Namus üstündə həbsə gedənlər "hörmətlə" qarşılanır
Bakıda 23 yaşlı gənc rəssam Gülarə Mehdiyevanın ögey qardaşı tərəfindən qətlə yetirilməsi cəmiyyətdə bir sıra ciddi sualları yenidən gündəmə gətirib. Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən 18 yaşlı qardaşı ilkin izahatında cinayəti qısqanclıq zəminində törətdiyini bildirib.
Hadisə ilə bağlı psixoloq Samirə Bağırova cəmiyyətdə qadına münasibət, patriarxal düşüncə və "namus" adı altında törədilən cinayətlərin sosial səbəblərinə diqqət çəkib: "Bəzən qadını öldürən kişi cinayətkar kimi deyil, guya ailəsinin şərəfini qoruyan qəhrəman obrazında təqdim olunur. Xüsusilə qardaşın bacısını öldürməsi hallarında hadisənin səbəbləri tam araşdırılmadan "namus" anlayışının gündəmə gətirilməsi və kişiyə haqq qazandırılması ciddi problemdir".
Samirə Bağırova hesab edir ki, bu yanaşmanın kökündə qadının müstəqil şəxsiyyət kimi deyil, ailənin, atanın və qardaşın nüfuzunun daşıyıcısı kimi qəbul edilməsi dayanır. Belə düşüncə sistemində qadının geyimi, münasibətləri və şəxsi seçimləri ailənin şərəfi ilə əlaqələndirilir. Nəticədə qadının öz həyatı ilə bağlı qərar verməsi bəzi hallarda ailəyə qarşı üsyan kimi qiymətləndirilir.
Psixoloqun fikrincə, narahatedici məqamlardan biri də "namus" adı altında cinayət törədərək həbsə düşən şəxslərin bəzi çevrələrdə sonradan hörmətlə qarşılanmasıdır. Halbuki insan həyatına son qoymaq heç bir halda qəhrəmanlıq və ya şərəf göstəricisi ola bilməz: "Belə hadisələrdə ictimaiyyətin diqqətindən kənarda qalan başqa suallar da var. Məsələn, ailədaxili münasibətlərdə baş verənlərin həqiqi səbəbləri nədir? Qadına qarşı zorakılıq hansı hallarda "namus" adı ilə ört-basdır edilir?
Bəzi ailələrdə qadının müstəqil qərar verməsi kişi tərəfindən nəzarətin itirilməsi kimi qəbul edilir. Bu isə qısqanclıq, təzyiq və zorakılıq hallarının yaranmasına zəmin yarada bilər. Bu cür cinayətlərə yalnız fərdi aqressiya kimi baxmaq kifayət deyil. Burada sosial nəzarət, gender bərabərsizliyi, kollektiv təzyiq, zorakılığa bəraət qazandıran münasibətlər, tərbiyə sistemi və köhnəlmiş düşüncə tərzi də mühüm rol oynayır".
Namus qadının həyatı hesabına qorunan anlayış deyil. Heç bir qısqanclıq, ailə münasibəti və ya şəxsi münaqişə qətlin bəraətinə çevrilə bilməz. Qadını öldürən şəxsin cəmiyyət tərəfindən hörmətlə qarşılanması deyil, törətdiyi əməlin hüquqi və mənəvi məsuliyyətini daşıması əsas olmalıdır.
Aynurə Məmmədova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 105 Tarix: 18 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Parlament danışmaqxana deyil" - Spikerdən deputata irad
"Ötən gün keçirilən plenar iclasda çıxış üçün verilən reqlament 10 dəqiqədən 5 dəqiqəyə endirildi. Hansı deputat 3 dəqiqə danışmaq istəyirsə, danışsın. Başqalarına niyə yol göstərirlər? Bura Milli Məclisdir, danışmaqxanadır. Danışmağa sərhəd qoymaq olmaz". "Qafqazinfo" xəbər veri
17.11.2026 353 "Xəyanət edirsə, onu bağışla"
Müğənni Ayan Babakişiyeva xəyanətdən danışıb. Axşam.az xəbər verir ki, sənətçi "Kəşfət" proqramında "Xəyanəti bağışlayarsan?" sualına belə reaksiya verib:. "Hansı xəyanət? Qadın qadından da xəyanət görür. Xəyanət görəndə deyirlər ki, mütləq getməlisən. Sən övladından, rəfiqəndə
17.11.2026 490 Saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, aşağıdakı hallardan biri olduqda saatlıq əməkhaqqı müəyyən ediləcək:
17.11.2026 443 "İrşad"da yeni missiya başlayır: Yaşıl Cümə! - VİDEO
"İrşad" 20-30 noyabr tarixlərində ilin ən gözlənilən alış-veriş missiyalarından birinə start verir. Kampaniya çərçivəsində mağazalar şəbəkəsində təqdim olunan geniş çeşidli məhsullara 70%-dək endirimlər tətbiq edilir. Aksiya müddətində müştərilər məhsulların endirimli qiymətini 18 aya FAİZSİZ
12:16 151 Tikinti şirkəti mənzili vaxtında təhvil vermirsə, vətəndaş hansı hüquqlara malikdir?
Mənzil tikintisi sektorunda vətəndaşlarla tikinti şirkətləri arasında yaranan mübahisələrin əsas səbəblərindən biri müqavilə öhdəliklərinin vaxtında yerinə yetirilməməsidir. Vətəndaşlar bəzən illərlə topladıqları vəsaiti mənzil almaq məqsədilə tikinti şirkətlərinə ödəyir, lakin müqavilədə göstərilə
17.11.2026 365 "Cəhənnəm qapıları" aşkarlandı - Bu qorxunc qəbiristanlıqda nə gizlənir?
İrlandiyanın Roskommon qraflığında yerləşən Ratkroqan qədim abidələri və sirli əfsanələri ilə diqqət çəkir. Təxminən 5500 illik tarixə malik bu ərazidə aparılan geofiziki tədqiqatlar torpağın altında bir-birini qismən örtən mürəkkəb tikili izlərini üzə çıxarıb. xarici mediaya istinadla xəbər verir ki
17.11.2026 410 Gələn il sosialyönümlü xərclərdə növbəti artımlar olacaq
Dövlət və icmal büdcələri gələn il də sosialyönümlü olacaq, əhalinin sosial müdafiəsi və məşğulluq imkanlarının daha da gücləndirilməsi üçün ciddi maliyyə təminatı yaradacaq. APA Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Anar Əliyev Milli Məclisin bu günkü plena
17.11.2026 417 Yeni Azərbaycan Partiyası: Dövlətçilik ənənələrinin qorunması və güclü Azərbaycan ideyasının siyasi təcəssümü
Azərbaycanın müasir siyasi tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrün reallıqları ilə məhdudlaşmır, sonrakı onilliklərin siyasi, ictimai və dövlətçilik proseslərinə də istiqamət verir. 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılması məhz belə tarix
17.11.2026 322 Mərcdə pul uduzan şəxs həmin vəsaiti məhkəmə yolu ilə geri ala bilərmi?
Mərc oyunlarında pul itirən şəxslərin ən çox maraqlandığı məsələlərdən biri uduzduqları vəsaiti hüquqi yolla geri qaytarmağın mümkün olub-olmamasıdır. Qanunvericiliyə görə, bu məsələdə mərcin qanuni və ya qanunsuz olması mühüm əhəmiyyət daşıyır. Əgər şəxs qanunvericiliyə uyğun təşkil edilən və müvafi
17.11.2026 469