Şamaxıda "Milli Mətbuat – 150" minifutbol turnirinin qalibi müəyyənləşib

Şamaxıda "Milli Mətbuat – 150" minifutbol turnirinin qalibi müəyyənləşibAzərbaycan Milli Mətbuatının 150 illik yubileyi ilə bağlı Şamaxıda jurnalistlər arasında minifutbol turnirinə yekun vurulub.

Yurd.Media və İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı, "Avrora Qrup"un baş sponsorluğu və "Teleqraf" İnformasiya Agentliyinin informasiya dəstəyi ilə Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunan yarışın mükafatçıları müəyyənləşib.

AFFA hakimləri tərəfindən idarə olunan turnirin 3-cü yer uğrunda oyununda informasiya agentlikləri və qəzetlərin jurnalistlərindən ibarət komandası ictimai-siyasi xəbər saytlarının jurnalistlərindən ibarət "Ziya" komandası ilə qarşılaşıb. Oyun "Əkinçi"nin 7:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Turnirin final oyununda isə televiziya işçilərindən formalaşan "Kaspi" komandası idman saytlarının nümayəndələrinin olduğu "Kəşkül" kollektivi ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda "Kaspi"çilər 3:1 hesabı ilə qalib gələrək kuboku başları üzərinə qaldırıblar.

Mükafatlandırma mərasimində ilk 3 yerin sahibləri - "Kaspi", "Kəşkül" və "Əkinçi" müvafiq olaraq, qızıl, gümüş və bürünc medallarla, bütün iştirakçılar isə fəxri fərmanlarla təltif ediliblər. Mükafatları "Yurd.Media-nın baş redaktoru Murad Əliyev, İdman Araşdırmalar Mərkəzinin sədri Elşən Məmmədov və "Avrora Qrup"un əməkdaşı Vasif Musayev verib.

Turnirin ən yaxşı qapıçısı "Kəşkül"ün qolkiperi Kənan Məstəliyev, yarışın ən yaxşı oyunçusu isə "Kaspi"nin üzvü Nurani İsgəndərov sayılıb. Onlara xüsusi mükafat verilib.

Sonda Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Şahmar Hüseynov qalib komandaya kuboku təqdim edib.

Turnirin ən yaxşı qapıçısı seçilən Rekord.az saytının baş redaktoru Kənan Məstəliyev yarışın hər kəs üçün xoş təsir bağışladığını bildirib: "Burada biz təkcə idman yox, jurnalistikanın bütün sahələrindən olan həmkarlarımızla birlikdə çox gözəl vaxt keçirdik. Maraqlı qarşılaşmalar, rəqabət və mübarizə oldu".

Yurd.Media-nın baş redaktoru Murad Əliyev isə bildirib ki, Milli Mətbuatın yaranmasının 150 illiyi ilə bağlı təşkil olunan bu turnirin ənənəvi olması üçün səy göstəriləcək:
"Əsas məqsəd bölgə jurnalistləri ilə paytaxt media təmsilçiləri arasında əlaqələrin möhkəmlənməsidir".

Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Şahmar Hüseynov da turnirin gərgin və maraqlı alındığını vurğulayıb: "Milli Mətbuatın yaranmasının 150 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilir. Təsadufi deyil ki, məhz Şamaxı Olimpiya İdman Kompleksində də mətbuat işçiləri arasında minifutbol üzrə turnir keçirildi".

Qeyd edək ki, yarış Gənclər və İdman Nazirliyi, AFFA və "Qəbələ" İdman Klubunun təşkilatı dəstəyi ilə keçirilib.

Şamaxıda "Milli Mətbuat – 150" minifutbol turnirinin qalibi müəyyənləşibŞamaxıda "Milli Mətbuat – 150" minifutbol turnirinin qalibi müəyyənləşibŞamaxıda "Milli Mətbuat – 150" minifutbol turnirinin qalibi müəyyənləşibŞamaxıda "Milli Mətbuat – 150" minifutbol turnirinin qalibi müəyyənləşibŞamaxıda "Milli Mətbuat – 150" minifutbol turnirinin qalibi müəyyənləşibŞamaxıda "Milli Mətbuat – 150" minifutbol turnirinin qalibi müəyyənləşibŞamaxıda "Milli Mətbuat – 150" minifutbol turnirinin qalibi müəyyənləşibŞamaxıda "Milli Mətbuat – 150" minifutbol turnirinin qalibi müəyyənləşibŞamaxıda "Milli Mətbuat – 150" minifutbol turnirinin qalibi müəyyənləşibŞamaxıda "Milli Mətbuat – 150" minifutbol turnirinin qalibi müəyyənləşibŞamaxıda "Milli Mətbuat – 150" minifutbol turnirinin qalibi müəyyənləşibŞamaxıda "Milli Mətbuat – 150" minifutbol turnirinin qalibi müəyyənləşibŞamaxıda "Milli Mətbuat – 150" minifutbol turnirinin qalibi müəyyənləşibŞamaxıda "Milli Mətbuat – 150" minifutbol turnirinin qalibi müəyyənləşibŞamaxıda "Milli Mətbuat – 150" minifutbol turnirinin qalibi müəyyənləşibŞamaxıda "Milli Mətbuat – 150" minifutbol turnirinin qalibi müəyyənləşibŞamaxıda "Milli Mətbuat – 150" minifutbol turnirinin qalibi müəyyənləşibŞamaxıda "Milli Mətbuat – 150" minifutbol turnirinin qalibi müəyyənləşib


