Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrində Xəzər bağlantısı daha da güclənir

Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrində Xəzər bağlantısı daha da güclənir"Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri həm Azərbaycan-Türkmənistan münasibətləri, həm də Azərbaycan ilə Mərkəzi Asiya arasında formalaşan yeni regional əməkdaşlıq baxımından əhəmiyyətlidir. Dövlət başçısının Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin 8-ci Məşvərət görüşündə iştirakı Azərbaycanın artıq bu formatda kənardan tərəfdaş deyil, regional proseslərin birbaşa iştirakçısı kimi çıxış etdiyini göstərir".

Bu sözləri BiG.AZ-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru Adil Hüseynov bildirib. O qeyd edib ki, Azərbaycan-Türkmənistan münasibətlərinin hazırkı mərhələsinin əsas xüsusiyyəti siyasi dialoqun iqtisadi və nəqliyyat layihələri ilə tamamlanmasıdır:

"2026-cı ilin iyununda Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri zamanı iki ölkə arasında münasibətlərin geniş gündəliyi müzakirə edilib, enerji, nəqliyyat, ticarət, mədəni-humanitar əlaqələr və digər istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi barədə razılıqlar əldə edilib. Prezident İlham Əliyev həmin görüşdə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində Türkmənistanın dəstəyini xüsusi qeyd edərək bunu tarixi hadisə adlandırmışdı. Bu kontekstdə Türkmənistanın Azərbaycan üçün xüsusi əhəmiyyəti onun Xəzərin digər sahilində yerləşən və Mərkəzi Asiyanın böyük iqtisadi potensialını Azərbaycan üzərindən Qafqaz və Avropa istiqaməti ilə birləşdirə bilən ölkə olmasıdır. Bakı-Türkmənbaşı bağlantısı, Orta Dəhliz, Xəzər üzərindən yükdaşımaların genişləndirilməsi və rəqəmsal tranzit imkanları iki ölkənin maraqlarının kəsişdiyi əsas sahələrdir. 2026-cı ilin iyulunda Azərbaycan və Türkmənistan arasında tranzit daşımalarında eTIR sisteminin, yəni beynəlxalq avtomobil yükdaşımalarında gömrük prosedurlarını rəqəmsallaşdırılmasının tətbiqinə başlanması da nəqliyyat əməkdaşlığının praktiki mərhələyə keçdiyini göstərən nümunələrdəndir".

Müsahibimiz əlavə edib ki, enerji sahəsi də münasibətlərin mühüm istiqamətlərindəndir:

"Türkmənistan böyük təbii qaz ehtiyatlarına malikdir, Azərbaycan isə enerji resurslarının beynəlxalq bazarlara çıxarılması üçün formalaşmış infrastruktur və tranzit imkanlarına sahibdir. Bundan əlavə, gələcək əməkdaşlıq yalnız ənənəvi enerji ilə məhdudlaşmaya, Xəzərin enerji potensialı və yaşıl enerji layihələri istiqamətində də genişlənə bilər. Münasibətlərin digər mühüm tərəfi siyasi etimaddır. İki ölkə beynəlxalq təşkilatlarda bir-birinin təşəbbüslərini dəstəkləyir, Türkmənistanın neytral xarici siyasətinə Azərbaycan tərəfindən verilən siyasi dəstək də bu dialoqun mühüm elementidir. İkitərəfli münasibətlərin humanitar ölçüsü də genişlənir. 2026-cı ildə qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi, Füzulidə Türkmənistan tərəfindən məscidin tikilməsi kimi layihələr bunun bariz sübutudur. Ona görə də İlham Əliyevin hazırkı səfərini təkcə növbəti yüksək səviyyəli diplomatik təmas kimi qiymətləndirmək kifayət deyil. Səfər Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində Xəzər bağlantısının daha sistemli şəkildə qurulması strategiyasının davamıdır. Türkmənistan isə bu strategiyada həm enerji və nəqliyyat baxımından, həm də Mərkəzi Asiyanın regional əməkdaşlıq mexanizmlərinə inteqrasiya baxımından xüsusi yer tutur".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 107   Tarix: 09 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan çoxtərəfli əməkdaşlıq platformalarının fəal aktorudur

Müasir dövrdə beynəlxalq münasibətlər sistemi sürətlə dəyişir, qlobal miqyasda yeni çağırışlar formalaşır. Bu proseslər fonunda regional əməkdaşlıq formatlarının rolu daha da artır, xüsusilə Müstəqil Dövlətlər Birliyi kimi çoxtərəfli platformalar sabitlik, qarşılıqlı etimad və birgə tərəqqinin təminind

12:24 152
.

