Məktəblərdə rus bölməsi bağlanılacaq?

Məktəblərdə rus bölməsi bağlanılacaq?Son günlər rus dilində təhsilin gələcəyi ilə bağlı müzakirələr gündəmə gəlib. Buna isə Millət Vəkili Hikmət Babaoğlunun rus dilində təhsil ilə bağlı səsləndirdiyi fikirlər səbəb olub.

Deputat "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı rus dilində tədrisin dövlət hesabına maliyyələşdirilməsi məsələsinə toxunub: "Hazırda Azərbaycanda rus bölməsində 157 min, Azərbaycan bölməsində isə 1 milyon 570 min şagird təhsil alır. bir şagirdin dövlət büdcəsi hesabına illik maliyyələşməsi 2 min manat təşkil edir. Azərbaycanda, görəsən, ingilis, çin və fransız dillərində dövlət hesabına təhsil verən məktəb varmı? Demək olar ki, yoxdur. Belə olan halda görəsən rus dilinin Azərbaycanda xüsusi əlahiddə statusu nədir ki, 157 min şagird bu dildə təhsil alır, onun da xərclərini dövlət ödəyir?! İstər-istəməz sual yaranır ki, nə üçün? Bu barədə düşünmək lazımdır. Bu ümumi şagirdlərin 9.3 faizini təşkil edir".

Azərbaycanda rus bölməsi bağlanacaq, yoxsa rus dilində təhsil ödənişli olacaq? Təhsil eksperti Rizvan Fikrətoğlu BiG.AZ-a bildirib ki, əsas müzakirə mövzusu tədrisin hansı dildə aparılmasından daha çox, dövlətin bu təhsili hansı şərtlərlə maliyyələşdirməsidir: "Müzakirədə üç mühüm məsələ fərqləndirilməlidir. Birincisi: Rus dilini öyrənmək ehtiyacı ilə rus dilində təhsil almaq ehtiyacı eyni deyil. İkincisi: Azərbaycan vətəndaşlarının ana dilində keyfiyyətli təhsil almaq imkanları prioritet olmalıdır. Üçüncüsü: Rus dilində təhsil alan şagirdlərin və ailələrin seçim hüququ da nəzərə alınmalıdır".
Məktəblərdə rus bölməsi bağlanılacaq?R.Fikrətoğlu hesab edir ki, rus dilini bilmək müəyyən sahələrdə, xüsusilə elm, texnologiya, beynəlxalq kommunikasiya və əmək bazarında əlavə üstünlük yarada bilər: "Lakin bu, mütləq rus dilində təhsil almağın zəruri olduğu anlamına gəlmir. Xarici dili Azərbaycan bölməsində də yüksək səviyyədə öyrətmək mümkündür".

Təhsil eksperti bildirib ki, Azərbaycanda rus bölməsində 157 min şagird təhsil alır: "Bu, ümumi şagirdlərin 9,3 faizidir. Bir şagirdin illik büdcə xərci təxminən 1 700-2 000 manat civarındadır. Ali təhsil müəssisələrində də dövlət sifarişi ilə rus dilində oxuyan 2 195 tələbə var. Rus bölmələrinin dərhal bağlanması ilə bağlı müzakirə aparmaq əvəzinə, dövlət maliyyələşməsinin prinsipləri, təhsilin keyfiyyəti, Azərbaycan dilinin mövqeyi və valideynlərin seçim hüququ birlikdə qiymətləndirilməlidir.

Həmçinin, rus dilində təhsil alan 157 min şagirdin hamısının birdən-birə ödənişli təhsilə keçirilməsinin sosial nəticələri nəzərə alınmalıdır. Belə bir dəyişiklik müzakirə edilərsə, keçid mexanizmi və hazırda təhsil alan uşaqların hüquqları əvvəlcədən müəyyənləşdirilməlidir".

Rus dilini öyrənmək istəyən hər kəsə bu imkan yaradılmalıdır, yoxsa rus dilində ümumi təhsil dövlət büdcəsi hesabına maliyyələşdirilməlidir? Bunlar iki fərqli məsələdir. Təhsil ekspertinin fikrincə, müzakirənin mərkəzində nə rus dilinə qarşı münasibət, nə də siyasi yanaşma dayanmalıdır. Əsas meyar milli təhsil maraqları, pedaqoji zərurət və sosial ədalət olmalıdır. Nəticə etibarilə bu gün təhsilin rus dilində aparılması vacib deyil, lakin rus dilini bilmək üstünlükdür.

