Rəşad Rəsullu: "Dünya çempionatına ev sahibliyi etməkdən qürur duyuruq"
Qarşıdakı günlərdə Bakı beynəlxalq cüdo təqviminin ən mühüm yarışlarından birində dünyanın aparıcı idmançılarını bir araya gətirəcək.
"Report"un məlumatına görə, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib.
ACF rəsmisi Bakıda keçiriləcək dünya çempionatının püşkatma mərasimində fikirlərini bölüşüb:
"Dünyanın müxtəlif ölkələrindən olan idmançıların qarşılıqlı hörmət və ədalətli mübarizə prinsipləri əsasında ən yüksək səviyyədə yarışacağı bu mötəbər çempionata ev sahibliyi etməkdən qürur duyuruq".
O, qurum adından Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerə və Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbova dünya çempionatının təşkilinə göstərdikləri dəyərli dəstəyə və verdikləri töhfəyə görə səmimi təşəkkürünü bildirib:
"Eyni zamanda, Beynəlxalq Cüdo Federasiyasına, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə, eləcə də çempionatın hazırlıq və təşkilati prosesində əməyi olan hər kəsə təşəkkür edirəm. Bugünkü püşkatma yarışların başlanmasına doğru son mərhələdir. Bütün idmançılara möhkəm cansağlığı, uğurlu çıxışlar və tatamidə müvəffəqiyyət arzulayıram. Ümid edirik ki, Bakıda keçirdiyiniz vaxtdan və Azərbaycanın qonaqpərvərliyindən xoş təəssüratlarla ayrılacaqsınız. Hər kəsə uğurlu və yaddaqalan dünya çempionatı arzulayıram".
Xatırladaq ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4-11-də Milli Gimnastika Arenasında təşkil olunacaq.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 233 Tarix: 03 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRonaldunun sevgilisi haqqında sənədli film çəkiləcək
İngiltərənin "Mançester Yunayted" futbol klubunun hücumçusu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges "Netflix"in istehsalı olacaq yeni sənədli filmdə öz həyat hekayəsini danışacaq. Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir. "Mən Corcinayam"
05.09.2021 1542 Millimizin keçmiş voleybolçusu toy etdi - FOTOLAR
Azərbaycan millisinin sabiq voleybolçusu Yelena Yakimçuk ailə həyatı qurub. -a istinadən xəbər verir ki, milliləşən legionerin toy mərasimi vətəni Ukraynada baş tutub. Xanım voleybolçu Dmitri Şatovla evlənib. Kiyevdə anadan olan Yelenanın toyu da paytaxtda gerçəkləşib. Cütlük şad gününü Kiyev vilayətind
24.08.2021 1745 Ronaldonun "Mançester Yunayted"dəki MAAŞI
Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun "Mançester Yunayted"dəki maaşı bəlli olub. 36 yaşlı hücumçu iki illik müqaviləsinə əsasən 58,3 milyon avro qazanacaq. Onun İngiltərədəki illik maaşı 29,15 milyon avroya bərabərdir. Bu, Ronaldonun "Yuventus"dakı qazancından 2 milyo
28.08.2021 1373 Futbolda BU DA OLDU: Baş məşqçi...
Avropa Liqasına düşən klubun baş məşqçisi jurnalistlərin qarşısına paltarsız çıxdı. Belçikanın "Antverpen" klubunun baş məşqçisi Brayan Priske Pedersen Avropa Liqasının qrup mərhələsinə düşdükdən sonra jurnalistlərin yanına paltarsız gəlib. -ın -a istinadla verdiyi xəbərə görə, mütəxəssis mətbua
27.08.2021 1769 Mahir Emreli Polşanın qəhrəmanına çevrildi - VİDEO
Mahir Emreli "Legiya"nı Avropa Liqasının qrup mərhələsinə çıxaran qollara imza atıb. xəbər verir ki, Emreli "Slaviya" (Praqa) ilə qarşılaşmanın 59-cu və 70-ci dəqiqələrdə fərqlənməklə komandasına qələbə qazandırıb - 2:1. Mahir Emreli iki oyunda üst-üstə 3 qol, avrokuboklarda isə ümumilikd
27.08.2021 1005 İbrahimoviçin qayıdacağı vaxt bilindi
"Milan"ın zədəli futbolçusu Zlatan İbrahimoviçin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub. İsveçli hücumçu milli komandalara görə yaranan fasilədən sonra əsas komanda ilə məşqlərə qoşulacaq. Bu barədə "Milan"ın baş məşqçisi Stefano Pioli klubun mətbuat xidmətinə açıqlamasında deyib
23.08.2021 954 "Sabah"ın baş məşqçisi: "Vaxta ehtiyacımız var"
"Rəqibi təbrik edirəm. Oturuşmuş komandaya qarşı oynadıq. Bizim heyət yeni yığılıb. Üstəlik 5 futbolçumuz da müxtəlif səbəblərdən bu gün oynamırdı. Ancaq bütün bunlar məğlubiyyətə səbəb deyil. Sadəcə, vaxta ehtiyacımız var". "Report"un məlumatına görə, bu fikirləri "Sabah"ı
22.08.2021 688 Tokio paralimpiadası iştirakçısının keçmişdə terrorçu olduğu məlum olub
İspaniyanı Tokio-2020 paralimpiada oyunlarında üzgüçü Sebastyan Rodriqes Velozo təmsil edib. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, 64 yaşlı iflic idmançının keçmişdə terrorçu olduğu məlum olub. O, bir zamanlar törətdiyi qətlə görə 84 il müddətinə azadlıqdan məhrum edilib. Velozonu
29.08.2021 1121 Yerkökü yeyərkən çənəsini sındırdı - FOTO
Niderlandın "Herenven" klubunun futbolçusu Rami Kaib kuryoz hadisə yaşayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, isveçli müdafiəçi yerkökü yeyərkən çənəsini sındırıb. Bu barədə "Herenven" klubunun rəsmisi yerli mətbuata açıqlamasında deyib. Kaib bir müddət əvvəl çənəsində
13.09.2021 1755