Azərbaycan MDB məkanında aparıcı dövlətə çevrilib

Azərbaycanın apardığı çoxvektorlu və balanslı xarici siyasət bu gün ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuzun, etimadın və etibarlılığın əsas dayağına çevrilib. Son günlərdə Prezident İlham Əliyevin iştirak etdiyi beynəlxalq və regional təşkilatların tədbirləri bu siyasətin növbəti təzahürü kim

12:22 157
.

"Mənim təşəbbüsümlə Trampı Nobel Sülh Mükafatına birgə namizəd göstərmişik"

"Prezident Donald Tramp 8 avqust 2025-ci ildə ev sahibliyi etdiyi Vaşinqton Sülh Zirvəsində Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasında tarixi rol oynayıb". "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin "X" sosial şəbəkəsindəki səhifəsind

10:00 139
.

"Laçınla bağlı qərarı dəstəklədiklərinə görə minnətdarlığımı bildirirəm" - Yenilənib

"Bu il Müstəqil Dövlətlər Birliyi 35 illiyini qeyd edir". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib. "Son illər ərzində MDB siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığı

11:00 145
.

Əməkdaşlıq və qarşılıqlı hörmətin yeni mərhələsi

Azərbaycanın MDB ilə əməkdaşlığı artıq üç onillikdən çox tarixə malikdir. Bu dövr ərzində ölkəmiz təşkilat çərçivəsində siyasi dialoqun davam etdirilməsində, iqtisadi əlaqələrin genişləndirilməsində və humanitar münasibətlərin inkişafında fəal iştirak edib. Azərbaycanın regional və beynəlxalq siyasətd

12:20 156
.

İlham Əliyev Azərbaycanın 2028-ci ildə MDB-yə sədrlik etməyə hazır olduğunu bildirib

"Prezident İlham Əliyevin son 2-3 il ərzində Mərkəzi Asiya ölkələrinə, xüsusilə regionun türkdilli dövlətlərinə ardıcıl səfərləri, eləcə də həmin ölkələrin dövlət başçılarının Azərbaycana səfərləri qarşılıqlı əlaqələrin genişlənməsinə, dərinləşməsinə və strateji xarakter almasına mühüm töhfə verir

14:42 87
.

Azərbaycan-Türkmənistan birliyi Orta Dəhlizin imkanlarını genişləndirir

"Azərbaycan-Türkmənistan münasibətləri son dövrdə yüksələn xətlə inkişaf edir. İki ölkə arasında əlaqələr mehriban qonşuluq, dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Türkmənistan Xəzər dənizinin şərqində, Azərbaycan isə qərbində yerləşməklə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında mühüm stratej

14:00 127
.

Paşinyan-Rusiya münasibətləri: Səfərin tarixi hələ müəyyənləşməyib

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya planlaşdırılan səfərinin dəqiq tarixinin hələ müəyyənləşmədiyini bildirib. xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb. Kremlin sözçüsü səfərin tarixi ilə bağlı suala cavabında "Hələli

10:44 148
.

Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib

Azərbaycanda 2019-cu il noyabrın 1-dən bu günədək 923 uşaq övladlığa verilib. Bu barədə "Report"a Sosial Xidmətlər Agentliyindən məlumat verilib. Bildirilib ki, ötən dövr ərzində övladlığa götürülmə ilə bağlı 2018 müraciət qeydə alınıb. Övladlığa verilən uşaqların 464-ü oğlan, 459-u isə qızdı

08.10.2026 297
.