Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu

Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olunduNazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı müəyyən edilmiş qaydaların icrasına maneçilik törədilməsi zəminində ictimai qaydanın kobud şəkildə pozulması halları müşahidə edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, Bakı şəhərində bir qrup şəxs vahid geyim qaydalarının tətbiqi ilə bağlı məktəblərdə təhsil işçiləri ilə münaqişəli vəziyyət yaradıb, dövlət təhsil müəssisələrinə zərər vurub, ictimai qaydanı kobud şəkildə pozan, nəqliyyatın hərəkətinə və təhsil müəssisəsinin normal fəaliyyətinə mane olan hərəkətlərə cəhd edib.

Faktla bağlı DİN-in müvafiq istintaq qurumlarında Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə cinayət işi başlanılaraq 37 nəfər həbs edilib.

"Tədbirlərin əsas məqsədi qanunvericiliyin tələblərinin icrasını təmin etmək, ictimai asayişin pozulmasının, nəqliyyatın hərəkətinə maneçilik yaradılmasının və təhsil müəssisələrinin normal fəaliyyətinin pozulmasının qarşısını almaq, şagirdlərin, müəllimlərin və digər vətəndaşların təhlükəsizliyini qorumaqdır.

Qeyd edirik ki, vətəndaşlar qanunvericiliyin tələblərinə əməl etməli, ictimai qaydanın pozulmasına, digər şəxslərin hüquq və mənafelərinə zərər vurulmasına, habelə polis əməkdaşlarının qanuni tələblərinin yerinə yetirilməməsinə yol verməməlidirlər.

İctimai asayişin və təhlükəsizliyin qorunması, təhsil müəssisələrinin normal fəaliyyətinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir, qanunazidd halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq və onu törədənlər müvafiq qaydada məsuliyyətə cəlb olunacaqlar", - məlumatda vurğulanıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1468   Tarix: 12 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Sülh körpüsü" təşəbbüsü: Azərbaycan-Ermənistan münasibətlərində etimadın sınağı və Cənubi Qafqazın yeni gələcək perspektivləri

Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqlar Azərbaycan və Ermənistan arasında münasibətlərin gələcək istiqamətini müəyyənləşdirən mühüm mərhələyə çevrilib. Uzun illər münaqişə, qarşıdurma və geosiyasi rəqabətlə müşayiət olunan region bu gün sülh, təhlükəsizlik və iqtisadi əməkdaşlıq perspektivlər

12:56 194
.

Günəşdən 360 milyon dəfə ağır qara dəlik kəşf edildi

Avropa Kosmik Agentliyinin (ESA) "Evklid" kosmik teleskopu Böyük Partlayışdan təxminən 630 milyon il sonra mövcud olmuş ən uzaq kvazarı kəşf edib. "Qafqazinfo" xəbər verir ki, ESA-nın məlumatına görə, "J1504+6252" adı ilə tanınan və "Dun Aonghasa" kimi də adlandırıla

25.11.2026 348
.

Məşhur aktrisa ölümündən sonra ağaca çevrilmək istəyir

Hollivudun əfsanəvi aktrisası, 93 yaşlı Kim Novak ölümündən sonra bədəni ilə bağlı qeyri-adi qərar verib. xəbər verir ki, aktrisa ənənəvi dəfn və kremasiyadan imtina edərək, ölümündən sonra cəsədinin bitkilərin yetişdirilməsi üçün münbit torpağa çevrilməsini istəyir. Novak bu barədə "People"

18:15 1
.

Yataq otağını dağınıq göstərən 5 səhv

Yataq otağında müxtəlif parçaların, rəngarəng naxışların və dekorativ əşyaların həddindən artıq çox olması məkanın səliqəsiz görünməsinə səbəb olur. Dizaynerlər daha rahat və zövqlü interyer yaratmaq üçün bəzi detallara xüsusi diqqət yetirməyi məsləhət görürlər. Yataq otağı insanın dincəldiyi, günü

25.11.2026 437
.

Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ

Bakıda 4, 35 və 32 nömrəli şəhər poliklinikalarında təmir işlərinin aparılması planlaşdırılır. -in məlumatına görə, təmir işləri İnnovasiya və Təchizat Mərkəzi tərəfindən həyata keçiriləcək. Üç tibb müəssisəsinin yenilənməsi üçün ümumilikdə 1 milyon manata yaxın vəsait nəzərdə tutulub. Qeyd edək ki

25.11.2026 441
.

155 min manatlıq oğurluq - Tanınmış şirkətin əməkdaşları həbs olundu

Bakıda fəaliyyət göstərən ərzaq məhsullarının satışı və təchizatı ilə məşğul "Sabko" MMC-dən külli miqdarda oğurluq olub. "Real Azərbaycan" xəbər verir ki, söhbət 155.378 manatlıq oğurluqdan gedir. Araşdırmalar nəticəsində cinayət əməlini şirkətin 3 əməkdaşı - anbardar, sürücü v

16:58 103
.

15° şaxta olacaq

Noyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperatur

12:46 217
.

Heyvan mənşəli məhsullarda şəffaflıq: Təhlükəsiz qidanın əsas təminatı

Heyvan mənşəli məhsulların istehsaldan istehlaka qədər bütün mərhələlər üzrə izlənməsi qida təhlükəsizliyinin ən vacib elementlərindən biridir. Bu sistemin əsas məqsədi məhsulun mənşəyini, hansı şəraitdə istehsal və emal edildiyini, necə saxlanıldığını, daşındığını və son olaraq hansı satış nöqtəsin

15:30 143
.

Torpaq investisiyası: Bugünkü qiymət, sabahkı qazanc

Daşınmaz əmlak bazarında torpağın dəyəri ilə onun yerləşdiyi ərazi arasında birbaşa əlaqə mövcuddur. Hətta peşəkar qiymətləndirmə baxımından bir çox hallarda torpağın lokasiyası onun mövcud satış qiymətindən daha mühüm strateji göstərici hesab olunur. Çünki qiymət bazarın bugünkü vəziyyətini əks etdirir

14:47 178
.