"Bakı və Budapeşti yaxınlaşdıran əsas amil liderlərin etibarlı tərəfdaşlıq mühitini qura bilməsidir" - Bəhruz Məhərrəmov

"Bakı və Budapeşti yaxınlaşdıran əsas amil liderlərin etibarlı tərəfdaşlıq mühitini qura bilməsidir" - Bəhruz Məhərrəmovİlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə mayın 20-də Budapeştə işgüzar səfərə gedib.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov BiG.AZ-a bildirib ki, prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri Bakı və Budapeşt arasında münasibətlərin yeni mərhələsi hesab olunmalıdır:

"Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri Bakı və Budapeşt arasında münasibətlərin yeni mərhələsi hesab olunmalıdır. Məlumdur ki, Macarıstan və Azərbaycan arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edib, ötən dövr ərzində prezidentlər səviyyəsində 8, hökumət başçıları səviyyəsində 7, parlament sədrləri səviyyəsində 5, xarici işlər nazirləri səviyyəsində isə 19 olmaqla, ümumilikdə 39 qarşılıqlı səfər həyata keçirilib. Habelə bir sıra beynəlxalq platformalarda ölkələrimiz istisnasız olaraq bir-birinin maraq və mənafelərinin ifadə olunduğu mövqeyi dəstəkləyib. Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, aramızda olan təmaslar müntəzəm xarakter daşıyır və Azərbaycan-Macarıstan əlaqələri hazırda da böyük uğurla inkişaf etməkdədir. Təbii ki, ortaq tarixi köklər dövlət başçılarının mətbuata birgə bəyanatlarında da ifadə etdikləri kimi, bir sıra oxşarlıqlar münasibətlərin perspektivinə önəmli təsir göstərməkdədir. Lakin heç şübhəsiz ki, Bakı və Budapeşti yaxınlaşdıran əsas amil liderlərin etibarlı tərəfdaşlıq mühitini qura bilməsidir. Macarıstanın Baş naziri Viktor Orbanın ifadə etdiyi kimi, ötən dövr ərzində bu ölkənin qarşılaşdığı istənilən sahədə-diplomatiyada, neft-qaz sənayesində və digər sahələrdə istənilən çətinlik zamanı Prezident İlham Əliyev Macarıstanın yanında olub və bu gün Budapeştdə Azərbaycana güvənilir strateji tərəfdaş, cənab İlham Əliyevə isə macarların ən çətin günlərinin güvənc yeri kimi baxılır. Sevindirici haldır ki, qlobal gərginliklərin artdığı və ziddiyyətlərin dərinləşdiyi bir məqamda Azərbaycan və Macarıstan münasibətləri yüksələn xətt üzrə inkişaf tempini qoruya bilmiş və cənab İlham Əliyevin də ifadə etdiyi kimi, liderlər arasında Budapeşdə baş tutan danışıqlar və məhdud tərkibdə keçirilmiş görüş zamanı bir daha aydın oldu ki, bir çox məsələlər üzrə mövqeyimiz tam mənada üst-üstə düşür. Bildiyiniz kimi, möhtərəm Prezidentin işgüzar səfəri Macarıstanda TDT-nin dövlət başçılarının qeyri-rəsmi iclası çərçivəsində baş tutub. Macarıstanın müşahidəçi statusuna baxmayaraq Zirvəyə ev sahibliyi etməsi heç şübhəsiz ki bu təşkilatın fəaliyyət miqyasını və potensialının güclənmə perspektivlərindən qaynaqlanır. Sir deyil ki, qeyd olunan situasiya Azərbaycanın maraqları ilə tam üst-üstə düşür. Belə ki möhtərəm Prezident ötən ilin fevral ayının 14-də andiçmə mərasimində xarici siyasət kursumuzun əsas istiqaməti kimi Türk dünyası ilə əməkdaşlığı göstərmişdi. Üstəlik Azərbaycan öz nümunəsində göstərib ki, türk dövlətləri ilə əməkdaşlığın dərinləşməsi və TDT-nin qlobal miqyasda çəkisinin artırılması yalnız bəyanatlarla mümkün deyil. Budapeşdə TDT-nin dövlət başçılarının qeyri-rəsmi iclasında Prezident İlham Əliyevin Azərbaycanın bu təşkilatın üzvləri ilə əlaqələrə verdiyi önəmi iqtisadi, ticari və investisiya statistikasında açıqlması, o cümlədən həm həmin çıxışında, həm də cənab Orbanla bərabər mətbuata birgə bəyanatında çox korrekt və açıq şəkildə mövqe ifadə etməsi bu reallığı bir daha üzə çıxardı".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1085   Tarix: 21 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vahid məktəbli forması və xarici ideoloji təsirlər: Azərbaycan təhsilinin qarşısında duran strateji çağırışlar

