlüyü ondan ibarətdir ki, Azərbaycan yalnız Mərkəz
14:23 155 Paşinyandan Zeynəb Həsənovanın mahnısı ilə paylaşım
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan müğənnisi Zeynəb Həsənovanın mahnısının müşayiəti ilə video paylaşıb. xəbər verir ki, Paşinyan videonu özünün Telegram kanalında yayımlayıb. Kadrlarda MDB sammitində iştirak etmək üçün səfər etdiyi Türkmənistanda, musiqi sədaları altında hərəkət edə
11:07 292 Məktəblərdə vahid qaydalar bütün şagirdlərə bərabər tətbiq olunmalıdır
"Məktəblərdə baş örtüyü məsələsinə, ilk növbədə, dövlətçilik prinsipləri və qanunun aliliyi baxımından yanaşmaq vacibdir. Azərbaycan dünyəvi dövlətdir və dövlət təhsil müəssisələri bütün şagirdlər üçün vahid, dünyəvi və bərabərhüquqlu təhsil mühiti formalaşdırmalıdır. Məktəbli formasının tətbiqind
16:45 132 Azərbaycan MDB məkanında aparıcı dövlətə çevrilib
Azərbaycanın apardığı çoxvektorlu və balanslı xarici siyasət bu gün ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuzun, etimadın və etibarlılığın əsas dayağına çevrilib. Son günlərdə Prezident İlham Əliyevin iştirak etdiyi beynəlxalq və regional təşkilatların tədbirləri bu siyasətin növbəti təzahürü kim
12:22 217