"Yorulmuşam, təqaüdə çıxmağı gözləyirəm" - Kövrəldi

"Yorulmuşam, təqaüdə çıxmağı gözləyirəm" - Kövrəldi"Məşhurluq xəyal etdiyim qədər gözəl deyil. Məni küçədə tanıyanda deyirəm ki, səhv salmısınız, o deyiləm. Adi insanlardan fərqim yoxdur. Heç bir işimi bəyənmirəm. Mən də belə biriyəm".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Füzuli Hüseynov "İncə səhər" proqramında deyib. Aktyor təqaüdə çıxmaq üçün səbirsizləndiyini, mənəvi cəhətdən dincəlmək istədiyini bildirib:

"Təqaüdə çıxmağı gözləyirəm. Dincəlmək istəyirəm, yorulmuşam. Bir il qalıb, dözməliyəm. Gedim dincəlim, balıq tutum, dağlara, çay kənarına gedim. Azad olmaq istəyirəm. Heç kimin yanında borcum, gözükölgəliyim yoxdur. Öhdəliklərimi bitirib daha azad, sərbəst olmaq istəyirəm. Şahin quşu olub uçmaq istəyirəm.

Əvvəl elə bilirdim ki, yaşlı adamların vaxtı gec keçir. Oturub domino oynayırlar, televizora baxırlar. Amma yaş artdıqca görürəm ki, vaxt tez keçir. Həyat mübarizədir, sona qədər davam etdirməliyik. Yorulmuşam... Fiziki yox, mənəvi cəhətdən dincəlmək, rahat olmaq istəyirəm".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 131   Tarix: 09 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Təhsildə dünyəvilik və geyim qaydaları: Müasir yanaşma

Təhsil müəssisələrində dünyəvilik prinsipinin qorunması və vahid geyim qaydalarının tətbiqi bəzən eyni mövzu çərçivəsində müzakirə edilir. Lakin bu iki anlayışın məqsədləri fərqlidir. Dünyəvilik tədrisin elmi əsaslarla aparılmasını və dövlət təhsilinin dini baxımdan neytral olmasını nəzərdə tutur. Məktəbl

17:56 139
.

Təhsildə dünyəvilik və dini inanclara hörmət arasında tarazlıq qorunmalıdır

Müasir cəmiyyətdə təhsil yalnız bilik və bacarıqların formalaşdırılması ilə məhdudlaşmır. Məktəb eyni zamanda uşaqların dünyagörüşünün, sosial davranışlarının və vətəndaşlıq mövqeyinin formalaşdığı mühüm ictimai mühitdir. Buna görə də təhsil sistemində dünyəvilik prinsipinin qorunması, şagirdlər arasınd

16:53 144
.

Qarşılıqlı hörmətə əsaslanan münasibətlər

"Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, bu il Müstəqil Dövlətlər Birliyi 35 illiyini qeyd edir. Son illər ərzində MDB siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığı

15:38 153
.

İlham Əliyevin Türkmənistan səfəri başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri oktyabrın 9-da başa çatıb. BİG.AZ bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir

16:47 133
.

Orta Dəhlizdən yaşıl enerjiyə: Azərbaycan üçün yeni imkanlar

"Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu üzv kimi iştirakı ölkəmiz üçün mühüm siyasi və strateji əhəmiyyət daşıyır. Bu formatda təmsil olunmağımız təkcə nəqliyyat-kommunikasiya əməkdaşlığı ilə bağlı deyil, həm də Azərbaycanın regional gündəliyin formalaşmasınd

16:23 186
.

Dostluğun təntənəsi

"Prezident İlham Əliyev oktyabrın 9-da Türkmənistanda keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib. Dövlətimizin başçısının iclasda iştirakı ölkəmizin təşkilat daxilində fəal rolunu və qarşıdakı illərdə MDB-nin fəaliyyətində daha mühüm mövqedə çıxış edəcəyini göstərir. Azərbaycanı

15:59 152
.

"Qismətimdə ata sevgisi çox az oldu"

Müğənni Xuraman Şuşalı ata sevgisi ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında bu sözləri yazıb:. "Qismətimdə ata sevgisi çox az oldu. Ancaq ata-uşaq görüntüsü görəndə çox sevinirəm. Xoşbəxt olsun uşaqlar. Gözəl ata-ana olsunlar"

21:15 1
.

İlham Əliyev Azərbaycanın 2028-ci ildə MDB-yə sədrlik etməyə hazır olduğunu bildirib

"Prezident İlham Əliyevin son 2-3 il ərzində Mərkəzi Asiya ölkələrinə, xüsusilə regionun türkdilli dövlətlərinə ardıcıl səfərləri, eləcə də həmin ölkələrin dövlət başçılarının Azərbaycana səfərləri qarşılıqlı əlaqələrin genişlənməsinə, dərinləşməsinə və strateji xarakter almasına mühüm töhfə verir

14:42 154
.

"Yorulmuşam, təqaüdə çıxmağı gözləyirəm" - Kövrəldi

"Məşhurluq xəyal etdiyim qədər gözəl deyil. Məni küçədə tanıyanda deyirəm ki, səhv salmısınız, o deyiləm. Adi insanlardan fərqim yoxdur. Heç bir işimi bəyənmirəm. Mən də belə biriyəm". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Füzuli Hüseynov "İncə səhər" proqramında deyib

20:30 1
.