Dünyanın ən çirkli havaya sahib şəhəri bəlli oldu

Dünyanın ən çirkli havaya sahib şəhəri bəlli olduDünyanın ən zəngin şəhərlərindən biri olan Sinqapur qonşu İndoneziyada baş verən yanğınların yaratdığı sıx və zəhərli tüstü səbəbindən dünyanın havası ən çirkli şəhərləri siyahısında birinci yerə yüksəlib.

Qaynarinfo xəbər verir ki, İndoneziyada davam edən meşə yanğınlarından yayılan zəhərli tüstü avqust ayından bəri on minlərlə insanda tənəffüs yolları xəstəliklərinə səbəb olub. Sıx tüstü İndoneziya ilə yanaşı, Malayziya və Sinqapurda da havanın keyfiyyətini pisləşdirib.

İsveçrədə yerləşən hava keyfiyyətinin monitorinqi şirkəti "IQAir"in məlumatlarına görə, dünyanın ən zəngin şəhərlərindən biri olan Sinqapur qonşu İndoneziyadakı yanğınların yaratdığı sıx və zəhərli tüstü təbəqəsinin təsiri altına düşərək dünyanın havası ən çirkli şəhəri olub.

"IQAir"in məlumatına əsasən, Sinqapurda bu gün hava keyfiyyəti indeksi 216 olaraq ölçülüb. Bu göstərici havanın çox qeyri-sağlam olduğunu göstərir.

Sinqapur Milli Ətraf Mühit Agentliyi dumanlı havanın bölgədəki son quraqlıq və İndoneziyanın bəzi ərazilərində baş verən yanğınlarla əlaqəli olduğunu açıqlayıb. Rəsmilər əhaliyə mütəmadi xəbərdarlıqlar edərək bol su içməyi və açıq havada keçirilən fəaliyyətləri azaltmağı tövsiyə ediblər.

Məktəblərə açıq havada uzunmüddətli tədbirləri azaltmaq tapşırılıb. Bəzi təhsil müəssisələrinə isə sinif otaqlarında istifadə üçün hava təmizləyici cihazlar verilib.

İndoneziyadakı yanğınlardan təsirlənən Malayziyanın paytaxtı Kuala-Lumpur dünyanın havası ən çirkli şəhərləri siyahısında ikinci yerdə qərarlaşıb.

Hava çirkliliyinin səviyyəsini göstərən hava keyfiyyəti indeksi aşağıdakı kimi təsnif edilir:

* 0-50: yaxşı
* 51-100: orta
* 101-150: həssas qruplar üçün qeyri-sağlam
* 151-200: qeyri-sağlam
* 201-300: çox qeyri-sağlam
* 301-500: təhlükəli

Malayziyanın bir çox ştatında məktəblər bağlanıb

Malayziyanın Cohor ştatında da hava keyfiyyəti çox qeyri-sağlam səviyyəyə çatıb. Ştatdakı bütün məktəblər iki gün müddətinə bağlanıb.

Ölkənin Malakka, Negeri-Sembilan və paytaxt Kuala-Lumpurun yerləşdiyi Selanqor ştatı da daxil olmaqla bir sıra digər ərazilərində də havanın keyfiyyətinin pisləşməsi səbəbindən dərslərin dayandırılması barədə qərar qəbul edilib.

Rəsmilər hava çirkliliyi indeksinin 180-i keçəcəyi təqdirdə digər məktəblərin də bağlanmasını tapşırıblar.

Malayziyanın təhsil naziri Fadhlina Sidek bildirib:

"Bütün ştatların təhsil idarələrindən və rayon təhsil rəhbərliklərindən dumanlı hava şəraitini izləməyə davam etmələrini və vəziyyət tələb edərsə, dərhal tədbir görmələrini istəmişəm".

Malayziyanın baş naziri Ənvər İbrahim isə hava çirkliliyinə qarşı regional səyləri əlaqələndirmək məqsədilə Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) üzv ölkələrin nazirlərini görüş keçirməyə çağırıb.

İndoneziyanın Səhiyyə Nazirliyi iyul-sentyabr ayları arasında yanğınlarla əlaqəli təxminən 175 min tənəffüs yolu infeksiyası halının qeydə alındığını açıqlayıb.