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 771   Tarix: 20 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan millisində iki futbolçu heyətdən çıxarıldı

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. Bu barədə -a AFFA-dan məlumat verilib. Bildirilib ki, Anton Krivotsyuk və Abdulla Xaybulayev heyətdən çıxarılıblar

06.06.2026 269
.

Kanada hakimiyyəti Qana millisinin futbolçusuna cinayət ittihamına görə viza verməyib

Kanada hakimiyyəti Qana milli komandasının futbolçusu Tomas Partiyə ölkəyə giriş vizası verməyib. "Report" xarici mediaya isitnadən xəbər verir ki, qərarın futbolçuya qarşı irəli sürülən zorlama ittihamları ilə əlaqəli olduğu bildirilir. Kanada qanunvericiliyinə əsasən, cinayət törətməkdə ittiha

14.06.2026 246
.

Leon Qoretska karyerasını MLS-də davam etdirə bilər

Almaniya millisinin futbolçusu Leon Qoretska karyerasını ABŞ-da davam etdirə bilər. "Report" "The Athletic"ə istinadən xəbər verir ki, MLS təmsilçisi "Çikaqo Fayr" 31 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. İtaliya, İngiltərə və Türkiyə klubları da təcrübəli oyunç

13.06.2026 232
.

Qurban Qurbanov onunla görüşdü - Fotolar

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla görüşmək arzusunda olan azarkeş nəhayət istəyinə çatıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb. Məlumata görə, uzun müddətdir bu görüşü gözləyən fanat klubun bazasında qonaq edilib və ona komandanın formas

11.06.2026 373
.

"Zirə" qapıçısı ilə yollarını ayırdı

"Zirə" futbol klubu qapıçısı Tiaqu Silva ilə yollarını ayırıb. xəbər verir ki, bu barədə klubun mətbuat xidmət məlumat yayıb. Qeyd edək ki, 26 yaşlı braziliyalı qolkiper 2023-cü ildən "Zirə"də çıxış edib

07.06.2026 325
.

Argentinada Messinin 26 metrlik heykəlinin açılışı olub

Argentinada 8 qat "Qızıl top" və Dünya Kubokunun qalibi Lionel Messinin ən hündür heykəli açılıb. "Report" xəbər verir ki, bu barədə "TyC Sports" telekanalı məlumat yayıb. Abidənin hündürlüyü 26 metr, çəkisi isə 70 tondur. Dizayn heykəltəraş Aldo Berois tərəfindən hazırlanıb

21.06.2026 314
.

ABŞ - Paraqvay oyununun ən yaxşı futbolçusu bəlli olub

Futbol üzrə dünya çempionatında ABŞ və Paraqvay yığmaları arasında keçirilən D qrupunun matçının ən yaxşı oyunçusu müəyyənləşib. "Report" xəbər verir ki, amerikalıların heyətində Folarin Baloqan oyunun ən yaxşısı adına layiq görülüb. Qeyd edək ki, 24 yaşlı hücumçu sözügedən matçda dubl etməkl

14.06.2026 222
.

DÇ-2026-nın açılış oyununu o idarə edəcək

DÇ-2026-nın açılış oyununu idarə edəcək hakimlər briqadası açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, A qrupunda Meksika və CAR milliləri arasında keçiriləcək açılış qarşılaşmasını braziliyalı hakim Vilton Sampaio idarə edəcək. Ona Bruno Pires və Bruno Boşilya kömək edəcəklər. VAR hakimi funksiyasın

09.06.2026 325
.

"Portu" Andre Silva ilə müqavilə imzalayıb

Portuqaliyanın "Portu" klubu hücumçu Andre Silva ilə müqavilə imzalayıb. "Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı futbolçu komandaya azad agent kimi keçib. Yeni müqavilənin müddəti barədə məlumat verilmir. Hücumçunun "Elçe" (İspaniya) ilə müqaviləsini

14.06.2026 281
.

TOP MP3