"Təhsil sisteminin inkişafı yalnız dərsliklərin yenilənməsi, müəllimlərin peşəkarlığının artırılması və müasir texnologiyaların tətbiqi ilə məhdudlaşmır. Bu proses eyni zamanda məktəblərdə sosial bərabərliyin təmin olunmasını, uşaqların psixoloji təhlükəsizliyinin qorunmasını, milli-mənəvi dəyərləri

11:13 158
.

Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı müəyyən edilmiş qaydaların icrasına maneçilik törədilməsi zəminində ictimai qaydanın kobud şəkildə pozulması halları müşahidə edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətində

12:59 524
.

İran məktəbli forması məsələsindən ideoloji məqsədlər üçün istifadə edir

"İran və bu ölkənin nəzarətində olan media resurslarının Azərbaycan Respublikasının dövlət ümumi təhsil müəssisələrində tətbiq edilən geyim qaydaları və dünyəvi təhsil standartlarına qarşı həyata keçirdiyi təbliğat kampaniyası sağlam qonşuluq münasibətlərinin ruhuna zidd olmaqla, dərin siyasi, ideoloj

12:50 228
.

Sabah hava necə olacaq?

Oktyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli a

12:35 177
.

Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - Foto

Ötən gecə Masazırda baş verən ağır yol qəzasında həlak olan 2 gəncin şəxsiyyəti müəyyənləşib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, saat 20:40-da Mürsəlli Araz Yusif oğlunun idarə etdiyi "Kia Rio" markalı avtomobillə toqquşan motosikletdə ölən şəxslərin 2005-ci il təvəllüdl

10:20 288
.

2003-cü il 15 oktyabr tarixin yaddaşına həkk olundu

15 oktyabr 2003-cü il tarixdə keçirilən prezident seçkilərində xalqımızın düzgün seçim edərək, Ulu Öndərimiz Heydər Əliyevin müraciətini dəyərləndirərək cənab İlham Əliyevə səs verməsi möhtəşəm nailiyyətlərimizin əsasını təşkil edir. Keçirilmiş seçkilərdə Azərbaycanda seçicilərin 76 faizdən çoxu cəna

11:30 180
.

İlham Əliyevlə Hun Manet mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan Prezidenti İlham Əliyev və Kamboca Baş naziri Hun Manet mətbuata bəyanatlarla çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

14:14 164
.

"Azərbaycan Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib"

Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Bakı şəhərində Türk Dövlətlər

12:21 175
.

ABŞ ilə Ukrayna təhlükəsizlik zəmanətlərini və Kiyevin Aİ-yə daxil olmasını müzakirə etdilər

Amerika və Ukrayna rəsmiləri, Avropa ölkələrinin nümayəndələrinin iştirakı ilə Mayamidə təhlükəsizlik zəmanətləri, Ukraynanın qışa hazırlığı və müharibədən sonrakı yenidənqurma məsələləri ilə bağlı danışıqlar aparıblar. "Report" xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəs

11.10.2026 340
.