Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto/Video

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto/VideoOktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov: "Sözü Azərbaycan Respublikasının hörmətli Prezidenti, Zati-aliləri, cənab İlham Heydər oğlu Əliyevə vermək istəyirəm. Buyurun".

Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək deyib:

"Hörmətli Sərdar Qurbanquliyeviç.

Hörmətli sammit iştirakçıları.

İlk növbədə, Xəzər Ekoloji Sammitinin keçirilməsi təşəbbüsünə görə Türkmənistan Prezidentinə təşəkkürümü bildirirəm. Əminəm ki, sammit Xəzər dənizinin ekoloji problemlərinin həllində bizim qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinə kömək edəcək.

Xəzər dənizi əsrlər boyu ölkələrimizi və xalqlarımızı birləşdirir. Bu gün Xəzərin iqtisadi və strateji əhəmiyyəti daha da artır. Xəzərdən mühüm nəqliyyat və enerji marşrutları keçir, iri beynəlxalq layihələr reallaşdırılır. Belə olan şəraitdə Xəzərin sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorunması prinsipial dərəcədə vacibdir. Bu, bütün Xəzəryanı dövlətlərin maraqlarına cavab verir və əməkdaşlığımızın daha da inkişafı üçün zəruri şərait yaradır.

Eyni zamanda, onun ekoloji vəziyyətinə xüsusi diqqət yetirilməlidir. Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlər üçün müştərək vəzifədir. Ötən illər ərzində ölkələrimiz tərəfindən geniş müqavilə-hüquqi baza yaradılıb. Azərbaycan demək olar ki, bütün beştərəfli beynəlxalq hüquqi sənədlərin iştirakçısıdır. 2018-ci ildə imzalanmış "Xəzər dənizinin hüquqi statusu haqqında" Konvensiya tarixi əhəmiyyətə malikdir. Bu, Xəzəryanı beş dövlətin uzun illər apardıqları birgə işin nəticəsidir.

Aydındır ki, Xəzərin ən ciddi problemlərindən biri onun dayazlaşmasıdır. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi artıq uzun illərdir davam edir. Təəssüf ki, bu proses son vaxtlar nəzərəçarpacaq dərəcədə sürətlənib və vəziyyət pisləşməkdə davam edir. Dəniz akvatoriyasının əhəmiyyətli dərəcədə azalması müşahidə olunur. Dəniz səthinin ümumi sahəsi artıq 20 min kvadratkilometrdən çox azalıb. Hazırkı tendensiyaların davam edəcəyi təqdirdə nəticələr fəlakətli xarakter ala bilər. Dayazlaşma problemi yalnız ekoloji meyarla ölçülmür. Dəniz səviyyəsinin azalması ölkələrimizin maraqlarına birbaşa təsir göstərir, sahil rayonlarında insanların həyatına, iqtisadiyyata və nəqliyyata təsir edir. Sahil xəttinin geri çəkildiyini, ekosistemin dəyişdiyini, limanlar və digər sahilyanı infrastrukturun işində problemlərin yarandığını görürük. Xəzərin səviyyəsinin aşağı düşməsi səbəbindən təkcə dənizin Azərbaycan hissəsində təxminən 30 min hektar quru sahə əmələ gəlib.

Hələ 2022-ci ildə Aşqabadda keçirilən altıncı Xəzər Sammitində Xəzər dənizinin dayazlaşması kontekstində bunun səbəblərini müəyyən etmək və dəniz səviyyəsinin daha da aşağı düşməsinin qarşısını almaq üçün tədbirlər görmək məqsədilə xüsusi ekspert qrupları yaratmağı təklif etmişdim. Ötən illər bu təşəbbüsün aktuallığını təsdiqlədi. Problemin ümumi müzakirəsindən əməkdaşlıq və qərarların icrasına nəzarət üçün daimi fəaliyyət göstərən mexanizmin yaradılmasına keçməliyik. Hər şeydən əvvəl Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinə təsir edən amillərin bütün kompleksini müəyyənləşdirməliyik və vəziyyətin gələcək inkişafının obyektiv elmi qiymətləndirilməsinə malik olmalıyıq.

Aydındır ki, Xəzərin səviyyəsinin aşağı düşməsi yalnız iqlim dəyişmələri ilə bağlı deyil. Əsas səbəblərdən biri çay axınının azalması və təsərrüfat fəaliyyəti ilə bağlı antropogen amillərdir. Bununla yanaşı, baş verən dəyişikliklərin potensial uzunmüddətli nəticələrinin qiymətləndirilməsi və artıq bu gün qərarlar qəbul edilərkən onların nəzərə alınması bizim üçün vacibdir. Belə bir yanaşma zəruri tədbirləri vaxtında həyata keçirməyə və dəniz səviyyəsinin daha da aşağı düşməsinin nəticələrini minimuma endirməyə imkan verəcək. Hesab edirik ki, zəruri hüquqi baza, elmi potensial və qarşılıqlı fəaliyyət təcrübəsi konkret praktiki nəticələrə nail olmaq üçün güclü təməl yaradacaq. Xəzər bizim ümumi sərvətimizdir. Onun nadir ekosistemini qorumaq və gələcək nəsillərə ötürmək bizim ümumi məsuliyyətimizdir. Ümidvaram ki, bugünkü sammit bu yolda mühüm addım olacaq.

