Siqaret çəkənlərə PİS XƏBƏR
Hər bir siqaret insan ömrünü orta hesabla 20 dəqiqə qısaldır - kişilərdə 17 dəqiqə, qadınlarda isə 22 dəqiqə.
BAKU.WS xəbər verir ki, bu barədə "Gazeta.Ru"ya verdiyi müsahibədə psixiatr və narkoloq Ruslan İsayev məlumat verib.
"Əvvəllər hesab edilirdi ki, bir siqaret insan ömrünü təxminən 11 dəqiqə azaldır. Lakin müasir məlumatlar və uzunmüddətli müşahidələr əsasında aparılan yeni araşdırma daha dəqiq nəticələr ortaya qoyur. Nəticədə, siqaret çəkənlər siqaret çəkməyənlərlə müqayisədə təxminən 10 il daha az yaşayır", – deyə mütəxəssis qeyd edib.
O bildirib ki, tütün çəkmək yalnız ömrün uzunluğunu yox, həm də onun keyfiyyətini əhəmiyyətli dərəcədə pisləşdirir, xroniki xəstəliklərin vaxtından əvvəl inkişafına səbəb olur.
ABŞ-ın Narkotik İstismarına Qarşı Milli İnstitutu (NIDA) da daxil olmaqla müxtəlif tədqiqatlar göstərir ki, 60 yaşdan yuxarı siqaret çəkənlərdə ölüm halları siqaret çəkməyənlərə nisbətən iki dəfə daha çoxdur və onlar orta hesabla altı il daha tez vəfat edirlər.
Bununla belə, İsayevin sözlərinə görə, siqareti atmaq üçün heç vaxt gec deyil – hətta yaşlılıqda belə bu addım insan ömrünü uzada bilər.
"Siqareti atmaq çətindir, çünki nikotin insan orqanizmində bir çox biokimyəvi proseslərdə iştirak edir. Onu kənardan qəbul etməklə insan bu təbii prosesi pozur və nəticədə güclü biokimyəvi və psixoloji asılılıq yaranır. Bu, sadəcə iradə məsələsi deyil – bu, tibbi bir problemdir və sistemli yanaşma ilə, həkim nəzarətində həll olunmalıdır. Nikotin asılılığı da digər xəstəliklər kimi elmi əsaslı metodlarla müalicə olunmalıdır," – deyə həkim vurğulayıb.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÜrək transplantasiyasının icbari tibbi sığorta hesabına icra edilməsi təklif olunub
Ürək transplantasiyası və gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi vacibdir. "Report" xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Azərbaycand
01.11.2026 827 Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır
20.10.2026 1094 Zəncəfil haqqında miflər və həqiqətlər: Əslində nəyə kömək edir, harada isə acizdir?
Zəncəfil uzun illərdir həm mətbəxdə, həm də xalq təbabətində istifadə olunur. Xüsusilə soyuqdəymə, həzm problemləri və ürəkbulanma zamanı ona üstünlük verilir. Lakin bu bitkinin bütün xəstəliklərə qarşı təsirli olması ilə bağlı fikirlər elmi cəhətdən təsdiqlənməyib. Qaynarinfo "Street Kitchen"
17.11.2026 429 Alimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi
Yaşlanma insanın fiziki qabiliyyətlərinə çoxlarının gözlədiyindən daha erkən təsir göstərməyə başlaya bilər. Alimlər müəyyən ediblər ki, yaş artdıqca fiziki göstəricilərin azalması sürətlənir. Bununla belə, yetkin yaşda idmanla məşğul olmağa başlamaq da fiziki göstəriciləri yaxşılaşdıra bilər. Qaynarinf
19.10.2026 1198 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın
Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ
23.10.2026 1101 Səhər yeməyi üçün ən pis vaxt - Diyetoloqların cavabı
Səhər yeməyini günortadan sonraya saxlamaq sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Diyetoloqların fikrincə, günün ilk qida qəbulu üçün ən uyğun vaxt oyandıqdan sonrakı 1-2 saatdır. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" nəşri diyetoloqların tövsiyələrinə istinadə
10.11.2026 508 İnfarkt və insult riskinin ən yüksək olduğu saatlar
Günün müəyyən saatlarında infarkt və insult keçirmə ehtimalı daha yüksək olur. Xüsusilə səhər saat 06:00-dan 09:00-dək ürək-damar ağırlaşmaları riski kəskin artır. Qaynarinfo xəbər verir ki, bu barədə Harvard Tibb Məktəbinin həkim-qastroenteroloqu Trişa Paşriça "The Washington Post" nəşrin
12.11.2026 543 Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma
Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı
18.10.2026 1036 Mədə balonu taxdırmaq istəyərkən həyatını itirdi
Türkiyənin Mersin şəhərində mədə balonu proseduru zamanı həyatını itirən universitet tələbəsi Ali Can Gülün ölümü ilə bağlı ittiham aktı hazırlanıb. Həkim barəsində 6 ilədək həbs cəzası tələb olunsa da, mərhumun atası hadisənin mümkün qəsdən adam öldürmə kimi qiymətləndirilməsini və həkimin həbs olunmasın
18.11.2026 355