Mütəxəssislər bu il müşahidə olunan güclü El-Nino iqlim hadisəsinin quraqlığı daha da şiddətləndirdiyini bildiriblər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 104   Tarix: 09 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Fərqli inanclar insanları ayırmır: Azərbaycanda tolerantlıq ənənəsi

Azərbaycanda müxtəlif millətlərə və dinlərə mənsub insanlar birgə yaşayırlar. Bəs görəsən, bu münasibətləri möhkəmləndirən əsas amillər hansılardır? Azərbaycanda dini tolerantlığın qorunmasında din xadimlərinin rolu nədir? İnsan öz dini inancına sadiq qalmaqla başqa dinə mənsub və ya heç bir dinə inanmaya

19:30 1
.

Məktəblərdə vahid qaydalar bütün şagirdlərə bərabər tətbiq olunmalıdır

"Məktəblərdə baş örtüyü məsələsinə, ilk növbədə, dövlətçilik prinsipləri və qanunun aliliyi baxımından yanaşmaq vacibdir. Azərbaycan dünyəvi dövlətdir və dövlət təhsil müəssisələri bütün şagirdlər üçün vahid, dünyəvi və bərabərhüquqlu təhsil mühiti formalaşdırmalıdır. Məktəbli formasının tətbiqind

16:45 146
.

Bakı və Aşqabad arasında əməkdaşlıq Xəzər üzərindən yeni imkanlar yaradır

"Oktyabrın 8-də Türkmənistanda keçirilən Mərkəzi Asiya dövlətləri və Azərbaycan dövlət başçılarının 8-ci Məşvərət Görüşü iştirakçı ölkələr arasında münasibətlərin daha geniş regional proseslərin tərkibində inkişaf etdiyini göstərir. Xüsusilə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Görüş

14:12 177
.

Məktəbli geyimində vahidlik və nizam-intizam

Məktəbli forması təhsil müəssisələrində ümumi qayda-qanunun qorunmasına xidmət edən vasitələrdən biridir. Eyni geyim tərzinin tətbiqi uşaqlar arasında geyimə görə fərqlərin qabardılmasının qarşısını almağa, kollektiv ruhunun güclənməsinə və məktəb mühitində səliqənin qorunmasına yardım edir. Gündəli

18:01 123
.

Təhsildə dünyəviliyi qorumaq dövlətçilik prinsipinin əsas şərtlərindən biridir

"Təhsil hər bir dövlətin gələcəyini müəyyənləşdirən əsas sahələrdən biridir. Bu baxımdan məktəblərdə dünyəvilik prinsipinin qorunması, vahid təhsil standartlarının tətbiqi və bütün şagirdlər üçün bərabər imkanların yaradılması mühüm əhəmiyyət daşıyır. Azərbaycan dünyəvi dövlət kimi təhsil sistemind

16:52 168
.

İlham Əliyevin Türkmənistan səfəri başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri oktyabrın 9-da başa çatıb. BİG.AZ bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir

16:47 133
.

Gecələr əlləri keyiyənlərin DİQQƏTİNƏ: Səbəb təkcə yataq vəziyyəti deyil

Gecə yuxudan əlinizin keyiməsi, barmaqlarınızda iynələnmə və ya əlinizi hiss etməmək səbəbindən oyanırsınızsa, bunun səbəbi həqiqətən də narahat yatış vəziyyəti ola bilər. Lakin bu əlamətlər mütəmadi təkrarlanırsa, sinir sistemi ilə bağlı problemlərdən xəbər verə bilər və diqqət tələb edir. xarici mediay

22:00 1
.

Vahid forma məktəblərdə bərabərliyi və intizamı gücləndirəcək

"Müasir təhsil sistemində məktəbin funksiyası yalnız şagirdlərə bilik verməklə məhdudlaşmır. Məktəb eyni zamanda sosial münasibətlərin formalaşdığı, uşaqların dünyagörüşünün inkişaf etdiyi, davranış mədəniyyətinin və vətəndaş məsuliyyətinin təməlinin qoyulduğu mühüm ictimai institutdur. Bu baxımda

17:28 149
.

Hande Erçel iranlı rejissorun yeni filmində baş rolda

Türkiyəli məşhur aktrisa Hande Erçel yeni beynəlxalq film layihəsində rol alacaq. Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa iranlı rejissor Nader Saeivarın Almaniyada çəkəcəyi "Diaspora" filmində baş rolu canlandıracaq. Hande Erçel filmdə həyat yoldaşını Türkiyədə itirdikdən sonr

20:00 1
.