Diqqətinizə görə təşəkkür edirəm".

Prezident Sərdar Berdiməhəmmədov: "Hörmətli İlham Heydər oğlu, çox sağ olun. Dərinməzmunlu çıxışınıza görə təşəkkür edirəm. Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılması qardaş Azərbaycan kimi Türkmənistanın da daxili və xarici siyasətinin prioritetləri sırasındadır. Xəzərin ekoloji gündəliyinin bütün spektri üzrə tərəfdaşlarımızla əməkdaşlığı davam etdirməyə hazırıq.

Sizin konstruktiv çıxışınız üçün bir daha təşəkkür edirəm".

14:01

Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto/Video


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1018   Tarix: 09 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Apteklərdə oftalmoloji müayinə aparanlarla bağlı - Xəbərdarlıq

Apteklərdə oftalmoloji müayinə aparanlarla bağlı xəbərdarlıq edilib. xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi məlumat yayıb. Bildirilib ki, aptek təşkilatlarının nəzdində fəaliyyət göstərən optika şöbələrinin fəaliyyəti müvafiq normativ hüquqi aktlarla tənzimlənir: "Apte

23.11.2026 202
.

Kəlbəcər azadlığının 6-cı ilində

25 noyabr Azərbaycanda Kəlbəcər Şəhər Günüdür. Bu gün işğalçı Ermənistanla müharibədə qazandığımız böyük Zəfərdən sonra tariximizə yazılmış şanlı günlərdən biridir. 2020-ci ilin noyabrın 10-da cəbhədə işğalçı ordusu darmadağın olmuş Ermənistan kapitulyasiya aktını imzalamağaməcbur oldu. Üçtərəfli bəyanat

23.11.2026 276
.

Alim Qasımovun "GTA 6" uğurunun pərdəarxası - Meneceri danışdı

Xalq artisti, xanəndə Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımovanın ifalarının dünyanın məşhur videooyunlarından biri olan "GTA 6"nın musiqi siyahısına daxil edilməsi ilə bağlı bəzi detallar məlum olub. Xanəndələrin meneceri İlkin Robin Qaynarinfo-ya açıqlamasında bildirib ki, "GT

23.11.2026 239
.

Qarabağ Universitetindən tələbələrin davası ilə bağlı - Açıqlama

Bu gün mediada Qarabağ Universitetinin tələbələrinin qız üstündə dalaşdıqları və onlardan birinin ali təhsil müəssisəsindən xaric edilməsi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, universitet insidentlə bağlı açıqlama yayıb. Bildirilib ki, Qarabağ Universitetinin tələbələr

23.11.2026 198
.

Kəlbəcərdə ən müasir infrastruktur qurulur

25 noyabr - Kəlbəcər şəhər günüdür. Ölkəmizin ən böyük rayonu olan Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb

23.11.2026 324
.

Yardımlıda tutulan məmurların məhkəməsi BAŞLAYIR

Yardımlı Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat nəticəsində saxlanılan vəzifəli şəxslərin istintaqı yekunlaşıb. APA-ya istinadla xəbər verir ki, cinayət işi baxılması üçün Yardımlı rayon Məhkəməsinə təqdim olunub. İş üzrə məhkəmə iclası yaxın zamanlarda başlayacaq. Qeyd edək ki, Baş prokuror yanınd

23.11.2026 206
.

Çində dünyanın ən böyük elektrikli yük gəmisi hazırlandı

Çin mütəxəssisləri 23.5 meqavat-saatlıq akkumulyatorla təchiz olunmuş, dünyada ən böyük elektrikli quru yük gəmisini ərsəyə gətiriblər. xəbər verir ki, bu barədə "Naked Science" portalı məlumat yayıb. Uzunluğu 129.9 metr təşkil edən və standart yanacaq növündən imtina edən "BRF Froan"

23.11.2026 144
.

Azərbaycanlı aparıcı Ada Süleymanın öldüyü qəzanın TƏFƏRRÜATI

Gecə saatlarında Bakıda tanınmış aparıcı Ada Süleymanova və tanışının öldükləri qəza ilə bağlı bəzi təfərrüat məlum olub. BİG.AZ -a istinadən xəbər verir ki, Ada Süleymanova məclis başa çatandan sonra ayıq sürücü sifariş edib. Ayıq sürücü vaxtında gəlib və Ada Süleymanova sürücüdən onu evlərinə aparmağ

23.11.2026 267
.

Tacı əlindən alınan model gənc qızlara səsləndi

Futbolçu Salih Uçanın gözəllik kraliçası sevgilisi Alara Eriç "Miss Universe" müsabiqəsinə qatılmaq üçün yola düşməsinin ləğv edilməsi və tacının geri istənilməsi ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, model yayımladığı videoda bu cür yarışmalara qatılmaq arzusunda olan gənc qızlar

23.11.2026 211
.