Aynurə Məmmədova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 92   Tarix: 18 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gürcüstanda 31 yaşlı azərbaycanlını cərəyan vurub öldürdü

Gürcüstanın Laqodexi bələdiyyəsində azərbaycanlı şəxs bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə Yzybtala kəndində baş verib. Usta işləyən 31 yaşlı Əmrah Kazımov talvarın üzərini metal təbəqə ilə örtdüyü zaman ehtiyatsızlıqdan yüksəkgərginlikli elektrik naqillərin

10:42 141
.

Prezident bu ölkə ilə əbədi dostluq haqqında Müqaviləni təsdiqlədi

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb. Dövlət başçısı həmçinin "Azərbaycan Respublikas

17.11.2026 457
.

Yadplanetlilərin cəsədləri və... Uçan naməlum obyektlərlə bağlı yeni sənədlər AÇIQLANDI

Pentaqon naməlum uçan obyektlərlə (UNO) bağlı məxfiliyi aradan qaldırılmış yeni sənədlər yayımlayıb. xarici mediaya istinadən xəbər verir ki, sənədlər arasında 1947-ci ildə ABŞ-nin Rozuell şəhəri yaxınlığında baş vermiş müəmmalı hadisədən sonra yadplanetlilərə məxsus olduğu ehtimal edilən uçuş aparatını

17.11.2026 396
.

Bu hərbçilərin həyat yoldaşlarına müavinət ödənilməsi təklif olunur

Yeni xidmət yerinə köçən hərbçilərin həyat yoldaşlarına minimum əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif olunur. Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib. Arzu Nağıyev deyib ki, bununla bağlı "Hərb

17.11.2026 423
.

Bütün rəqiblərini geridə qoydu: dünyanın ən güclü smartfonu AÇIQLANDI

AnTuTu platformasının oktyabr ayı üzrə hazırladığı ən güclü Android smartfonları reytinqinin lideri məlum olub. Honor Win 2 modeli yüksək performansı, güclü batareyası və kamera imkanları ilə rəqiblərini geridə qoyub. xarici mediaya istinadən xəbər verir ki, Honor Win 2 2026-cı ilin oktyabr ayı üzr

17.11.2026 398
.

Kim Çen Ina xizək yamacının yanında siqaret çəkmək üçün kreslo gətirildi

Şimali Koreya lideri Kim Çen In və ailəsi Pektusan dağının yaxınlığındakı tikinti sahələrini yoxlayıblar. İnternetdə yayılan qızı Kim Cu Enin xizək sürmə şəkilləri böyük səs-küyə səbəb olub. xarici mediaya istinadla bildirir ki, Koreya Mərkəzi xəbər agentliyinin məlumatına görə, Kim noyabrın 15-dən başlayara

17.11.2026 425
.

Məşhur serialın komandası Azərbaycan yeməklərini daddı - Video

Türiyənin məşhur "Mehmed: Fetihler Sultanı" serialının komandası Azərbaycan mətbəxinin yeməklərindən dadıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər serialın sosial şəbəkə hesablarında paylaşılıb. "Azərbaycanın zəngin kulinariya mədəniyyətindən qaynaqlanan dadl

17.11.2026 435
.

Yeni Azərbaycan Partiyasının yaranması - Azərbaycanın siyasi tarixində mühüm dönüş nöqtəsi

Azərbaycanın müasir siyasi tarixində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması dövlətçilik tariximizin mühüm hadisələrindən biri, ölkənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən əlamətdar siyasi mərhələ kimi xüsusi yer tutur. Bu hadisə yalnız yeni bir siyasi təşkilatın meydana çıxması deyil

17.11.2026 310
.

Məktəblərdə rus bölməsi bağlanılacaq?

Son günlər rus dilində təhsilin gələcəyi ilə bağlı müzakirələr gündəmə gəlib. Buna isə Millət Vəkili Hikmət Babaoğlunun rus dilində təhsil ilə bağlı səsləndirdiyi fikirlər səbəb olub. Deputat "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zaman

11:48 0
.