Minaya düşən ata və oğulun vəziyyəti açıqlandı
Ötən gün Cəbrayılda minaya düşən Əşrəf Qəhrəmanov və oğlu Orxanın vəziyyəti açıqlanıb.
TƏBİB-dən "Qafqazinfo"ya verilən məlumata görə, 1966-cı il təvəllüdlü kişi oktyabrın 8-də saat 20:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Ona sağ ayağın aşıq-baldır oynağı səviyyəsində travmatik amputasiyası, qamış və incik sümüklərinin topuq çıxıntısından keçən topuğunun amputasiyası diaqnozu təyin olunub.
Pasiyent cərrahi əməliyyata alınıb və zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti stabil qiymətləndirilir", - məlumatda bildirilib.
Həmçinin 2000-ci il təvəllüdlü O.Qəhrəmanova sağ saidin yuxarı 1/3 hissəsinin əl ilə birlikdə travmatik amputasiyası, sol baldırın aşağı 1/3 hissəsinin travmatik amputasiyası, sağ budun bütünlüklə çanaq nahiyəsinə qədər didilmiş-dağılmış yarası və geniş toxuma defekti diaqnozu təyin olunub.
Pasiyent cərrahi əməliyyata alınıb və zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, sözügedən şəxslər Aprel şəhidi Ruhin Qəhrəmanovun ailə üzvləridir. Ruhin Qəhrəmanov 2016-cı il aprelin 2-də Lələtəpə yüksəkliyinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. O, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 871 Tarix: 09 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"İrşad"da yeni missiya başlayır: Yaşıl Cümə! - VİDEO
"İrşad" 20-30 noyabr tarixlərində ilin ən gözlənilən alış-veriş missiyalarından birinə start verir. Kampaniya çərçivəsində mağazalar şəbəkəsində təqdim olunan geniş çeşidli məhsullara 70%-dək endirimlər tətbiq edilir. Aksiya müddətində müştərilər məhsulların endirimli qiymətini 18 aya FAİZSİZ
18.11.2026 368 Küləklə bağlı - Xəbərdarlıq
Sabah Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Gəncə, Naftalan, Goranboy
18.11.2026 293 Naringinin ağ liflərini niyə atmamalısınız - Sirri AÇIQLANDI
Naringinin qabığını soyarkən üzərində qalan ağ lifləri təmizləyənlər az deyil. Lakin mütəxəssislər bu hissəni atmağı məsləhət görmürlər. Çünki həmin liflər orqanizm üçün faydalı olan vitaminlər, qida lifləri və bitki mənşəli birləşmələrlə zəngindir. xarici mediaya istinadən xəbər verir ki, naringini
18.11.2026 268 "Şamaxinka"dakı qəzada ölən kuryerin dəfninə dostları belə gəldi - Video
Dünən paytaxtın Yasamal rayonu ərazisində - "Şamaxinka" adlanan yerdən keçən tunelin girişində baş vermiş qəzada ölən motosikletçi dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, faciəvi şəkildə həyatını itirən Asif Ağaverdiyevin dəfnində çoxsaylı motosikletçi iştirak edib. Onlar katafalk
18.11.2026 497 Əsgər ölümündən əvvəl ürəyindən şikayətlənibmiş... - Həkimə bu cəza verildi
Əsgər ölümündə təqsirləndirilən hərbi həkim həbs olunub. APA-ya istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin cərrahiyyə bölməsinin baş ordinatoru N.A.-nın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Füzuli Hərbi Məhkəməsində hakim Əli Süleymanovun sədrliyi ilə keçirilə
18.11.2026 397 Muxtar Maniyevin oğlu vəzifədən azad olundu
10 ay əvvəl Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini təyin edilmiş polkovnik Tural Maniyev vəzifəsindən azad edilib. Axşam.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə müvafiq Əmr imzalanıb. Polkovnik Maniyev ehtiyata buraxılıb. Qeyd edək ki, Tura
18.11.2026 402 Messi Argentinadan adının kommersiya məqsədləri üçün istifadəni dayandırmasını tələb edəcək
Səkkizqat "Qızıl top" mükafatçısı Lionel Messi maliyyə qalmaqalları fonunda Argentina Futbol Assosiasiyasından (AFA) onun adının kommersiya məqsədləri üçün istifadəsini dayandırmasını tələb etmək istəyir. xarici mediaya istinadən bildirir ki, mənbənin məlumatına görə, Messinin hüquq komandas
18.11.2026 229 Unudulan xatirələr, itən köklər: Ailə yaddaşını necə qoruyaq?
Bir ev düşünək. Divardan köhnə bir fotoşəkil asılıb. Şəkildə nənə, baba, bəlkə də çoxdan dünyasını dəyişmiş başqa bir ailə üzvü var. Uşaqlar hər gün bu fotoya baxırlar, lakin şəkildəki insanların kim olduğunu, harada yaşadıqlarını, hansı çətinliklərdən keçdiklərini bilmirlər. Bir gün foto divardan götürülür
18.11.2026 316 2027-ci ildə səyahət üçün dünyanın ən sakit 10 şəhər - Hamısı Avropadadır
2027-ci ildə səyahət etmək üçün dünyanın ən sakit şəhərlərinin reytinqi hazırlanıb. Siyahının ilk onluğunda yalnız Avropa şəhərləri yer alıb. İlk üçlükdə Venesiya, Lissabon və Amsterdam qərarlaşıb. BİG.AZ xəbər verir ki, bu barədə "Euronews" nəşri məlumat yayıb. Reytinq səyahət sığortası üzr
18.11.2026 195